TUNE

tune1

n 1. melodiya, hava, mahnı; popular ~ populyar melodiya / mahnı; catchy ~ yaddaqalan melodiya / hava; 2. melodiklik, ahəngdarlıq: This piece has very little tune Bu pyesdə ahəngdarlıq azdır; 3. kök; to be in ~ kökdə olmaq (musiqi aləti haq.); to be out of ~ kökdən düşmək (musiqi aləti haq.); The violin is out of tune Skripka kökdən düşüb; to put in ~ kökləmək (musiqi alətini); 4. razılıq, həmrəylik, ahəngdarlıq; to be in ~ with smb. bir kəslə yola getmək / arası saz olmaq; to be in ~ with smth. bir şeylə uyğun olmaq / gəlmək; to be out of ~ with smb. bir kəslə yola getməmək;

◊ to call the ~ ton vermək; rəhbər rol oynamaq (bir işdə); to change one’s to sing another / a different ~ tonu dəyişmək; başqa cür danışmaq; to dance to smb.’s ~ başqasının çaldığına oynamaq

tune2

v 1. kökləmək (musiqi alətini); to ~ a guitar / a tar / a piano gitara / tar / piano kökləmək; 2. şair. oxumaq; to ~ a song mahnı oxumaq; 3. qaydaya salmaq, düzəltmək; 4. uyğun olmaq / gəlmək; to ~ in kökləmək (radionu); to ~ on a station radiostansiyaya kökləmək (radiocihaz); to ~ up 1) aləti kökləmək; 2) çalmaq, oxumaq

