TÜND-QIRMIZI
TÜND-YAŞIL
OBASTAN VİKİ
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.
Tünd susüpürən
Tünd susüpürəni
Tünd şibyəyeyən
Tünd şibyəyeyən (lat. Cnophria rubricollis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-13 mm-dir. Ön və arxa qanadları tünd qəhvəyidir. Döş hissəsi açıq qırmızı, qarıncığın yarısı qara, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı boz-yaşıl rəngdə olub üzərində qara nöqtəli dalğavari naxışlar, kürək hissəsinin hər seqmetində üzərində qara tükləri olan 4 qırmızı-sarı ziyil, yanlarda isə sarımtıl tüklərlə örtülmüş 2 ziyil vardır. Başı qonur rəngdədir. Pupu qonur-qırmızı rəngdə olub, sərbəst baramada yerləşir. == Həyat tərzi == Meşə biotoplarında yaşayır.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir.Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil. Çünki zehni qarışdıra bilər.
Tünd qırmızı ayıca
Tünd qırmızı ayıca (lat. Rhyparia purpurata) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. == Təsviri == Qanadları açılmış halda 40-42& mm-dir. Ön qanadları təmiz sarı rəngdədir, üzərində çox sayda boz-qonur ləkələr var. Bu ləkələr qanadın ön kənarında cərgə ilə düzülmüş bir qədər iri və qaramtıldır. Qanadın daxili kənarındakı ləkələr yaxşı seçilmir. Arxa qanadları al qırmızı rəngdədir, üzərində eninə uzanmış 4 qara rəngli ləkə var. Bunlardan ortada yeləşən iki ləkə böyükdür. Qanadın xarici kənarında iki qara ləkə var. Ətrafındakı saçaqlar sarıdır.
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Tünd rəngli sovka
Bozqır sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Sarı akasiya
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Sarı buynuzlalə
Sarı buynuzlalə (lat. Glaucium flavum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 50sm-ə qədər olur. Gövdəsi düz, dəyirmi olub, budaqlanandır. İnkişafının birinci ilində çətiri böyük liraşəkilli-lələkvari yarılmış, yarpaqları sıxtükcüklü olmaqla, uzunluğu 35 sm-ə qədərdir. Gövdəyəbənzər yarpaqları çoxsaylı, şişkin, göyümtül, oturaq, yuxarı hissəsi qısa, oval, demək olar ki, kənarları bütövdür. Çiçəkləri tək, iri, diametri 1,5-3sm, ləçəkləri 4, böyük tərsyumurtaşəkilli və ya dairəvi, uzunluğu 3,5 sm, parlaq-sarı və ya tünd-sarıdır. Toxumları böyrəkşəkilli, qəhvəyi və ya qaradır. Bitkinin bütün hissələri şirəli soka malik olub, şirəsi çıxarıla bilir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.
Sarı bülbül
Serinus canaria (lat. Serinus canaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin serinus cinsinə aid heyvan növü.
Sarı dəniz
Sarı dəniz (ing. Yellow Sea, çin. 黄海, Huanghai, "xuan-xay"), (황해 kor., "xvan-xe")- şərqi Çin dənizinin cənub hissəsi. Bu dəniz Çin və Koreya yarımadası arasında yerləşir. Dənizin adı onun sarı rənginə görədir ki, içindəki sarı torpaq zərrələrindəndir.
Sarı halva
Sarı halva (az.-əbcəd ساری حالوا‎) — Həmədan bölgəsinin ənənəvi şirniyyatlarından biri ki əsasən orucluq aylarında hazırlanır. Sarı halva görünüşünə görə sıyığa bənzəsədə, rəngi sarı, quruluşuna görə isə sıyıqdan daha bərkdir. == Lazım olan ərzaqlar == 10 ədəd yumurta sarısı Yarım stəkan şəkər tozu Yarım fincan gülab 3 yemək qaşığı ərinmiş kərə yağı 3 yemək qaşığı əridilmiş zəfəran == Hazırlanma qaydası == Yumurta sarılarını qarışdırdıqdan sonra, üstünə şəkər tozunu töküb maddənin qabarmasına kimi qarışdırın ki krem rəngli olsun. Kərə yağını tavaya qoyub qızdırdıqdan sonra üzərinə öncədən hazırlanmış yumurta-şəkər qarışığını əlavə edin. Tərkiblər sərtləşdikdən sonra qızılgül suyu və əridilmiş zəfəranı qarışdırın və qarışığınıza əlavə edib qarışdırın və zəif odda 10 dəqiqə qaynadandan sonra götürün və sərtləşdirmək üçün soyuducuya qoyun. Həmədan Sarı halvasını dilimlənmiş püstə, badam və darçınla bəzəyə bilərsiniz.
