TÜND

sif. [ fars. ]
1. Rəngi açıq olmayan, qaraya yaxın olan, tutqun. Tünd paltar. Tünd rəng.
// Qəliz, kəsif, tərkibində çoxlu miqdarda həll olmuş maddələr olan. Tünd qəhvə. Tünd məhlul.
– Qüdrət xörəyini həris bir iştaha ilə cəld yeyib, üstündən də iki stəkan tünd çay içdi. M.Hüseyn.
Yaqub … dəmlənmiş tünd çayı ləzzətlə içməyə başladı. S.Vəliyev.

2. Hiss orqanlarına bərk təsir edən; kəskin. Tünd tütün.
– Yenə də üz-üzə deyə qalxaraq; İçirtdi dostları ona tünd araq. M.Rahim.
Gəmi sahibi bir yandan içdiyi bol müftə və tünd şərabın, bir yandan da on qat artıq aldığı pulun nəşəsi ilə sərməst idi. M.Rzaquluzadə.

3. məc. Bərk, iti, becid. Tünd at.
– Məstan da özünə görə göyçəkdi, amma sağ topuğundan, tünd (z.) yeriyəndə bir balaca axsaqlığı vardı. (Nağıl).

4. məc. Hirsli, acıqlı, ağırxasiyyətli, tündməzac, ağır. Tünd adam.
[Əziz bəy:] (Tünd halda) Səkinə xanım, axır mənim günümü bu yerə yetirdin! M.F.Axundzadə.
[Sultan:] Yoldaşlardan biri mənə dedi, eşitmişik, xasiyyətin bir az tünddür, buna görə də raykoma müvəqqəti göndəririk. İ.Hüseynov.

□ Tünd olmaq – hirslənmək, qəzəblənmək, acıqlanmaq, hiddətlənmək, qanı qaralmaq.
Səni görcək özün soxar içəri; Tünd olub qapını bidəmaq çəkər. Q.Zakir.

5. məc. Bərk, şiddətli, güclü, qatı. …Cənab şəriətmədar küçə ilə gedərkən bir tünd yel əsdi. Axundun əmmaməsi düşdü yerə. “Mol. Nəsr.
” ◊ Tünd getmək məc. – ifrata varmaq, şişirtmək.
Salman Şirzadı danışmağa qoymayıb dedi: – Yoldaş Şirzad çox tünd gedir, nöqsanları şişirdir! M.İbrahimov.

Синонимы

  • TÜND 1. TÜND (xasiyyət haqqında), AĞIR, QƏLİZ 2. TÜND (maye haqqında), BƏRK, KƏSİF, KƏSKİN 3. TÜND, TUTQUN (rəng haqqında)
  • TÜND cəld — iti — tez
  • TÜND sərt — bərk — qəliz — kobud — kəskin (adam)
  • TÜND acıqlı — hirsli — qeyzli (xasiyyət)
  • TÜND bərk — acı (çay)

Омонимы

  • TÜND TÜND I sif. Acı, bərk (çay). İndi də dalbadal tünd çay içməsi, çörək yeməməsi göstərirdi ki, Göyçək doğrudan da möhkəm acıqlanıbdır (Ə

Антонимы

  • TÜND TÜND – MÜLAYİM Xasiyyətim tünddür (C.Əmirov); Gözəl xasiyyəti var, mülayim arvaddır (S.Qədirzadə)

Этимология

  • TÜND Fars sözüdür və “kəskin”, “ciddi”, “sərt”, “möhkəm” (bərk) anlamlarında işlədilir. Tünd-qırmızı, tünd-qara, tünd çay və s
TÜNBƏTÜN
TÜND...
OBASTAN VİKİ
Tünd atlanqaç
Tünd atlanqaç (lat. Elephantulus fuscipes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Tünd göy
Tünd göy – rənglərdən biri. Soyuq, ağır, sərt və sirli hesab edilir. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.
Tünd qırmızı
Tünd qırmızı – rəng çaları.
Tünd susüpürən
Tünd susüpürəni
Tünd şibyəyeyən
Tünd şibyəyeyən (lat. Cnophria rubricollis) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-13 mm-dir. Ön və arxa qanadları tünd qəhvəyidir. Döş hissəsi açıq qırmızı, qarıncığın yarısı qara, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı boz-yaşıl rəngdə olub üzərində qara nöqtəli dalğavari naxışlar, kürək hissəsinin hər seqmetində üzərində qara tükləri olan 4 qırmızı-sarı ziyil, yanlarda isə sarımtıl tüklərlə örtülmüş 2 ziyil vardır. Başı qonur rəngdədir. Pupu qonur-qırmızı rəngdə olub, sərbəst baramada yerləşir. == Həyat tərzi == Meşə biotoplarında yaşayır.
Tünd qırmızı ayıca
Tünd qırmızı ayıca (lat. Rhyparia purpurata) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. == Təsviri == Qanadları açılmış halda 40-42& mm-dir. Ön qanadları təmiz sarı rəngdədir, üzərində çox sayda boz-qonur ləkələr var. Bu ləkələr qanadın ön kənarında cərgə ilə düzülmüş bir qədər iri və qaramtıldır. Qanadın daxili kənarındakı ləkələr yaxşı seçilmir. Arxa qanadları al qırmızı rəngdədir, üzərində eninə uzanmış 4 qara rəngli ləkə var. Bunlardan ortada yeləşən iki ləkə böyükdür. Qanadın xarici kənarında iki qara ləkə var. Ətrafındakı saçaqlar sarıdır.
Tünd rəngli dovşanalması
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Tünd rəngli sovka
Tünd qırmızı talış uzunbığı
Tünd qırmızı talış uzunbığı (lat. Purpuricenus Talyshensis) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid növ. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Azərbaycanın endemik canlısıdır. == Təsviri == Bədənin uzunluğu 12,5–17 sm-dir. Rəngi qaradır. Qanadüstlükləri açıq-qırmızı və ya çəhrayımtıl-sarı rəngdə olub hər birinin üzərində 3 iri qara ləkə vardır. Qanadüstlüklərin əsasında nisbətən kiçik qara ləkə, orta hissəsində iri və qismən oval, zirvədə isə ən kiçik qara ləkə vardır. Ön döş açıq –qırmızı rəngdə olub əsasda qalın qara ləkə ilə əhatələnmişdir, öndə iki qara nöqtəlidir. Bığcıqları 11 buğumludur.
Tündqırmızı yemişan
Yalançı yemişan (lat. Crataegus ambigua) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Türkiyə və Gürcüstanda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 10-12 m, gövdəsinin diametri 20 sm, yarpağı tökülən ağacdır. Oduncağı ağır, bərk, cod və möhkəmdir. Budaqları bozdur, cavan budaqları çılpaq olub, tünd qırmızıdır, üzərində 1, 5 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları parlaq, açıq yaşıl rəngdədir, cavan yarpaqları azca tüklü, yaşlı yarpaqları isə çılpaqdır. Çiçəkləyən budaqların alt yarpaqları pazşəkilli, qısa saplaqlı, üç bölümlü, kənarları dişli, yuxarı hissəsi enli yumurtavari, uzunluğu 5-8 sm-dir. Çiçəkləməyən budaqların yarpaqları daha iri, əsas hissəsindən geniş pazşəkilli olub, 5-7 bölümlüdür. Çiçək qrupu 7-13 mm uzunluğunda, çiçək sapalğının üzərində yerləşir, çılpaqdır, diametri 8 sm-dir.

Значение слова в других словарях

биметалли́ческий буффо́нить возмуща́ть выстра́гивание офф-ла́йн пригреба́ть стро́потность гнилова́тость ко́лледж резофа́н са́бельник консистория чевруй Allhallowmass bra codetta courteous figured bass Gandhism horse-pond lazzarone overdraught pearlies salad-oil upcoming