TUNA
TUNED
OBASTAN VİKİ
Nokia tune
Nokia tune — "Nokia" şirkətinin öz istehsalı olan mobil telefonlar üçün istifadə edilən klassik melodiyası
Avrasiya tuneli
Avrasiya tuneli — İstanbulda Bosfor boğazın altından keçən avtobil tuneli. Tunel rəsmi olaraq 20 dekabr 2016-cı ildə, nəqliyyat üçün isə 22 dekabr 2016-cı ildə açılır. 5.4 km (3.4 mil) uzunluğa malik ikimərtəbəli tunel Türkiyənin Avropa hissəsindəki Qumqapı məhəlləsi ilə Asiya hissəsindəki Kadıköyü birləşdirir. Uzunluğu tunelə giriş yolları daxil olmaqla 14,6 km (9,1 mil) təşkil edir. Tunelin dəniz dibi altından keçən maksimum dərinliyi 106 m-ə çatır. 29 oktyabr 2013-cü ildə açılan Marmaray dənizaltı dəmir yolu tunelindən təxminən 1 km cənubda yerləşir. İki qitə arasındakı səyahət təxminən 5 dəqiqə çəkir. Rüsumlar hər iki istiqamətdə də tutulur; 2020-ci ilin fevralından etibarən avtomobillər üçün 36,40 lirə (təxminən 4 dollar) və mikroavtobuslar üçün 54,70 lirə (6 dollar). 2021-ci ilin fevralında gediş haqları 26% artaraq müvafiq olaraq 46 liraya (təqribən 6.20 ABŞ dolları) və 69 lirəyə (təxminən 9.30 ABŞ dolları) çamışdır. Avrasiya tunelinin konseptual təməlləri, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən irəli sürülən 1997 Nəqliyyat Master Planına əsasən İstanbul Universiteti tərəfindən hazəırlanmışdır.
Berinq boğazı tuneli
Berinq boğazı tuneli - Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək tunel. Tunel Berinq boğazının dibindən keçərək ABŞ-ni Rusiya ilə birləşdirəcək. 22 avqust 2011 tarixində Rusiya tunelin inşasına dəstək verəcəyini bildirib. Nyu-Yorkdan başlayıb Asiya və Avropanı keçərək Londonda sona çatacaq bu nəqliyyat layihəsinin ümumi dəyərinin 60 milyard dollar olduğu bildirilir. 106 kilometr uzunluğunda tunelin inşası ilə qlobal nəqliyyatın yüzdə üçü buradan keçəcək və illik qazanc 7 milyard olacaq. Dünyanın ən uzun dəmir yolu xətti layihəsi olaraq təyin olunan tuneldən sərnişin və yük daşınması həyata keçiriləcək. Rusiyanın şimalındakı Böyük Diomed adasından ABŞ-nin Kiçik Diomed adası arasında tikiləcək tunelin çatışmayan cəhəti Alyaskada dəmir yol xəttinin olmamasıdır. Bu layihə 100 ildir ki, Rusiyanın gündəliyindədir. İlk dəfə 1905-ci ildə çar II Nikolay bu ideyanı irəli sürüb. I dünya müharibəsinin başlanması bu ideyanı həyata keçirməyə imkan verməyib.
Dastin Tunes
Dastin Tunes (7 mart 1996) — Baham adalarını təmsil edən üzgüçü. Dastin Tunes Baham adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dastin Tunes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.71 saniyəlik nəticəsi ilə 44-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Gimri tuneli
Gimri tuneli — Rusiyanın ən uzun yol tunelidir.Tunel Dağıstanda yerləşir; Buynaksk və Gimri kəndini birləşdirən tunel, İrqanay Su Elektrik Stansiyasının tikintisi üçün ən qısa və hava şəraitindən asılı olmayan nəqliyyat əlaqəsini təmin edir. Tunel həmçinin respublikanın mərkəzi dəmir yolu xətti ilə Dağıstanın 9 dağlıq bölgəsini birləşdirir. Tunelin uzunluğu 4303 m-dir. Gimri tunelinin ötürmə qabiliyyəti saatda 4 min avtomobildir. Yolun hərəkət hissəsinin eni 7 metr, hündürlüyü isə 5 metrdir. Tunel, səthdən 900 m-ə qədər dərinlikdə əhəng daşı, qumdaşı, alevrolit və argillit qatında yerləşir. Tunelin kəsişmə diametri 9 m, hərəkət hissəsinin eni 7 m-dir. Drenaj və ventilyasiya xidməti tunelə paralel yerləşir (birləşdirən körpülər hər 300 m-də yerləşir). Tunel işıqlandırılıb və burada avtomatik yanğın siqnalizasiya sistemləri, oğurluq həyəcan siqnalları, yüksək səsli elanlar, telefon əlaqələri, televiziya nəzarəti, əməliyyat ventilyasiyası, mərkəzi dispetçer nəzarəti quraşdırılıb. == Tikintisi == Gimri tuneli İrgqnay hidroelektrik kompleksinin inşası üçün malların daşınması məqsədi ilə inşa edilmişdir.
Kaunas dəmiryol tuneli
Kaunas dəmiryol tuneli (lit. Kauno geležinkelio tunelis) — Rusiya imperiyasında inşa edilmis ilk 2 dəmiryol tunelindən biri və Litvadakı ən qədim dəmiryol tuneli. == Təsviri == Bu xətt 1861-ci ildə Peterburq-Varşava dəmiryolunun davamlılığını təmin etmək məqsədi ilə istifadəyə verilmişdir. Kaunasda 30 metrlik bir təpənin altı ilə çəkilmişdir. Tunelin hündürlüyü 6,6 m, eni 8,8 m, uzunluğu 1285 m təşkil edir. Tunelin önündən Kayşradoryo küçəsi (lit. Kaišiadorių gatvė) keçir. == Tikinti tarixi == 20 noyabr 1861-ci ildə tuneldən ilk parovoz keçmişdir Tunel 1862-ci ildə tam istifadəyə verilir. Sankt-Peterburq-Varşava dəmir yolunun Prussiya istiqamətində xətti butradan keçirdi. Tünelin ölçüsü Birinci Dünya müharibəsi zamanı almanlar tərəfindən standart göstəricidə yenidən tikilmişdir.
Kohrəng tuneli
Kohrəng tuneli və ya Kuhrəng tuneli — Kohrəng çeşməsinin suyun Zayəndə çayına daşınması üçün 1953-cü ildə yardılmış tunel; Çahar-Mahal və Bəxtiyari ostanının Çelgerd şəhərinin yaxınlığındadır.
Kuhrəng tuneli
Kohrəng tuneli və ya Kuhrəng tuneli — Kohrəng çeşməsinin suyun Zayəndə çayına daşınması üçün 1953-cü ildə yardılmış tunel; Çahar-Mahal və Bəxtiyari ostanının Çelgerd şəhərinin yaxınlığındadır.
Kəlbəcər-Laçın avtomobil tuneli
Kəlbəcər tuneli — Kəlbəcər rayonu ərazisində, Ağdərə-Kəlbəcər yolundan cənubda, Lacın-Kəlbəcər yolunun üzərində yerləşən strateji əhəmiyyət daşıyan tunel. Tunel 1960-cı ildə istifadəyə verilmişdir. Tərtər çayının qollarından biri olan Tutqun çayının kanyona bənzər dar dərəsinin qarşısında inşa edilmişdir. Tunel rayonun 35 kəndini rayon mərkəzi ilə birləşdirir. Azərbaycanda avtomobil nəqliyyatı üçün nəzərdə tutulan ən uzun tuneldir. == Göstəriciləri == Əhəng daşından təşkil olunmuş qayanın daxilindən oyulmuş tunel təxmini olaraq 200 m uzunluğa malikdir. Tunelin hündürlüyü 4.70 mt, eni isə 4 mt olmaqla yalnız bir avtomoibilin hərəkətinə hesablanmışdır. Tuneldə işıqlandırma həyata keçirilməmişdir. 1993-cü ilin aprel ayının 2-sindən erməni birləşmələri tərəfindən ələ keçirilmişdir. Tunelin yerləşdiyi ərazi 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələrinin Kəlbəcər rayonunu boşaldması ilə Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.
La-Manş tuneli
La Manş Tuneli dəniz altı tuneli. Bu tunel 52 km uzunluğundadır, Fransanın Padukale limanını İngiltərənin Folkston qəsəbəsi ilə birləşdirir. Tunel dənizin 40 metr dərinliyinə çəkilmış və Avropanın ən bahalı tikinti layihəsi hesab edilir. Onun dəyəri 6 milyard fund-sterlinq (təqribən 12 milyard dollar). Tunel 2 kanaldan ibarətdir. Hündürlüyü 8 metr 30 sm-dir. Qatarlar yarım saata sərnişin və yükləri bir dayanacaqdan digərinə çatdırır.
La Manş Tuneli

Lardal tuneli
Lardal tuneli (Norveçcə:Lærdalstunnelen) Norveçin qərbində yerləşir. Lardal tuneli hal-hazırda dünyada ən uzun yol keçidi hesab olunur. Uzunluğu 24.5 km olan bu tunelin inşasına 1995-də başlanıb, 2000-ci ildə isə tunel istifadəyə açılıb. Tuneldə hərəkət 2 yönlü və 4 xətlidir. Yolda dayanmaq və istirahət etmək üçün şərait var. Oslo və Bergen şəhərlərini birləşdirən şose yolu bu tuneldən keçir.
Lava tunelləri
Lava tunel­lə­ri- (rus. туннели лавовые, ing. lava tunnels) lava axınlarında dəhlizlər şəki­lin­də uzanan boşluqlar. Ən çox dal­ğalı lava axınlarında müşahidə edi­lir, uzunluğu yüzlərlə m-ə, eni 20- m-ə, hündürlüyü isə 5 m-ə çatır /Etna/. Ən uzun tunel /1500 m-dək/ Kali­forniyada /Şesta dağı/ və İslan­diyada /Şurtoşellira vulkanı/ aşkar edilmişdir.
Mavi cənub tunesi
Mavi cənub tunesi(Thunnus maccoyii) — Xanıkimilər dəstəsindən balıq növü.
Murovdağ tuneli
Murovdağ tuneli — Toğanalı–Kəlbəcər avtomobil yolu üzərində yerləşən avtomobil tuneli. Tunel Kəlbəcər rayonu ərazisində, Murovdağ silsiləsinin işərisindən keçir. Murovdağ tuneli strateji əhəmiyyət daşıyır və uzunluğu 11,6 kilometrdır. Tunelinin təməli Azərbaycan prezidenti İlham Əliyev və vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci ildə qoyulmuşdur. == İnşaası == İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Kəlbəcər rayonuna yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. 2–4 hərəkət zolaqlı, uzunluğu 81 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılmışdır. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Layihənin 13,5-ci km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.
Qotard baza tuneli
Qotard baza tuneli — İsveçrədə yerləşən bu tunelin ideyası 30 il əvvəl verilib. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
Qotard tuneli

