Zinaida Stalitenko-Turçina
Zinaida Stalitenko-Turçina (qızlıq soyadı: Stalitenko; d. 17 may 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Zinaida Stalitenko, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal, 1988 Seul Olimpiadasında isə bürünc medal qazanıb. Zinaida Stalitenko, həmdə Dünya Çempionatlarında 2 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.
Zinaida Stalitenko 17 may 1946-cı ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Zinaida Stalitenko ailəlidir, Nataliya (d. 1973) adında bir qız və Mixail (d. 1981) adında bir oğlan övladı var. Onun, həyat yoldaşı həndbol üzrə Sovet İttifaqının yığmasının 1973-1988-ci illərdə baş məşqçisi olan İqor Turçindir.
Zinaida Stalitenko, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı.