TUNAYƏ
TURA
OBASTAN VİKİ
Bəxtiyar Tuncay
Bəxtiyar Tuncay — türkoloq, publisist, ssenarist. == Həyatı == Bəxtiyar Tuncay (Şahverdiyev Bəxtiyar Adil oğlu) 1960-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirib. Hazırda AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsində elmi işçidir. == Yaradıcılığı == Qədim və orta əsrlər Azərbaycan tarixi və mədəniyyətinin, həmçinin ümumtürk tarixi və mədəniyyətinin tədqiqatçılarındandır. Qafqaz albanlarına məxsus türkcə yazılı mənbələri üzə çıxarmiş, alban türkcəsinin lüğətini tərtib etmişdir. Tarix, mədəniyyət və ideoloji mövzuda çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan tarixi mövzusunda film ssenariləri yazmışdır. == İctimai-siyasi fəaliyyəti == 1980-ci illərin axırlarında Azərbaycanda milli azadlıq ideyası ilə fəaliyyət göstərmiş "Çənlibel" təşkilatının yaradıcılarından və bu dövrdə formalaşmış milli azadlıq hərəkatının aparıcı şəxslərindən olmuşdur. == Kitabları == XXI əsrin perspektivləri: Azərbaycandan baxış.
Tuncay Dilci
Tuncay Dilci (15 iyun 1969, Pınarbaşı, Kayseri ili) — Türkiyə akademiki, pedaqoqu, yazıçısı və redaktoru. Bundan əlavə, o, davranışşünas alim və Rəqəmsal Asılılıqla Mübarizə Assosiasiyasının prezidentidir. Dilci 2019-cu ildə professor doktor adını almışdır. == Həyat və təhsili == Tuncay Dilçi 15 iyun 1969-cu ildə Türkiyədə, Kayseri vilayətinin Pınarbaşı rayonunda anadan olmuşdur. O, ibtidai təhsilini Pınarbaşı rayonunda, orta təhsilini isə Kadı Bürhanəddin Orta Məktəbində almışdır. Dilci 1989-cu ildə Kayseri Liseyindən, 1994-cü ildə Dəclə Universiteti və 19 May Universitetindən məzun olmuşdur. O, 1994–2003-cü illərdə Türkiyənin Təhsil Nazirliyinə tabe olan məktəblərdə müəllim və direktor vəzifələrində çalışmışdır. Dilci 2001-ci ildə Fərat Universitetinin Sosial Elmlər İnstitutunda təhsilin idarə edilməsi və nəzarəti üzrə magistr dərəcəsi almışdır. O, 2003-cü ildə Qaziantep Universiteti Müəllim Rüfət Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində müəllim işləmiş, 2009-cu ildə Fərat Universiteti Sosial Elmlər İnstitutu Təhsil Proqramları və Tədris Bölməsində doktorluq dərəcəsi almışdır. Dilci 2010-cu ilin yanvar ayından Sivas Cümhuriyyət Universiteti Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində dosent doktoru adı ilə işə başlamışdır.
Tuncay Şanlı
Tuncay Şanlı (16 yanvar, 1982 Sakarya ili) – boyu 1.82 sm, çəkisi 70 kq – hücuma meyilli yarımmüdafiəçi. 2002-2003 mövsümündə Sakaryaspordan transfer edilib. Türkiyə çempionatında Fənərbaxçadakı ilk rəsmi oyununu 11 sentyabr 2002-ci ildə Qaziantəpspor-a qarşı keçirib. 19 noyabr 2002-ci ildə İtaliya ilə rəqib meydanında Ümid Milli Komandasının keçirdiyi oyunda italyanların qapısına vurulan 3 qoldan 2-sinin müəllifidir (İtaliya 0 – Türkiyə 3). Ondan 1 gün sonra yenə İtaliya ilə rəqib meydanında oynanılan oyunda baş məşqçi Şenol Şünəşin istəyiylə Türkiyə yığmasının əsas heyətində oyunun sonuna 3 dəqiqə qalmış meydana çıxıb və təhlükəli vəziyyət formalaşdırıb. Bu onun Türkiyə yığması heyətində ilk oyunu olub.
İradə Tuncay
İradə Tuncay (9 noyabr 1959, Bakı) — Azərbaycan yazıçısı, publisist, Ədalət qəzetinin baş redaktoru. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. == Həyatı == İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub. 2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur. ”Mətbuatın inkişafında yardıma görə” və “Media açarı” mükafatlarına layiq görülüb.2015-c il 15 iyul ölkə başçısının imzaladığı sərəncam əsasında Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. == Ailəsi == Tanınmış şair Məmməd Arazın qızı, yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.
захва́ливание нава́га партгру́ппа ровнота́ челове́чище черносморо́дина добросерде́чный переде́ржка постели́ть пытли́вость распряга́ть очелок angiotomy crossbuck identic note Izmir left piquantness sesquialter sum up бруцеллёз лабиальный соблюдать тесноватый чудовищный