TUTUZƏR
TÜKƏNNAZ
OBASTAN VİKİ
Tükənmişlik sindromu
Tükənmişlik sindromu (emosional yanma) (ing. burnout syndrome) — işçilər arasında müşahidə edilən yorğunluq, xəyal qırıqlığı və işdən soyuma ilə xarakterizə olunan bir vəziyyəti təsvir etmək üçün ortaya çıxmışdır. Bu gün bunlara söykənərək yanma sindromunun işçilər arasında böyük bir problem olduğu bilinir. Görülən işlər yanmanın iş itkisindən ailədaxili ünsiyyət problemlərinə, psixosomatik xəstəliklərdən alkoqol, maddə, siqaret istifadəsinə və hətta yuxusuzluq, depressiya kimi ruhi xəstəliklərə qədər uzanan ciddi nəticələrin olduğunu göstərir. Bu səbəblə, yanma anlayışı fərqli iş sahələrində daha tez-tez görülür. == Tükənmişlik sindromunun (Emosional yanma) təsiri == Yanmanın əsas xüsusiyyətləri enerji itkisi,motivasiya əskikliyi, digərlərinə qarşı mənfi münasibət və aktiv olaraq digərlərindən geri çəkilməyi ehtiva edir. Yanma duyğusal tükənmə, laqeydləşmə və fərdi müvəffəqiyyət ölçüləri ilə araşdırılır. Duyğusal tükənmə, insanın etdiyi işə görə duyğusal olaraq özünü həddindən artıq yüklənmiş, tükənmiş hissetməsidir və burn-out sindromunun ən əhəmiyyətli simptomudur. Laqeydləşmə,şəxsin xidmət göstərdiklərinə qarşı bu insanların fərd olduqlarını nəzərə almadan, duyğudan məhrum şəkildə davranışlar göstərməsidir. İnsana obyektiv olaraq meyli əks etdirir.

Digər lüğətlərdə

миели́т фиа́л забре́дить котлови́нка околокино́шный повремени́ть спира́нт темля́чный ука́зывать башкир пукша путеграм alternate wheat depolarize inconsumable oblation perboric acid sealant spot disease stylite water vole геноцид инфекционный латать плаксивый