Sarı jurnalistika
Sarı jurnalistika (ing. yellow journalism) və ya sarı mətbuat (ing. yellow press) — çox az ya da heç bir istinadı olmadan edilmiş bir araşdırmaya göz alıcı xəbər başlıqları əlavə olunaraq daha çox qəzet satılmaq üçün edilən jurnalistika növü. Bu üsul, bəzən xəbərlərdəki hadisəsinin mübaliğəsi, skandal tüccarlığı ya da sensasiyonalizm olaraq ortaya çıxa bilər.
Sarı kitab
Sarı koramal
Sarı koramal(lat. Pseudopus apodus) — Koramallar fəsiləsinə aid ayaqsız kərtənkələ növü. == Xariçi görünüş == Koramallar ayaqlara malik olmurlar, halbuki kərtənkələdirlər. Sarı koramal öz sinfinə daxil olan ilanlar arasında ən irisidir. Onlar bəzən 1,5 m təşkil edir. Uzun quyruğa malik olular və təhlükə zamanı onu atırlar. == Yayılması == Onların arealı Cənub-şərqi Avropa, Orta və cənub-qərbi Asiya, Qafqaz və Krım ərazilərini təşkil edir. == Qidalanması və çoxalması == Əsasən molyusklar və Cücülərlə qidalanır. Bəzən onurğalılarlada qidalanması müşahidə edilib. 8–10 olmaqla yumurta qoyur.
Sarı mətbuat
Sarı jurnalistika (ing. yellow journalism) və ya sarı mətbuat (ing. yellow press) — çox az ya da heç bir istinadı olmadan edilmiş bir araşdırmaya göz alıcı xəbər başlıqları əlavə olunaraq daha çox qəzet satılmaq üçün edilən jurnalistika növü. Bu üsul, bəzən xəbərlərdəki hadisəsinin mübaliğəsi, skandal tüccarlığı ya da sensasiyonalizm olaraq ortaya çıxa bilər.
Sarı nelufər
Sarı nelufər (lat. Nuphar lutea) - nelufər cinsinə aid bitki növü.Nuphar luteum (L.) Smith - Sarı nelufər (Dırmaşan, sarı suzanbağı) == Botaniki xarakteristikası: == Çoxillik su bitkisidir. Sürünən, möhkəm, çoxsaylı ağ qaytanabənzər köklərdən ibarətdir. Kökləri silindrik, bir və ya bir neçə yan şaxələnən köklərə malik, uzunluğu 1-1,5 m (bəzən 3-4m), eni isə 13sm, xaricdən sarı-yaşıl, daxili ağ, tünd rombabənzər-dairəvi dişlidir. Zirvədə yerləşən yarpaq və çiçəklərin saplaqları möhkəmdir. Yarpaqları iki tiplidir: üzən-sıx, zəif dərili, yumurtayabənzər-ellipsvari, uzunluğu 15-17 sm dairəvikənarlı, əsası dərin oyuqlu, nazik və büküşlüdür. Çiçəkləri sarı, tək, uzun qaytanabənzər olub, suyun üzərinə sərilərək şarabənzər görünməklə, diametri 4-5 sm olur. May-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvələri yetişir. Toxumla və vegetativ yolla çoxalır.Yavaş axan sularda, göllərdə, köhnə nohurlarda, sakit axan çaylarda, dərinliyi 0,5–1 m və hətta 3–5 m olan sularda, körfəz və sahillərdə rast gəlinir.Xammal kimi köklərini may-oktyabr aylarında, çiçək və meyvələri toplanılır. Dərin olmayan sututarlarda köklərini iti bıçaqla kəsmək tövsiyə olunur.
