TÜND-QARA
TÜND-SARI
OBASTAN VİKİ
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.
Tünd qırmızı ayıca
Tünd qırmızı ayıca (lat. Rhyparia purpurata) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. == Təsviri == Qanadları açılmış halda 40-42& mm-dir. Ön qanadları təmiz sarı rəngdədir, üzərində çox sayda boz-qonur ləkələr var. Bu ləkələr qanadın ön kənarında cərgə ilə düzülmüş bir qədər iri və qaramtıldır. Qanadın daxili kənarındakı ləkələr yaxşı seçilmir. Arxa qanadları al qırmızı rəngdədir, üzərində eninə uzanmış 4 qara rəngli ləkə var. Bunlardan ortada yeləşən iki ləkə böyükdür. Qanadın xarici kənarında iki qara ləkə var. Ətrafındakı saçaqlar sarıdır.
Tünd qırmızı talış uzunbığı
Tünd qırmızı talış uzunbığı (lat. Purpuricenus Talyshensis) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid növ. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Azərbaycanın endemik canlısıdır. == Təsviri == Bədənin uzunluğu 12,5–17 sm-dir. Rəngi qaradır. Qanadüstlükləri açıq-qırmızı və ya çəhrayımtıl-sarı rəngdə olub hər birinin üzərində 3 iri qara ləkə vardır. Qanadüstlüklərin əsasında nisbətən kiçik qara ləkə, orta hissəsində iri və qismən oval, zirvədə isə ən kiçik qara ləkə vardır. Ön döş açıq –qırmızı rəngdə olub əsasda qalın qara ləkə ilə əhatələnmişdir, öndə iki qara nöqtəlidir. Bığcıqları 11 buğumludur.
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Tünd susüpürən
Tünd susüpürəni
Tünd şibyəyeyən
Tünd şibyəyeyən (lat. Cnophria rubricollis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-13 mm-dir. Ön və arxa qanadları tünd qəhvəyidir. Döş hissəsi açıq qırmızı, qarıncığın yarısı qara, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı boz-yaşıl rəngdə olub üzərində qara nöqtəli dalğavari naxışlar, kürək hissəsinin hər seqmetində üzərində qara tükləri olan 4 qırmızı-sarı ziyil, yanlarda isə sarımtıl tüklərlə örtülmüş 2 ziyil vardır. Başı qonur rəngdədir. Pupu qonur-qırmızı rəngdə olub, sərbəst baramada yerləşir. == Həyat tərzi == Meşə biotoplarında yaşayır.
Qırmızı
Qırmızı və ya Qızıl – rənglərdən biri. == Ümumi məlumat == Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir.Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır.Qırmızı rəngin toplaşma, cəmləşmə, dava-dalaş simvolu kimi qəbul edildiyi halda bəzi türk xalqlarında qırmızı rəng qutsal sayılmış və o, göz ruhunun rəngi hesab edilmişdir. Bu göz ruhu özü qırmızı olmaqla bərabər, geyimi də yalnız və yalnız qırmızı təsəvvür edilmişdir. Bu etiqad azərbaycanlılarda da olmuş və o, əski çağlardan yaşaya-yaşaya gəlib çağımıza da çatmışdır.
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Tünd rəngli sovka
Al-qırmızı
Al-qırmızı — qeyri-spektral rənglər qrupundan biri. Onun üçün təbii standart rəng bənövşəyi rəngdir, bu rəng, mavi (ya da bənövşəyi) rəngin qırmızı ilə qarışdırılması ilə əldə edilə bilər. Kolorimetriyada, bənövşəyi rəng mavi və ya tünd qırmızı ilə qarışdırmaqla əldə edilən bir sıra rəngə aiddir. == Ədəbiyyat == Ball, Philip. Bright Earth, Art and the Invention of Colour. Hazan (French translation). 2001. ISBN 978-2-7541-0503-3. Heller, Eva. Psychologie de la couleur: Effets et symboliques.
Qırmızı ağcaqayın
== Təbii yayılması == Vətəni Şimali Amerikadır. Cənubi Avropada və Yaxın Şərqdə mədəni əkin şəraitində becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, enli, yumru və möhkəm çətirli ağacdır. Yarpaqları üzbəüzdür, 5–7 ədəddir, ucu biz, uzunluğu 8–14 sm-dir. Yarpaqlarının rəngi qırmızıdır, yayda yaşıl, payızda isə sarı rəng alır. Maydan iyuna qədər çiçəkləyir. Açıq sarı rəngli çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır. Meyvələri uzunluğu 3 sm-dən 5 sm-ə qədər olan qanadcıqlardır. Tоxumlarla, kök zoğları ilə çoхalır. == Ekologiyası == Soyuğa davamlı, işıqsevən, quru, məhsuldar torpaqlarda yaxşı bitən, yarımkölgəyə dözən bitkidir.
