türbə
tüstüləmək
OBASTAN VİKİ
Tüstü
Tüstü
Tüstü (dəqiqləşdirmə)
Tüstü
Tüstü (vergiqoyma)
Tüstü – yaşayış məntəqələrində yaşayan ailənin, evin sayını bildirmək üçün ölçü vahidi. == Ümumi məlumat == Hər hansı kənddə, qəsəbədə yaşayan ailənin, evin sayını bildirmək üçün tustu sözündən istifadə edilmişdir. Hər evdə bir ocaq qalandığına görə, bir tüstü bir ev, bir ailə demək olmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Tüstü Eskadronu
Aerial Demonstration Squadron (port. Esquadrão de Demonstração Aérea)(azərb. Hava Nümayişi Eskadronu‎) başqa adıyla Smoke Squadron (port. Esquadrilha da Fumaça)(azərb. Tüstü Eskadronu‎) kimi tanınan, Braziliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Hal-hazırda aviaşoular zamanı Embraer EMB 312 Tucano təyyarələrindən istifadə olunur. == Tarixi == Komanda ilk ictimai uçuşunu 1952-ci il 14 may tarixində T-6 Texan təyyarələri ilə həyata keçirmişdir. Həmin təyyarələr 1968-ci ildə komanda yenidən qurulana qədər istifadə olunmuşdur. Komanda 1977-ci ildə ləğv olunmuş, 1983-cü ilin 8 dekabr tarixində isə yenidən qurulmuşdur. Həmin dövrdə T-25 Universal təyyarələrindən istifadə olunmağa başladı.
Tüstü bombası
Tüstü bombası, tüstü qumbarası, duman bombası, duman qumbarası, duman şaşkası kimi də tanınan tüstü şaşkası, siqnal vermək, hədəfləri yaxud eniş zonalarını müəyyənləşdirmək və ya təyin etmək, həmçinin də bölmələrin hərəkətində tüstü pərdəsi yaratmaq üçün istifadə olunan partladıqdan sonra tüstü yayan qumbara növüdür.
Tüstü siqnalı
Tüstü siqnalı uzun məsafəli rabitənin ən qədim formalarından biridir. Bu, uzaq məsafədə istifadə olunan vizual ünsiyyət formasıdır. Ümumiyyətlə, tüstü siqnalları xəbərləri ötürmək, təhlükə siqnalı vermək və ya insanları ümumi əraziyə toplamaq üçün istifadə olunur. == Tarixi və istifadəsi == Qədim Çində Böyük sədd boyunca əsgərlər bir-birlərini düşmən basqını barədə xəbərdar etmək üçün onun mayak qüllələrinə tüstü siqnalları göndərirdilər. Tüstünün rəngi hücum edən düşmən tərəfinin ölçüsünü bildirirdi. Mayak qüllələrini müntəzəm olaraq yerləşdirməklə və hər qüllədə bir əsgər yerləşdirməklə ismarıclar səddin bütün 7300 kilometrinə ötürülə bilərdi. Tüstü siqnalları həmçinin hücum barədə daxili qalaları xəbərdar edərək, müdafiə və qarnizonu dəstəkləyən qoşunları əlaqələndirməyə imkan verirdi.Qədim Şri-Lankada dağ zirvələrində yerləşən əsgərlər zirvədən zirvəyə işarə edərək bir-birlərini yaxınlaşan düşmən hücumu (ingilislər, hollandlar və ya portuqallar) barədə xəbərdar edirdilər. Bu yolla onlar bir neçə saat ərzində Krala mesaj ötürə bildilər.Tüstü siqnalından sui-istifadənin eramızdan əvvəl 8-ci əsrdə Qərbi Çjou sülaləsinin süqutuna səbəb olduğu məlumdur. Belə ki, Çjou kralı Yu, cariyəsi Bao Sini əyləndirmək üçün sərkərdələrini yalançı xəbərdarlıq siqnalları ilə aldatmaq vərdişi var idi. Yunan tarixçisi Polibi eramızdan əvvəl 150-ci ildə yunan əlifbası simvollarını ədədi simvollara çevirən daha mürəkkəb əlifba tüstü siqnalları sistemi hazırladı.
Tüstü testi
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Avatar: Aanq haqqında əfsanə — Tüstü və kölgə
Tüstü və kölgə (ing. Smoke and Shadow); tam adı Avatar: Aanq haqqında əfsanə — Tüstü və kölgə (ing. Avatar: The Last Airbender – Smoke and Shadow) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2015 və 2016-cı illərin arasında çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Yarıq komiksindən sonra baş verir.
Tüstüyə qarşı aşqarlar
== Tüstüyə qarşı aşqarlar == Tüstüyə qarşı aşqarlar dizel mühərrikinin buraxdığı işlənmiş qazlardan gələn qara tüstünün (his) emissiyasını azaltmaq üçün nəzərdə tutulmuşdur. Yanma kamerasında alovlanmadan əvvəlki mərhələdə yanacağın intensiv krekinqi baş verir, nəticədə his əmələ gəlir. Sonra o yanır, lakin bəzi səbəblərə görə tam yanmır. Qara tüstünün tərkibində olan hisin bir hissəsi atmosferə atılır. Hisin əmələ gəlməsi mühərriyin səmərəliliyinin azalması deməkdir, lakin bundan əlavə, his onun səthində sorbsiya olunmuş kanserogen politsiklik aromatik karbohidrogenlər daşıyıcısıdır. Qara tüstünün emissiyası metalsaxlayan tüstüyə qarşı aşqarlar vasitəsilə azaldıla bilər. Bu halda külsüz aşqarların təsiri çox deyil. Tüstüyə qarşı aşqarların işçi qatılığı 0.05-0,2%-dir. Nisbətən əvvəlki aşqarların (məsələn, 1970-ci illərdə işlənib hazırlanmış ИХП- 702, ИХП-706 aşqarları) tövsiyə olunan qatılığı 0.5-1.0%-ə qədər və daha yüksək olmuşdur. == Təsir prinsipi == Tüstüyə qarşı aşqarların təsir mexanizmi haqqında konkret fikir yoxdur.

Digər lüğətlərdə

...голо́сный беспоме́стный всео́бщность захихи́кать изга́диться лоб мле́чный педанти́чески подви́гнуть подта́лкивать постули́ровать расста́нный шипу́че щёки аттеста́т видне́ться водоочи́стный наёмница ски́снуться тряпи́чница памфлет fuzzy heteroblastic ravioli неоценимость