TÖR-TÖKÜNTÜ

is.
1. Bax qalıq 1-ci mənada.
Qurban boşalmış içki şüşələrini, yeyilmiş qəlyanaltının tör-töküntüsünü süfrədən yığdı. T.Ş.Simurq.

2. məc. Məhv olmuş ictimai quruluşun mənfi qalıqları, izi; cəmiyyətin mənən pozulmuş ünsürləri.
[Mürşüd:] İnci, axı o gün mən sənə isbat elədim ki, qısqanclıq kapitalizmin tör-töküntüsüdür. S.Rəhman.

3. top. Səliqəsiz halda yerə tökülmüş şeylər, qarmaqarışıqlıq haqqında.
Gülzar yığışdırır tör-töküntünü; Sonra da həyətdə çırpır örtünü. S.Vurğun.
Ev tör-töküntü idi.
Xanım Balacayeva arada eşələnir və Gülöyşə ilə danışırdı. S.Rəhimov.

TÖKÜŞDÜRMƏK
TÖR-TÖKÜNTÜLÜ
OBASTAN VİKİ
Töküntü (bitki)
Töküntü (bitki) – Bitkinin ölü hissəsi olub ölü kütləyə aiddir, bura torpağın səthinə və ya su hövzəsinin dibinə tökülən yarpaqlar, budaqlar, çiçəklər, toxumlar, meyvələr, qabıqlar, tozcuqlar, sporlar və s. daxildir. İllik töküntü bəzi bitki qruplaşmalarında (xüsusilə meşə) torpaq səthində döşənək yaradır. Torpağın səthinə, sonra isə onun qatlarına töküntü ilə bitki sintez edən üzvi maddə ilə yanaşı, torpaq qatlarından mənimsənilən mineral (kül elementləri) maddələr də daxil olur. == Töküntülərdə bitkilər üçün zəhərlilik (toksiklik) == Süxur töküntülərində suda asan həll olunan və bitkilər üçün zərərli duzların miqdarının yol verilən həddən (>0,25%) çox, yüksək qələvi (su suspenziyasında pH-ın 9,0-dan yuxarı) və güclü turş mühitin (pH-3,5-dən aşağı) olması ilə yaranır. Töküntülərdə ağır metalların (qurğuşun, sink, civə, kadmium, xrom və başqa elementlər) həddən çox toplanması ilə də canlı aləm üçün toksiklik yarana bilər. == Töküntülərdə ilkin ot bitkiləri == Töküntülərdə yayılan ilkin bitkilər. Bitkilərin tərkibi töküntüləri əhatə edən ərazidə yayılmış səciyyəvi bitkilərin xüsusiyyətlərindən, bitki sporlarının yayılmasından və töküntü süxurlarının aqrokimyəvi xassəsindən asılıdır. Töküntülərdə ilk bitki toxumlarının çıxışı küləklə gətirilən bitki növləri hesabına olur. Rayonun təbii amillərindən və töküntüləri təşkil edən süxurların fiziki və kimyəvi xassələrindən asılı olaraq ilkin ot bitkiləri alaq və ya yayılma arealına malik zonal bitki növləri ola bilər.

Значение слова в других словарях

высокоиде́йный изжи́ться киноиску́сство осмётки си́тцевый щети́нистый анатоми́ровать наслои́ться несоизмери́мый пога́ниться раздоса́дованный согла́сный черти́ть basket-stitch community long-distance partisan polar bear single-door upon vermifuge архаический исключить кровоизлияние плешиветь