Qırmızı bayraq
Qırmızı bayraq — Siyasətdə qırmızı bayraq əsasən sosializm, kommunizm, marksizm, həmkarlar ittifaqları, solçu siyasət və tarixən anarxizmin simvoludur. Fransız İnqilabından bəri solçu siyasətlə əlaqələndirilir.Sosialistlər bu simvolu 1848-ci il inqilabları zamanı qəbul etdilər və 1871-ci ildə Paris kommunası tərəfindən istifadə edilməsi nəticəsində kommunizm simvoluna çevrildi. Çin, Vyetnam və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox sosialist dövlətin bayraqları belə tərtib edildi. Qırmızı bayraq, Fransa Sosialist Partiyası (PS), Almaniya Sosial Demokrat Partiyası (SDP) və İspaniya Sosialist İşçi Partiyası (PSOE) kimi bəzi demokratik sosialistlər və sosial demokratlar tərəfindən də simvol kimi istifadə olunmağa başladı. Britaniya siyasətinin köklü partiyalarından olan Leyboristlər Partiyası 1980-ci illərin sonuna qədər bu simvoldan istifadə etdi. Fransız İnqilabından əvvəl və bəzi kontekstlərdə bu gün də qırmızı bayraqlar və ya pankartlar, itaətsizlik və müharibənin simvolu kimi qəbul edilir.Keçmişdə bəzi istifadə nümunələri; Orta əsrlərdə donanma gəmiləri müharibə elan etmək üçün, mühasirəyə alınan şəhərin təslim olmayacağını bildirmək və ya Osmanlı imperiyasında, sultanın mövqeylərini göstərmək üçün qırmızı bayraq gəzdirirdilər.
Qırmızı beret
Qırmızı Beret — əsasən Xüsusi Təyinatlı Dəstələrin baş geyimi kimi qəbul edilmişdir. Dünya dövlətləri ölkədaxilində baş verəcək terrorun qarşısının alınması və xüsusi təyin olunmuş əməliyyat üçün bu birləşmələri yaradmışlar. Bir sıra ölkələrin Qırmızı Beretliləri haqqında: == Haqqında == 'Amerika Ordusu' — 1943-cü ildə General Frederik Brauning, Britaniya Birinci Bort Korpusunun komandanı, Britaniya Paraşüt Polyunda ABŞ Ordusunun 509-cu Paraşüt Piyada qoşunu və Vyetnam müharibəsi zamanı iştirak edən fransız qoşunlarına bu beretin geyilməyinə icazə verilmişdir.ABŞ Hərbi Hava Qüvvələrinin döyüş personalıda bu baş geyimindən istifadə edirlər.Amerikada Qırmızı Bereti qazanmaq üçün ən güclü kurslardan biri olan Ranger kursu mövcuddur. Bu beretin qırmızı rənginin mənasının "qurban verilmiş qan" anlamına gəldiyi iddia edilir. 'Almaniya Ordusu' — Almaniyada qırmızı bereti Kommando Spezialkräfte və Division Spezielle Operationen kimi komando qrupları geyinir. 'Azərbaycan Ordusu' — qırmızı bereti yalnız Azərbaycan Respublikası Daxili Qoşunları nın Xüsusi təyinatlı dəstələri və Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin Qərərgahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan) istifadə edirlər. Azərbaycan Respublikası Daxili Qoşunları nın xüsusi təyinatlı dəstələrində xidmət etmək istəyən hərbi qulluqçular ilkin seçim, test üsulu ilə yoxlama, müşahidə və söhbətlər mərhələsindən keçməklə seçilirlər. Birinci mərhələ xüsusi komissiya tərəfindən həyata keçirilir. Bu komissiyanın tərkibinə qərargah, kadrlar, tibb və xüsusi təyinatlı bölmələrin zabitləri daxildir. Hər bir namizədlə aparılan söhbətlər zamanı onun xidmətə gəlməkdə məqsədi, vətənpərvərlik hissləri, ölkədə baş verən hadisələrə, valideynlərinə, onların bu xidmətə münasibəti, hərbi və ya mülki təhsili, ailə vəziyyəti, ixtisası və gələcək planları, marağı, asudə vaxtını necə keçirməsi, idmana marağı, sağlamlığının vəziyyəti, keçirdiyi xəstəliklər və s.
Qırmızı cadugər
Qırmızı cadugər (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar.
Qırmızı vəba
Qırmızı vəba (The Scarlet Plague), Cek London tərəfindən postapokaliptika janrında yazılmış və 1912-ci ildə London Magazine-də yayımlanan qiyamət sonrasını ifadə edən romandır. Kitabın 2020-ci ildə Koronavirus epidemiyasına çox bənzər olduğu, xüsusilə Londonun yaşadığı dövrdə yazıldığı qeyd edilməlidir. O dövrdə hazırda olduğu kimi dünya ölkələri bir-birinə bu qədər səyahətlə bağlanmamışdı. == Süjet == Hekayə 2073-cü ildə, idarəolunmaz bir epidemiya olan Qırmızı Ölümün planetin əhalisinin sayının azaldıqdan altmış il sonra baş verir. James Smith, qırmızı vəba epidemiyasından sonra sağ qalanlardan biridir və hələ də San Fransisko bölgəsində qalır və nəvələri Edvin, Hoo-Hoo və Hare-Lip ilə birlikdə səyahət edir. Nəvələri gəncdir və çoxsaylı insan yaşadığı dünyada ibtidai ovçu kimi yaşayırlar. Dil qabiliyyətləri kimi ağılları da məhduddur. Edvin, "Granser" dedikləri Smithdən qırmızı ölüm adlandırılan xəstəlikdən danışmağını istəyir. Smith, İngilis professoru olduğu zaman vəba xəstəliyindən əvvəlki həyat hekayəsini danışır. 2013-cü ildə, "Beşinci Morgan, Maqnatlar Şurası tərəfindən Amerika Birləşmiş Ştatlarının Prezidenti təyin edildikdən" bir il sonra xəstəlik meydana gəldi və sürətlə yayıldı.
