TÜND-SARI
TÜNDXASİYYƏT
OBASTAN VİKİ
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.
Tünd susüpürən
Tünd susüpürəni
Tünd şibyəyeyən
Tünd şibyəyeyən (lat. Cnophria rubricollis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-13 mm-dir. Ön və arxa qanadları tünd qəhvəyidir. Döş hissəsi açıq qırmızı, qarıncığın yarısı qara, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı boz-yaşıl rəngdə olub üzərində qara nöqtəli dalğavari naxışlar, kürək hissəsinin hər seqmetində üzərində qara tükləri olan 4 qırmızı-sarı ziyil, yanlarda isə sarımtıl tüklərlə örtülmüş 2 ziyil vardır. Başı qonur rəngdədir. Pupu qonur-qırmızı rəngdə olub, sərbəst baramada yerləşir. == Həyat tərzi == Meşə biotoplarında yaşayır.
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir.Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür.
Tünd qırmızı ayıca
Tünd qırmızı ayıca (lat. Rhyparia purpurata) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. == Təsviri == Qanadları açılmış halda 40-42& mm-dir. Ön qanadları təmiz sarı rəngdədir, üzərində çox sayda boz-qonur ləkələr var. Bu ləkələr qanadın ön kənarında cərgə ilə düzülmüş bir qədər iri və qaramtıldır. Qanadın daxili kənarındakı ləkələr yaxşı seçilmir. Arxa qanadları al qırmızı rəngdədir, üzərində eninə uzanmış 4 qara rəngli ləkə var. Bunlardan ortada yeləşən iki ləkə böyükdür. Qanadın xarici kənarında iki qara ləkə var. Ətrafındakı saçaqlar sarıdır.
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Tünd rəngli sovka
Açıq yaşıl
Açıq yaşıl — 75% sarı və 25% yaşıl rəngləri qarışdırılaraq əldə edilir. == Ümumi məlumat == Hex dəyəri "#BFFF00", RGB dəyəri "192, 255, 0", CMYK dəyəri isə "20, 0, 100, 0"dır.
Sərmət Yaşıl
Sərmət Yaşıl (türk. Sermet Yeşil; 25 may 1977, Əskişəhər) — teatr, film və seriallara çəkilən türk aktyoru.
Yaşıl (Talin)
Yaşıl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, Alagöz dağının qərbində yerləşir. Kəndin digər adı Yeşil olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «göy rəng» mənasında işlənən yaşıl sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı ü fərmanı ilə adı dəyişdirilib Kakavadzor qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 410 nəfər, 1908-ci ildə 255 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 377 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər və kürdlər kənddə yerləşdirilmişdir.
Yaşıl (Talın)
Yaşıl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, Alagöz dağının qərbində yerləşir. Kəndin digər adı Yeşil olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «göy rəng» mənasında işlənən yaşıl sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı ü fərmanı ilə adı dəyişdirilib Kakavadzor qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 227 nəfər, 1897-ci ildə 410 nəfər, 1908-ci ildə 255 nəfər, 1914 - cü ildə 273 nəfər, 1916-cı ildə 377 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər və kürdlər kənddə yerləşdirilmişdir.
Yaşıl (Vərziqan)
Yaşıl (fars. ياشيل‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (53 ailə).
Yaşıl (dəqiqləşdirmə)
Yaşıl
Yaşıl Beretlər
ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələri (Yaşıl Beretlər) ABŞ ordusunun tərkibində olan xüsusi təyinatlı dəstələr. 1952-ci ildən fəaliyyət göstərir. Vəzifələri: qeyri-konvensional müharibə, antiterrorizm, narkotiklərlə mübarizə. Şüarı — "De oppresso liber" (latınca "Zülmdən azad etməli").
Yaşıl Dərə
Yaşıl Dərə və ya Yaşıldərə — Sumqayıt şəhəri periferiyasında yerləşən gecəqondu və bağlardan ibarət yaşayış massivi. Yaşayış massivi cənubdan Ceyranbatan, şərqdən Saray qəsəbəsinə doğru uzanır. Şimaldan Sumqayıt şəhərinin məhəllə və mikrorayonları əhatələnən massivdə ilk məskunlaşmalar 90-cı illərdən başlasa da, tikinti bumu əsasən 2000-ci illərin ortalarından etibarən intensivləşib. Hal-hazırda massiv Sumqayıt şəhər əhalisinin mənzil tələbatını qarşılayan əsas ərazilərdən biridir. 2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Yaşıl Elm
Yaşıl Elm — Bakıda 12 mart 2014-cü ildə universitet tələbələri tərəfindən elmi bloq olaraq fəaliyyətə başlayan, hazırda elmi-kütləvi mövzuda kitablar nəşr edən, elektron materiallar hazırlayan bir qeyri-kommersiya təşkilatıdır. Sosial media və internet ziyarətçiləri baxımından Azərbaycanda ən böyük kütləyə sahib elmi təşkilatdır. Baş redaktoru Taryel Abdullayevdir. == Fəaliyyətlər == === Elektron qəzet === Portalın elektron qəzeti hər kəsə açıq elmi-kütləvi qəzetdir. Burada hər kəs məqalə yaza bilər, məqalələr redaktorlar tərəfindən redaktə edilərək yayımlanır. Hazırlanan elmi materiallar dünyanın böyük universitetlərində tədris edilən kitablara istinad edilərək hazırlanır. Heç bir şəxsi, siyasi görüş, inanc və inancsızlığı dəstəklənməsinı, reklamına və propoqandasına icazə verilmir.[mənbə göstərin] === Kitablar === Portal Azərbaycanda ilk dəfə olaraq təkamül nəzəriyyəsinə aid "Təkamülə Giriş" adlı kitab çıxarmışdır. Bununla yanaşı Nil Deqrass Taysonun "Tələsən insanlar üçün astrofizika", Ali Demirsoyun "Məktəblilər üçün təkamül" kitabları tərcümə ediləərk çap edilmiş, plaforma üzvləri tərəfindən uşaqlar üçün "Kosmos" kitabı yazılmışdır.[mənbə göstərin] === Tədbirlər === Portalın üzvləri və Azərbaycanlı alimlər tərəfindən tez-tez elmi-kütləvi mövzuda görüşlər keçirilir. Görüşlərin əsas məqsədi oxuyucuların suallarını cavablandırmaqdır. Bununla yanaşı elmi seminarlar və elm adamlarının insanlarla görüşünü təşkil edir.[mənbə göstərin] === Digər Fəaliyyətlər === Portalın elmi seminarlar üçün fəaliyyət göstərən speaker.az saytı fəaliyyətə başlayıb.
Yaşıl Kitab
Yaşıl Kitab—Yaşıl Kitab Liviya lideri Müəmmər Qəddafinin siyasi fəlsəfəsini izah edən qısa bir kitabdır. Kitab ilk dəfə 1975-ci ildə işıq üzü gördü. "Bütün insanlar tərəfindən oxunması nəzərdə tutulurdu." Bunun qismən Kiçik Qırmızı Kitabdan ilham aldığı deyilir (Sədr Mao Tse-tungdan sitatlar) .Onlar həm ölkələrində, həm də xaricində geniş yayılmışdır və "bir çox yaddaqalan şüarları ilə sadə, başa düşülən bir tərzdə yazılmışdır. ". İngilis dilində tərcüməsi Liviya Xalq Komitəsi tərəfindən verildi və 1976-cı ildə Martin, Brian & O'Keeffe tərəfindən Londonda İngilis / Ərəb dilində bir nəşr nəşr edildi. Liviya Vətəndaş Müharibəsi zamanı kitabın nüsxələri anti- Qəddafi nümayişçiləri tərəfindən yandırıldı. == Təsir == ==== Liviyada ==== İngilis müəllifi və Böyük London Şurasının keçmiş üzvü Corc Tremlettin dediyinə görə, liviyalı uşaqlar həftədə iki saat dərs proqramı çərçivəsində kitabı oxuyurdular. Liviyada çıxışlar zamanı hər gün televiziya və radiolarda yayımlanırdı. ==== Dünyada ==== 1993-cü ilə qədər Fransa, Şərqi Avropa, Kolumbiya və Venesueladakı universitet və kolleclərdə Yaşıl Kitab mövzusunda mühazirələr və seminarlar keçirildi. == Kitab == Yaşıl Kitab üç hissədən və 110 səhifədən ibarətdir.
