TÜL

[ fr. tulle] Çox vaxt güllü naxışları olan yüngül, toraoxşar şəffaf parça. Pərdəlik tül.
// Həmin parçadan tikilmiş. Tül kofta.
– Açıq pəncərədən tül pərdə asılmışdı. İ.Hüseynov.

Синонимы

  • TÜL pərdə — örtük

Этимология

  • TÜL Fransız sözüdür, “nazik, yüngül, toxuma parça” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TÜKÜRPƏRDİCİ
TÜLƏK
OBASTAN VİKİ
Sent-Tül
Sent-Tül (fr. Sainte-Tulle, oks. Santa Túlia) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Cənub-şərqi Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04197. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3265 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1976 yaşda olan (15-64 yaş) insanlar arasında 1404 nəfər iqtisadi cəhətdən fəal, 572 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.1%, 1999-cu ildə 66.6%) idi. Fəal olan 1404 nəfərdən 1273 nəfəri (715 kişi və 558 qadın), 131 nəfəri işsiz (70 kişi və 61 qadın) idi.
Tül
Tül (şəhər)
Tül (parça)
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Tül (şəhər)
Tül (fr. Tulle, oks. Tula [ˈtylɔ]) — Fransanın cənub-qərbindəki şəhər, Limuzin regionunda yerləşən Korrez departamentinin inzibati mərkəzi. Şəhərin əhalisi təxminən 15,5 min nəfərdir.
2S4 Tülpan
2S4 Tülpan (Rusca: 2С4 «Тюльпан»; “lalə”), SSRİ istehsalı olan özüyeriyən minaatan qurğusu olub, 2K11 Krug ilə eyni quruluşa sahibdir. Lazer başlıqlı mərmilərdən, kimyəvi başlıqlı mərmilərdən və nüvə başlıqlı mərmilərdən atəş açmaq qabiliyyətinə malikdir. İstehsalçı: SSRİ İstehsalçı firma: Uraltransmaş SKB-72 Tip: Özüyeriyən minaatan qurğusu İstehsal tarixi: 1969 – 1988 Xidmətə giriş ili: 1972 – günümüzə Ekipaj: 5 nəfər İstehsal sayı: 588 ədəd == Ölçülər == Ağırlığı: 27.5 ton Uzunluğu: 6.246 m Lülənin uzunluğu: 5.34 m Eni: 3.25 m Hündürlüyü: 3.2 m Klirens: 0.45 m == Müdafiə == Zireh: 30 mm-lik yayılmış polad == Performans == Zəminə təzyiq: 0,605 kq/sm ² Dalış dərinliyi: 1 m Xəndək keçmə: 2.55 m Maneə keçmə: 0.7 m Qalxma dərəcəsi: 35º Motor: V-59U dizel At gücü: 520 Maksimal sürət: 63 km/saat Yolsuzluqda: 45 km/saat Yanacaq çəninin tutumu: 830 litr Mənzili: 500 km Dayandırılması: müstəqil burulma bar == Silahlanma == Əsas silahı: 240 mm “2B8” yivsiz minaatan Kalibr: 240 mm Lülənin qalxma bucağı: +45º... +80º Üfüqi tuşlama bucağı: +45º : -10º... +10º +80º : -41º...
Adi tülkü
Adi və ya qırmızı tülkü (lat. Vulpes vulpes) itlər fəsiləsindən (lat. Canidae) olan yırtıcı məməli növüdür. == Yayılması == Adi və ya başqa adla qırmızı tülkü Avrasiyanın böyük hissəsini, Afrika və Amerikanın şimal vilayətlərini əhatə edən geniş areala malikdir. Bu nəhəng ərazidə tülkülərin fərdi və coğrafi, xüsusən rəng müxtəlifliyi o qədər böyükdür ki, zooloqlar 40-a yaxın yarımnöv ayırd edirlər. == Azərbaycanda yayılması == Qafqazda o cümlədən Azərbaycanda düzən, meşə və dəniz səviyyəsindən 3000 m-dək yüksəkdə olan dağ zonalarında yaşayır. Azərbaycanda ona ən çox Kür-Araz ovalığının açıq landşaftlarında, xüsusən Muğan, Mil, Şirvan və digər rayonların becərilməyən torpaqlarında, Kiçik Qafqazın düzən, dağətəyi rayonlarında təsadüf edilir. Meşə zonalarında azsaylıdır. Kür, Araz, Alazan və Qabırrıçay çayları boyunca yerləşən tuqay və digər meşələrdə onlara çox nadir hallarda təsadüf olunur. Subalp çəmənliklərdə tülkülərin sayı meşə zonalarına nisbətən çoxdur, lakin Böyük və Kiçik Qafqazın alp çəmənliklərində isə azsaylıdırlar.
Aşağı Tüləkaran