Qırmızı yerdəyişmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Qırmızı yosunlar
Qırmızı yosunlar (lat. Rhodophyta) — sarımtıl qırmızı, mavi-yaşıl-qırmızı rəngli çoxhüceyrəli (ən bəsit formaları — birhüceyrəli) yosunlar tipi. Bəzi qruplar hüceyrələrin divarlarında kalsium karbonat çökdürdüyündən çökmələrdə fosil halında qalır. Mezo-kaynozoyda qırmızı yosunlar süxurəmələgətirən orqanizmlər olub mərcan qrumlarının (biogermlər və riflər) formalaşmasında iştirak edir. Qırmızı yosunlar normal duzluluqlu isti dənizlərdə 3–160 m (optimal — 20–50 m) dərinlikdə yayılmışdır. Hazırda 3800 növü vardır. Xəzərdə 25 növü məlumdur, onlardan laurensiya, polisifoniya, melobeziya və s. yosunlar geniş yayılmışdır.
Qırmızı çalağan
Qırmızı çalağan (lat. Milvus milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Təxminən 60 - 66 sm ölçüdə quşdur. Rəngi qırmızımtıl-qəhvəyidir. Quyruğu uzundur və haçalanmışdır. == Yayılması == Qərbi Palearktikanın endem növüdür. Avropanın əksər hissələrində yayılmışdır. Afrikada yuvalaması və qışlaması öyrənilməmişdir.
Qırmızı çay
Qırmızı üzgəcli
Qızılüzgəc (lat. Scardinius erythrophthalmus) — qızılüzgəclər cinsinə aid balıq növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Ağzı başın ucunda yerləşir və yuxarıya doğru yönəlmişdir. Üzgəcləri tünd qırmızı rəngdə olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularından ovlanmış qızılüzgəclərin uzunluğu 33 sm-ə, kütləsi isə 590 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub çaylarda, su anbarlarında, şirinsulu körfəz və limanlarda yaşayır. Orta ömrün uzunluğu 6 ilə qədər olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Qırmızı Şəfəq
Qırmızı Şəfəq — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Şəfəq qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə Qırmızı Şəfəq kəndi adlandırılmışdır.
Qırmızı şlam
Qırmızı şlam Qırmızı şlam boksitlərdən Bayer üsulu ilə alüminium –oksid alınması prosesinin qalığıdır. Müxtəlif məlumatlara əsasən təkcə MDB ölkələrində 100-150 milyon ton qırmızı şlam toplanıb qalmışdır. Bu tullantılar alüminum istehsalı zavodlarının yaxınlığında cox böyük ərazini tutur və potensial təhlükə mənbəyidir. Buna misal kimi 2010-cu ildə Macarıstanda qırmızı şlamla bağlı baş verən ekoloji fəlakəti göstərmək olar. Bu zaman 1,1 milyon kubmetr həcmində zəhərli maddələr ətraf mühitə dağılmış, insan itgisi olmuşdur. Bu səbəbdən zavod 472 milyon avro cərimə edilmişdir. Azərbaycanda da (Gəncə şəhəri) bu cür şlam 60 hektara qədər ərazinin tutur və burada 12 milyon ton alunit, 20 milyon ton boksit tullantısı toplanmışdır.Bu ərazinin torpaq qatı ilə örtülməsinə baxmayaraq , yenə təhlükə mənbəyi olaraq qalır. Ədəbiyyat materiallarının analizi göstərir ki, qırmızı şlamın emalının həm piro-, həm də hidrometallurgiya üsulları ilə işlənməsi təklif olunur. Pirometallurgiya texnologiyaları qırmızı şlamdakı dəmir tərkibli komponentlərin maqnitlənən hissəsinin, qeyri-maqnit hissədən ayrılmasına əsaslanır və cox yüksək temperaturda aparılır. Bu üsul enerji daşıyıcılarının qiymətlərinin cox yüksək olması baxımından perspektivli sayılmır.
Qırmızı ətirşah
Geranium sanguineum (lat. Geranium sanguineum) - ətirşah cinsinə aid bitki növü.

Digər lüğətlərdə

аневри́зм вы́вялить желте́ться контракта́нт кро́шечка опора́жнивать подсозна́тельный покла́жа препози́ция бунтовщи́ца диале́кт петушко́м разойти́сь слю́нки цеди́лка clean energy Frondeur interknit proctorship surly tamarind topped unprop знаться мелколесье