1. Tutulmaq, tutqun olmaq, qaralmaq. Göyün üzü getdikcə tutqunlaşır, hava tutqunlaşmışdı, narın qar yağırdı.
2. Rəngi qaralmaq, tündləşmək.
Yağlı boya ilə işlənmiş bədii və köhnə əsərlər tutqunlaşdıqda üzərlərinə lak çəkirlər.
3. məc. Tutulmaq, pozulmaq, pərt olmaq.
Zeynəbin …ağ üzü tutqunlaşdı.
Murad qaşlarını çatdı, üzü birdən-birə tutqunlaşdı.