TURAC

Farscadır (əsli: dorrac), rusca bu quşa “рябчик” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TURAB
TURŞ
OBASTAN VİKİ
Turac
Turac (lat. Francolinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Adi turac
Adi turac (lat. Francolinus francolinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin turac cinsinə aid heyvan növü. Nadir oturaq növdür. Azərbaycanda Lənkəran ovalığının şimal-şərqində (Qızılağac qoruğu), Kür-Araz düzənliyinin ayrı-ayrı hissələrində təsadüf edir. Kolluq bitkiləri ilə örtülü sahələr, pambıq tarlalarında, bağlarda, bağçalarda, dənli bitkillər səpilmiş tarlalarda, Kür boyunca tuqaylarda tez-tez rast gəlinir. 1947-1950-ci illərdə 600 min fərd, 1958-1962-ci illərdə – 100 min fərd, 1992-ci ildə – 4 min fərd turac olmuşdur. Hazırda Qızılağac Dövlət Təbiət Qoruğunda turacın böyük populyasiyası qeydə alınmışdır. == Çoxalması == Monoqam quşdur. Bir yaşında çoxalmağa başlayır. Cücəli quşdur.
Turac Həmzəyev
Turac Suliddin oğlu Həmzəyev (27 iyul 1998; Qusar rayonu, Azərbaycan — 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turac Həmzəyev 1998-ci il iyulun 27-də Qusar rayonunun Hiloba kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Turac Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turac Həmzəyev oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turac Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Turac Həmzəyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Turac Teyyubqızı
Əliyeva Turac Teyyub qızı (Turac Teyyubqızı; 8 yanvar 1989, Mərdəkan) — tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Turac Teyyubqızı 1989-cu il yanvarın 8-i Bakı şəhərində, Mərdəkan qəsəbəsində ziyalı ailəsində anadan olub. 2005-ci ildə Bakı şəhərində Namiq Axundov adına 1 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakültəsinə, daha sonra Azərbaycan Dillər Universitetinin hazırlıq şöbəsinin ispan dili və ədəbiyyatı bölməsinə qəbul edilib. Hər iki təhsilini fərqlənmə diplomu ilə başa vuran T.Əliyeva Bakı Slavyan Universitetinin "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyasında çalışıb. Antik ədəbiyyat və ispan xalq qəhrəmanlıq eposuna dair elmi-tədqiqatlarına görə Respublikanın gənc tədqiqatçılarının konfranslarında dəfələrlə laureat olub. Tərcümə fəaliyyətinə 2004-cü ildən başlayan T.Əliyeva dövri mətbuatda müxtəlif dillərdən etdiyi tərcümələrlə çıxış edir. Eyni zamanda 2008-ci ildən etibarən praktiki jurnalist kimi fəaliyyət göstərir. BDU jurnalistika fakültəsinin müəllimidir (2012). Elmi araşdırma sahəsi televiziya və radionun semiotik kodlarıdır. Bu mövzuda dərslik müəllifidir.
Turaclı
Turaclı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 325 evdə 979 nəfər əhali yaşayır.
Turaclı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Turacı
Turacı — Azərbaycan qədim qadın xalq rəqsi. Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır. Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir.

Digər lüğətlərdə

бесну́ющийся бибикью́ер курово́дческий науще́ние не наме́чено пха́ться сосле́живать ширя́ться временнообя́занный вы́куп дать ма́ху искажа́ться по- спрогнози́ровать трайбали́стский флигель-адъютант шарошь шмельцер centare crocodile clip euphuism вздох морфологический наколенник щёголь