Roki tuneli
Roki tuneli (oset. Ручъы тъунел) — Baş Qafqaz silsiləsində yerləşən Roki aşırınından çəkilmiş avtomobil tuneli. Şimali Osetiya ilə Cənubi Osetiyanı birləşdirən Transqafqaz avtomagistralınım 93-cü kilometrində yerləşir. Tunelin uzunluğu 3730 metrdir. İstifadəyəyə verildiyi dövrdə SSRİ məkanında ən uzun tunel olmuşdur. Tunel 2 km dəniz səviyyəsindən hündürlükdə yerləşir (şimal giriş — 2040 m, cənub giriş — 2112 m). == Tunelin əhəmiyyəti == Tunelin tikilməsini vacib edən şərtlərdən biri dəmir yolu, avtomobillə SSRİ məkanında Cənubi Qafqaza yük daşımaları əsasən Qara dəniz və Xəzər dənizi vastəsi ilə mümkün idi. Yolu qısaltmaq və sərnişin daşımada digər yolların üzərinə düşən yükləri azaltmaq məqsədilə inşa edilmişdir. Bu gün Roki tunelindən transqafqaz avtomagistralı keçir. hazırda Rusiyanı Cənubi Osetiyaya birləşirən əsas xətdir.
Salang tuneli
Salanq tuneli — Əfqanıstanda ölkənin şimal və mərkəz hissəsini birləşdirən tunel. 1964-cü ildə sovet mütəxəssislərinin hazırladığı 2.7 km uzunluqdakı Salanq tuneli coğrafi baxımdan (Hindiquş dağları) dünyanın üçüncü ən hündür keçididir (3360 metr). Tunelin işə düşməsi ilə ölkənin cənubundan şimalına getməyə sərf olunan vaxt 72 saatdan 10 saata endi. Tarixdə Ginnesin Rekordlar Kitabına düşmüş ən dəhşətli avtomobil qəzası bu tuneldə olub. Tuneldə ilk qəza 23 fevral 1980-ci ildə baş verib. Sovet ordusuna məxsus avtomobil karvanı fasilə üçün dayandıqda mühərriklərdən çıxan zəhərli qazlar 16 əsgərin həyatına son qoyub. 3 noyabr 1982-ci ildə tuneldə 2 hərbi qruplaşma arasında toqquşma baş verib. Sovet hərbi mənbələrinə görə, yanacaq daşıyan avtomobilin alışması nəticəsində 176 nəfər (64 sovet əsgəri və 112 əfqan) həlak olub. Əfqan Milli Yanğından Mühafizə Departamentinin hesabatında isə ölənlərin sayının 3000 olduğu bildirilib. Şimal alyansı və taliblər arasında təbii maneə olan bu tunel 1997-ci ildə Əbdül-Rəşid Dustumun əmri ilə partladılıb.
Salanq tuneli