Sarı nonneya
Nonea lutea (Desr.) D. C. Hündürlüyü 20-30 sm, gövdəsi əsasından budaqlanmış olan birillik ot bitkisidir. Qısa yumşaq, sadə və vəzili yapışqanlı və cod tüklə örtülmüşdür. == Yarpaq == Kökətrafı yarpaqları uzunsovneştərvari, küt, tədricən saplağa daralandır, aşağı gövdə yarpaqları qaidə hissəsinə doğru daralan, qalanları oturaqdır, xətvari-neştərşəkilli, sivri, tamkənarlı və yaxud seyrək dişlidir. == Çiçək == Çiçək salxımları tək-tək və ya bir neçə ədəd olmaqla gövdə və budaqların ucunda yerləşmişlər, barverən budaqlar uzanmışdır, çiçəkləri birtərəfli yerləşmişdir. Tac limon sarısı rəngdədir, demək olar ki, borucuğa bənzərdir, diametri 5 mm-dən çox olmayan kiçik qınlıdır. == Meyvə == Fındıqcalar 5–6 mm uzunluqdadır, düz, seyrək uzununa damarlıdır, qəhvəyi rəngli, kütdür, qaidə hissəsində hamar halqalıdır. == Çiçəkləməsi == Aprel-May == Meyvə verməsi == May-İyun == Azərbaycanda yayılması == Demək olar ki, Azərbaycanın bütün rayonlarında. Ovalıqdan orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşə talalarında, kolluqlarda, əkinlərdə alaq kimi, tarla və bostanlarda, yol boyunca, suvarma kanalları boyunca, boş yerlərdə rast gəlinir.
Sarı peloziya
Sarı peloziya-(lat. P.obtusa H.S.) Buğumayaqlılar tipinin Pulcuqqanadlılar dəstəsinin Ayıcalar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 12–13 mm-dir. Ön qanadları açıq sarı rəngdə olub, üzərində köndələn yerləşən tünd nöqtələr vardır. Arxa qanadları qonuru-sarı rəngdədir.3–4 mm uzunluqda kiçik tırtıllara malikdir. == Həyat tərzi == Nadir növdür. Azərbaycanın faunası üçün yenidir. Mayda tırtıllar puplaşmış və onlardan kəpənəklər çıxır. Pupun inkişafı 15 gün çəkir. Bu ayıca suda bitən qamışla da qidalanır.
Sarı pırtlaşıqlələk
Sarı pırtlaşıqlələk (lat. Ardeola ralloides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin pırtlaşıqlələk cinsinə aid heyvan növü.
Sarı qırxayaqlar
Sarı qırxayaqlar dəstəsi (lat. Julida)-Buğumayaqlılar tipinin İkicütayaqlılar sinfinə aid olan dəstə == Xarici quruluşu == Sarı qırxayaqlar dəstəsini silindrik bədən forması və sayı 30-dan artıq olan çoxlu miqdarda silindrik seqmentlər səciyyələndirir. Bəzi torpaq sarı qırxayaqların daha nazik bədəni olur (diametri 1 mm), onlar kordur, zəif piqmentləşmişlər, zəhər vəzilərinin xal şəkilli dəlikləri aydın nəzərə çarpır. Məsələn, nazik sarı qırxayaqlar fəsiləsinin (Blaniulidae) nümayəndələri belədir. Əsl sarı qırxayaqların (Julidae) bədəni naziklərdəkindən daha az dartılmışdır və onlarda adətən gözlər olur. == Həyat tərzi == Sarı qırxayaqlar ikicütayaqlıların ən zəngin və çox yayılmış dəstəsini təmsil edirlər. Əsl sarı qırxayaqlar fəsiləsinin növləri (22 növ) daha zəngindir. Lənkəran zonasının qarışıq meşələrində onlardan Amblyiulus continentalis All. üstünlük təşkil edir. Alçaq dağlıq zonasının dağ-meşə sarıtorpaqlarında bunların sayı 1 m² 65 fərd təşkil edir.

Digər lüğətlərdə

агролесомелиора́ция бли́зко защебе́нивание наидобре́йший намолоти́ть пря́сельный бе́режность вытя́гивание канцероло́гия кинобизнесме́н отно́ска теплока́р утвержда́ть чека́ночный еврей cable-railway Donetsk dorter four-ale rotten scrape about seven-league soulful отобрать ухудшение