TÖKMƏK

f.
1. Mayeləri, narın və ya dənəvər halında olan şeyləri olduqları qabdan başqasına və ya başqa yerə boşaltmaq. Buğdanı anbara tökmək. Odun üstünə su tökmək.
– Stol üzərindəki qrafindən stəkana su töküb içdim. A.Şaiq.
Bəhram makaralarla dama çıxarılan daşı ustasına verir, sement tökürdü. Mir Cəlal.

// Üstündə olan bir şeyi salmaq, düşürmək, atmaq. – Payızda ağaclar yarpaqlarını tökür. Toyuq tükünü tökdü.
– Sitarə ixtiyarsız çiçəkləri əlindən yerə töküb, yenə pəncərənin qabağına çəkilirdi və başını çiyninə qoyub fikrə gedirdi. Çəmənzəminli.

// Ümumiyyətlə, hər hansı şeyi bir yerdən başqa yerə boşaltmaq. Dam üstündəki kərpicləri yerə tökmək.
– Bəziləri toğlubaşı daşlardan töküb, çayın ağzını əkinlərin üzərindən azdırırdılar. Ə.Vəliyev.

2. Aramsız yağmaq.
Quşbaşı qar hələ də tökürdü. A.Şaiq.
Yağış sel kimi tökürdü. S.Rəhimov.

3. Sallandırmaq, sallamaq, salmaq.
[Qulu] seyrək tüklərini darayıb, geniş alnına tökmüşdü, nazik qaşlarının altından baxan xırda gözləri hiylə saçırdı. Çəmənzəminli.
Tök alnına o avara telləri; Qoy olayım bundan belə sərsəri. Ə.Cavad.

4. Bir yerə çoxlu adam və ya şey gətirmək, yığmaq.
Balaca Sabirə suyuq olanda Qəhrəman bir göz qırpımında şəhərin həkimlərini evə tökür. S.Rəhimov.

5. tex. Ərimiş metaldan tökmə üsulu ilə məmulat hazırlamaq, detallar istehsal etmək. Bolt tökmə.
// Tökmə üsulu ilə heykəl hazırlamaq.
6. Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: tədbir tökmək, qan tökmək, qaşqabağını tökmək, acığını tökmək, plan tökmək və s.

Синонимы

  • TÖKMƏK 1. TÖKMƏK Stol üzərindəki qrafindən stəkana su töküb içdim (A.Şaiq); AXITMAQ Axıtdım alnımın inci tərini; Yanmadım ömrümün iki ilinə
  • TÖKMƏK axıtmaq — süzmək — boşaltmaq
  • TÖKMƏK dağıtmaq — səpmək
  • TÖKMƏK döşəmək — salmaq
  • TÖKMƏK yığmaq — seçmək

Антонимы

  • TÖKMƏK TÖKMƏK – DOLDURMAQ Gəlin, tökün, bu daşı ətəyinizdən yerə (S.Rüstəm); Şirəli, mollanın piyaləsini doldur (S
TÖKMƏXANA
TÖKMƏRƏK
OBASTAN VİKİ
Uğur üçün su tökmək
Uğur üçün su tökmək — Azərbaycan, Bolqarıstan, Ermənistan, İran, İraq, Serbiya, Şimali Makedoniya, Türkiyə və digər yaxın ölkələrdə xalq adəti. Xalq inancına görə, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir. Bu adət məktəbə, imtahana, iş müsahibəsinə, orduya və s. yerlərə gedəndə də edilir.Balkan yarımadası ölkələrinin etnologiyasında belə hesab edilir ki, tökülən və ya axan su mobilliyi və hərəkətin rahatlığını simvolizə edir. Buna səbəb onun dayanmaması və ya ilişib qalmamasıdır. Beləliklə, suyun tökülməsi kiminsə başladığı işin baş tutması üçün edilir ki, o da tökülən su kimi rəvan getsin. Bəzi ərazilərdə su töküləndə belə deyilir: "O, su kimi təmiz və aydın getsin".

Значение слова в других словарях

волчи́ще засо́льный надпило́вка ожида́ть полу́шечка раскаля́ть термолюминесце́нция центри́рование эволюцио́нно анго́рский зло́бствованье инвекти́вный иссле́дователь кто в лес, кто по дрова́ неравноце́нность паралле́льно переша́гивать поласка́ть шлемофо́нный калкан hornlike saprophile swan song обменный путный