Saləng tuneli

Sarıüzgəc tunes
Sarıüzgəc tunes (lat. Thunnus albacares) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü.
Saxalin tuneli
Saxalin tuneli — Tikintisi tam olaraq başa çatdırılmamış tunel kompleksi. Tunel Nevelskoy boğazının altı ilə materikdə yerləşən Lazarev burnu ilə Saxalin adasında yerləşən Poqibi burnu arasından çəkilmişdir. == Tarixi == Saxalini materikə birləşdirəcək tunelin inşası fikiri hələ XIX əsrin sonlarında meydana gəmişdir. Ancaq maliyyə çatışmamazlığı səbəbindən inşa edilməmişdir. Tikinti işlərinə ilk cəhd 1929–1930-cu illərdə başlanılmışdır. 1950-ci ildə Saxalini materikə birləşdirən dəmiryolu xəttinin çəkilişi fikrini İosif Stalin bildirir. Burada bərə, körpü və ya tunel tikintisi fikri ortaya atılır. Bir müddət sonra rəsmi səviyyədə tunel və bərə ilə əlaqə yaradılması qərara alınır. Tunelin tikintisi SSRİ Daxili İşlər Nazirliyinə həvalə olunur. == Layihə == İlkin olaraq dəmir yol nəqliyyatını təmin etmək məqsədi ilə xətlər inşa edilməyə başlanılmışdır.
Seikan tuneli
Seykan tuneli — Yaponiyanın Honşu və Hokkaydo adalarını birləşdirən dünyanın ən uzun dəmir yolu tuneli. Uzunluğu 53,85 km olan tunelin 23,3 kilometrlik hissəsi dənizin altından keçir. Tunel ən dərin yerində dəniz səviyyəsindən 240 metr aşağıda, dəniz yatağından isə 100 metr dərinlikdə yerləşir.Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seykan liderliyi İsveçrənin Qotard baza tunelinin 2016-2017-ci illərə nəzərdə tutulan açılışına qədər qoruya biləcək. Tunelin tikintisinə 1955-ci ildə 5 sərnişin bərəsinin tufanlı havada batması və 1430 sərnişinin həlak olmasından sonra qərar verilib. 9 il davam edən layihələndirmə işlərindən sonra, tunelin tikintisi 1964-cü ildə başlayaraq 1988-ci ildə başa çatmış və o dövrün qiymətləri ilə 538,4 milyard yenə (3,6 milyard ABŞ dolları) başa gəlmişdir. Tunelin açılışı 13 mart 1988-ci ildə baş tutmuş və həmin il tunel 3,1 milyon sərnişinə xidmət etsə də, 1999-cu ildə sərnişinlərin sayı 1,7 milyon olmuşdur. == İstinadlar == == Xarici keçidlər == The Seikan Tunnel — Aomori Prefekturasının Rəhbərliyi.
Sevgi tuneli
Sevgi tuneli (ukr. Туне́ль Коха́ння) — yerli əhəmiyyətli dəmiryol xətti üzərində olan təbiət abidəsi. Tunel Rivne vilayətininin Rivne rayonda yerləşən Klevan qəsəbəsi ərazisində yerləşir. Tuneldən keçən dəmiryol xətti Klevan və Orjev qəsəbələrini birləşdirir. == Ümumi məlumat == Meşə bitkiləri ilə əhatələnmiş bu yaşıl tunel bir botanika fenomenidir. Uzunluğu 5 km olan, ağaclardan və kollardan ibarət olan bu tunel arka formasını xatırladır. Yük qatarı sutkada bu tuneldən üç dəfə keçir. Tunelin belə şəkil almasında həm təbiətin, həm də, insanın rolu olmuşdur. Məhz Orejev ağac emalı kombinatına gedən yolun burdan keçməsi tunelin formalaşmasında böyük rol oynamışdır. Meşə ərazisindən keçən bu yolda əvvəllər qatarların hərəkəti daha çox idi.
безынерцио́нность бя́зевый во́т почему́ вы́пороть живоре́з заброди́ть заштампо́вывание изразцо́вый калы́мный ко́ндор маркёрство мо́рный мурза́ подстрека́тельница клаустрофо́бия навесели́ться недонесе́ние но́жичек переувлажнённый тота́льно embodiment micron oak-button мышца напастись