Yaşıl Meydan
Yaşıl Meydan — 2016-cı ilin avqust ayında yaradılmış internet televiziya buraxılışı.
Yaşıl Ox
Yaşıl Ox (ing. Green Arrow) — DC Comics tərəfindən nəşr edilən komik kitablarında görünən uydurma personajdır. Mort Veyzinger və Corc Papp tərəfindən yaraılmış personaj ilk dəfə 1941-ci ilin noyabrında “More Fun Comics #73” nəşrində təqdim edilmişdir. Əsl adı Oliver Cona Kuin olan personaj zəngin iş adamı və “Queen Industries” adlı şirkətin rəhbəri, Star-sitinin tanınmış şəxslərindəndir. Bəzən Robin Hud kimi geyinən və mahir oxçu olan Yaşıl Ox, bacarıqlarını doğma şəhərləri Star-siti və Sietlda cinayətkarlığa qarşı mübarizə aparmaq üçün istifadə edir, bu məqsədlə tez-tez Ədalət Liqası üzvü olan digər qəhrəmanlarla iş birliyində olur. Müasir hekayələrdə daha az istifadə olunmasına baxmayaraq, Yaşıl Ox adi oxlarla yanaşı yapışqanlı, partlayıcılı, qarmaqlı, gözyaşardıcı qazlı və hətta xüsusi hallar üçün kriptonit başlıqlı oxlardan da istifadə edir. Debüt etdiyi erkən dövrlərdə Betmenin ox mövzulu analoqu olan Yaşıl Ox, sonradan yazıçılar tərəfindən Betmen xarakterindən tamamilə fərqlənən sol qanad personajı kimi inkişaf etdirilmişdir. İlk illərində məşhurluq qazanmış Yaşıl Ox dəfələrlə “More Fun” seriyasının üz qabığında yer almış, həmçinin digər seriyalarda da görünmüşdür. Buna baxmayaraq, nəşrinin ilk iyirmi beş ilində personaj heç vaxt böyük satış uğuru və məşhurluq qazanmamışdır. 1960-cı illərin sonlarında rəssam Nil Adamsın personajı yeni dramatik üslubda təsvir etməsindən ilhamlanan yazıçı Dennis O’Nil onun üçün yeni istiqamət müəyyənləşdirərək, gücsüzlər və kasıbları incidənlərə qarşı səlibçi kimi təqdim etməyə başlamışdır.
Yaşıl Teatr
Yaşıl Teatr — Bakıda açıq hava altında yerləşən, tamaşaçı tutumu 1800 nəfər olan teatr. Yaşıl Teatr Bakıda yerləşən açıq hava teatrıdır. Teatr 1800 nəfər üçün nəzərdə tutulub. Teatr 1960-cı illərin ortalarında Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əliş Ləmbəranski tərəfindən tikilib. Yaşıl Teatr vacib mədəni tədbirlərin təşkili məkanı kimi tikilmişdi. 1993-cü ildə teatrın fəaliyyəti dayandırıldı. 2005-ci ilin avqust ayında Azərbaycanın Respublikası Prezidentinin sərəncamı ilə teatrda təmir işləri başlandı.25 iyul 2007-ci ildə Bakı şəhərinin icra başçısı Hacıbala Abutalıbov Bakı Yaşıl Teatr Konsert Kompleksinin yaradılmasına dair qərar imzaladı.
Yaşıl Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Yaşıl Xətt
Yaşıl xətt aşağıdakı mənalara uyğun gələ bilər: Yaşıl xətt (Kipr) – Şimali Kipr və Cənubi Kipri ayıran bölgəni bildirmək üçün istifadə olunan termin. Yaşıl xətt (Bakı metrosu) – Bakı metrosunun 2-ci xətti.

Digər lüğətlərdə

внутрисеме́йный до- доби́ться косну́ться никчёмно оробе́ть утоли́ть хлы́новец засемени́ть менструа́ция напада́ющая обуржуа́зиться подчелюстно́й какова клум отселе паять Bristol Avon dye-stuff illusiveness knee-cap micropulsation wormy злобиться попурри