Aşağı Tüləkaran — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Aşağı Tüləkəran oyk., mür. Quba r-nunun Tüləkəran i.ə.v.-də, Ağçayın sahilində, dağətəyi ərazidədir. Lüləkəran variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında Tüləkəran (indiki Yuxarı Tüləkəran) kəndindən çıxmış ailələrin həmin kəndə məxsus pay torpağında məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "aşağıda yerləşən Tüləkəran kəndi" deməkdir. Tüləkəran komponenti tülə (tat. "yunu çıxmış dəri") və kəran (kənd; yaşayış məntəqəsi termini) sözlərindən ibarət olub, "gön aşılamaqla məşğul olanlara aid kənd" mənasını ifadə edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 558 nəfər əhali yaşayır.
Doktor Tülpün anatomiya dərsi
Doktor Tülpün anatomiya dərsi — Rembrandt van Reyn tərəfindən 1632-ci ildə çəkilmiş 216,5 x 169,5 sm ölçülü rəsm əsəri. Rəsmdə təsvir olunan şəxslərdən ikisinin şəxsiyyəti dəqiq məlumdur. Bunlar həkim Nikolas Tülp və meyit — Aris Kindtdir. Aris Kindt törətdiyi cinayətlərə görə məhkəmə qərarı ilə 31 yanvar 1632-ci ildə asılaraq edam olunmuş və onun meyiti tibbi sınaqlar üçün Amsterdam cərrahlar gildiyasına verilmişdi.
Eyxler tülpanı
Florenski tülpanı
Hamar tülküquyruq
Hamar tülküquyruq (lat. Alopecurus aequalis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü.
Kiçik Tülkü (bürc)
Kiçik Tülkü (lat. Vulpecula) — göyün şimal yarımkürəsində bürc.
Komandor mavi qütb tülküsü
Komandor mavi qütb tülküsü (lat. Alopex lagopus semenovi) — Qütb tülküsünə daxil olan yarımnöv ancaq Mednı adasında (Komandor adaları) yayılmışdır. Saylarının azlığı səbəbindən Rusiyanın Qırmızı kitabına daxil edilmişdir. Ümumi saylarının cəmi 100 olması düşünülür. Yarımcinsin yayıldığı Medni adası 1993-cü ildən Komandor qoruğu ərazisinə daxildir.
Lalə-Tülpan məscidi
"Lalə-Tülpan" Ufa Katedral Məscidi (başq. «Ләлә-Тюльпан» Өфө йәмиғ мәсете, rus. Уфимская соборная мечеть «Ляля-Тюльпан») — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhəri islam mədəniyyət və təhsil mərkəzi. Məscid 7 aprel 1998 tarixində açılmışdır, və müsəlman bayramlarına ev sahibliyi edir. == Tarixi == Layihə yaz fəslinin simvolu olan lalə gülünə (qədim dövrdən türk xalqlarının simvolu olmuşdur) əsaslandırılmışdır. Məscidin minarələri iki qönçəni özündə birləşdirir. Məscid layihəsinin memarı V. V Davlyaşindir. Məscid möminlərin ianələri və Başqırdıstan Respublikası hökumətinin köməyi ilə inşa edilmişdir. İnşaat 1989-cu ildə başlamış, 1998-ci ildə isə başa çatmışdır. Layihə "BNZS" tresti tərəfindən həyata keçirilmişdir.
Qarabağ tülpanı
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. == Haqqında == Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Qesner tülpanı
Qütb tülküsü
Qütb tülküsü və ya Ağ tülkü, (lat. Alopex lagopus yaxud Vulpes lagopus) — İtlər fəsiləsinə aid yırtıcı məməli növü. == Xarici görünüşü == == Əhəmiyyəti == Qütb tülküsünün qiymətli xəzi var. Şimalda xəz sənayesinin əsasını təşkil edir. Mavi qütb tülküsünün xəzi ən qiymətlidir.
Qışlaq-i Tülkülügülmuradi (Pərsabad)
Qışlaq-i Tülkülügülmuradi (fars. قشلاق تولكيلوگلمرادئ‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (8 ailə).
Qışlaq-i Tülkülüqocalar (Pərsabad)
Qışlaq-i Tülkülüqocalar (fars. قشلاق تولكيوگوجه لر‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 112 nəfər yaşayır (24 ailə).
Qışlaq (Tülüconu, Lerik)
Qışlaq — Azərbaycan Respublikasının Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd.
Tibet tülküsü
Tibet tülküsü (lat. Vulpes ferrilata) — itkimilər dəstəsinə, tülkülər cinsinə aid növ. == Xarici görünüş == Tibet tülküsü tülkülər arasında ən kiçik ölçülərinə malik olanıdır. Dişləri yaxşı inkişaf etmişdir. İri yırtıcı dişlərə sahibdir. Tülkünün dərisi qalın, sıx xəzlə örtülüdür. Bu xəz onu güçlü küləklərdən qorumağa imkan verir. Üz hissəsi ilk baxışda dördbucaqlı formadadır. Bunun bu cür olmasına səbəb boğaz ətrafında uzun tüklərinin olmasıdır. Böyür hissələri sarı-qəhvəyi rəngə çalır.
Tülpan ağacı
== Təbii yayılması: == Təbii halda Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 20-30 m, eni 20-24 m, gövdəsinin diametri 50 sm olan, şaxələnmiş, yumru çətirli ağacdır. Yarpaqların uzunluğu 8-22 sm, eni 6-25 sm-dir. Yarpaqların üstü parlaq yaşıl, payızda isə sarımtıl rəng alır. Tumurcuqları iri, küt, 2 qabıqlıdır. Çiçəkləri ikicinsli, görünüşünə görə tülpanın çiçəklərinə bənzəyir, tək, diametri 3-10 sm, yaşılımtıl-sarıdır. Çiçək yanlığının 9 xırda yarpağı vardır, onlardan üçü üstdə, yumurtavari-neştərvari, yaşılımtıl-ağ, tez tökülən kasayarpaqlı və altı enli-yumurtavari, açıq yaşıl, içəridə ləçəkləri yerləşir. Çiçəkləri zəif xiyar ətirlidir. Erkəkcikləri və dişicikləri sünbülün ətrafında spiral şəklində yerləşir; erkəkcikləri tökülür, dişicikləri isə qanadcıq formasında olur. Çiçəkləməsi iqlim şəraitindən asılı olaraq apreldən iyuna qədər davam edir.
Tülqan
Tülqan — qəsəbə, Rusiyanın Orenburq vilayətinin Tülqan rayonunun mərkəzidir. == Coğrafiya == Orenburq şəhərinin 130 km şimal-şərqində yerləşir. Tülqan qəsəbəsi Kiçik Nakas dağ silsiləsinin bir hissəsini tutur. == Tarix == 1940-cı illərdə Tülqan bölgəsinin ərazisində qonur kömür yatağı tapıldı, bu ərazidə 1953-cü ildə Tülqan qəsəbəsi quruldu. Qəsəbəyə buradan 4 km məsafədə yerləşən Tülqan xutorunun adı verilmişdir. Xutorun adı başqırd dilində tüylügen ("uçurtma") sözündən yaxud türkcə şəxs adı Tülegen sözündən gəlir . 1960-cı ildə Tülqan Troitsky rayonunun regional mərkəzi oldu. 1965-ci ildə Tülqan rayonu quruldu və Tülqan qəsəbəsi onun mərkəzi oldu. 1957–1999-cu illərdə Tülqan işçi qəsəbəsi statusu daşıyırdı. == Əhali == == İqtisadiyyat == Qəsəbədəki sənaye Tülqan Maşınqayırma Zavodu MMC və Tülgan Elektromekanika Zavodu MMC kimi müəssisələrlə təmsil olunur.
Tülü
Tülü (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Tülü (Balakən)
Tülü — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü kəndi Balakən rayonunun Katexdən sonra ikinci böyük kəndidir. Əhalisi 8000 nəfərdən çoxdur. Balakən şəhəri ilə bitişikdir. == Tarixi == Bir-neçə min il yaşa malik olan bu qədim kənd öz adını qədim Dulu türk tayfalarından götürmüşdür. Kənddə bir sıra qədim, lakin hələ də yetərincə öyrənilməmiş tarixi abidələr, o cümlədəm Nur Kilsə, qədim ay məbədləri olduğu güman edilir. Ərazisində bir orta, bir natamam-orta məktəb, bir uşaq bağçası, bir ambulatoriya fəaliyyət göstərir. Hazırda KHTC-ın nəzdində olan və istifadəsiz qalan Balakən aeroportu da bu kənddə yerləşir. Yerli musiqi aləti sayılan damburun (Dambır,Tənbur, Tambur) ən mahir ifaçıları bu kənddədir. Tülü və ona bitişik olan Talalar kəndlərində dambur çox sevilir.
Tülü (Lerik)
Tülü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 20 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar oykonimi qədim türk dilli dulu tayfasının adı ilə bağlayırlar. Dulu tayfaları II əsrdə hunlarla birlikdə Tyanşan və Altay arasındakı ərazidə yaşayırdılar. VI əsrdə Qərbi Türk xaqanlığının tərkibinə daxil idilər. Müasir qırğızların tərkibində tolo adı ilə qalmışlar.
Tülü bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях

звукоподража́тельный малоплодо́вый малоси́льный не́кось отстри́чь просажа́ть радиоприёмник распла́вка реципи́ровать совме́стно Э́рос возмуще́ние кровопроли́тный на круг противоо́пухолевый у́зко рулада aquose defeat extrovert New Hampshire olefiant summerish нарядность неизмеримый