TÜTƏKÇİ
UCA
OBASTAN VİKİ
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Tütün mozaikası
Tütün mozaikası virusunu ilk dəfə Dmitri İvanovski kəşf edib. Bu xəstəlik 1892-ci ildə kəşf olunub. Tütün mozaikası virusu yalnızca canlı hüceyrələrdə çoxala bilir. Bu, tütün bitkisinin kök, gövdə və yarpağında olur. Xəstəlik damarlar arasında sarı, yaşıl və ya daha açıq yaşıl rənglərdə özünü göstərir. Tütün mozaikası virusu tütündə, pomidorda, kartofda, şalğamda, bibərdə və bunlar kimi 300-dən çox bitkidə xəstəlik meydana gətirə bilir.
Əsl tütün
Əsl tütün (lat. Nicotiana tabacum) — tütün cinsinə aid bitki növü.
Aslanidi qardaşlarının tütün fabriki binası
Aslanidi qardaşlarının tütün fabriki binası - Rostov-na-Donu şəhərinin ərazisində XIX əsrin sonlarında inşa edilmişdir. Bina Budyonnovski prospektinin küncündə və Krasnoarmeysk küçəsində yerləşir. İlk əvvəllər bina Aslanidi qardaşlarının tütün fabriki idi. Hazırda bina № 8 xəstəxanasının korpuslardan biridir. Bina Regional əhəmiyyətli mədəni irs obyekləri siyahısına daxildir. == Tarixi == 1874-ci ildə İvan Xristoforoviç və Axilles Xristoforoviç Aslanidi qardaşları tərəfindən tütün fabriki inşa edilmişdir. Onların binası Skobelevski küçəsi və Taqanroq prospektində yerləşirdi. 1913-cü ildə Aslanidi qardaşlarının tütün fabriki «V. İ. Asmolov və K°» səhmdar vəmiyyəti tərəfindən alınmışdır. 1920-ci ildə tütün fabrikinin binası göz xəstəlikləri xəstəxanasına verilir. 1950-ci illərin əvvəllərində bina təmir olunmuş və şəhər xəstəxanasına verilir.
Məzrayə-i Təhqiqəti Tütün (Urmiya)
Məzrayə-i Təhqiqəti Tütün (fars. مزرعه‌تحقیقاتی‌توتون‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (29 ailə).
Azərbaycan tütünü (film, 1976)
Azərbaycan tütünü qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Babazadə tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Azərbaycan tütünçülərinin fəaliyyətindən bəhs edir. == Məzmun == Film Azərbaycan tütünçülərinin fəaliyyətindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Eyvaz Borçalı Rejissor: Oqtay Babazadə Operator: Oqtay Əlizadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Həsən Məmmədov (tütünçü)
Həsən Məmmədhüseyn oğlu Məmmədov (5 iyun 1912—18 iyun 1985) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Həsən Məmmədov 1912-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1942-1971-ci illərdə İliç rayonunun H.Cavid adına kolxozunda xolxozçu, manqanaşçısı, sədr və briqadir işləmiş, 1971-ci ildən eyniadlı sovxozda hesabdar olmuşdur. 1946-ci ildən Sov.İKP üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 14 mart 1949-cu ildə tütünçülük sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur. Həsən Məmmədov 18 iyun 1985-ci ildə Şahtaxtı kəndində vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VI ҹилд: Куба—Мисир.
Sərkay Tütüncü
Sərkay Tütüncü (7 fevral 1991, İzmir) — Türkiyə TV serial aktyoru və idmançı. == Həyatı == Serkay Tütüncü 7 fevral 1991-ci ildə İzmir ilinin Tirə ilçəsində anadan olub. Təhsilini Egey Universitetində başa vurub. Serkay Tütüncü, İzmirspor, Balçovaspor, İzmir Safety və Alaçatıspor komandalarında çıxış edib. 2018-ci ildə yayımlanan "İnsanlığa qarşı cinayət" serialı ilə aktyorluğa başlayıb. Daha sonra 2019–2020-ci illər arasında Kanal D-də yayımlanan "Afili Ask" serialında Volkan obrazına həyat verən Serkay Tütüncü "Mr. Nəhayət, 2022-ci ilin fevral ayından beIN CONNECT platformasında yayıma başlayan "Hayaller ve Hayatlar" serialında Alaz rolunu oynayır.
Tütünsüz (Nir)
Tütünsüz (fars. توتونسز‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 323 nəfər yaşayır (62 ailə).
Tütünçü
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Tütünçülük (1928)
== Məzmun == Təbliğat filmi respublikamızda tütünçülük plantasiyalarının yeni aqrotexnika ilə becərilməsi qaydalarından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Kosiçkin Operator: Kosiçkin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 30.
Tütünçülük (1930)
Tütünçülük — rejissor Mikayıl Mikayılov quruluşunda hazırlanan bədii film. == Məzmun == Film Azərbaycan SSR-də tütünçülük sahəsində qazanılan uğurlardan bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Tütünçülük (film, 1928)
== Məzmun == Təbliğat filmi respublikamızda tütünçülük plantasiyalarının yeni aqrotexnika ilə becərilməsi qaydalarından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Kosiçkin Operator: Kosiçkin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 30.
Tütünçülük (film, 1930)
Tütünçülük — rejissor Mikayıl Mikayılov quruluşunda hazırlanan bədii film. == Məzmun == Film Azərbaycan SSR-də tütünçülük sahəsində qazanılan uğurlardan bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Tütünçəkmə
Tütünçəkmə — tütün yarpaqlarının tüstüsü ilə siqaret, qəlyan və b. şəklində istifadə edərək nəfəs alma, dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biri. == Əsas mahiyyəti == Böyüklər arasında o, hər on nəfərdən birinin ölümünün səbəbidir. XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olmuşdur. Təkcə 2005-ci ildə tütünün törətdiyi xəstəliklər nəticəsində 5,4 milyon insan tələf olmuşdur. Tütün, ondan mütəmadi şəkildə istifadə edənlərin, demək olar ki, yarısının ölümünə səbəb olur. Orta hesabla dünya əhalisinin 29%-i siqaret çəkənlərdir. Siqaretçəkmə qadınlara nisbətən (10,3%) kişilər arasında (47,5%) daha çox yayılmışdır. İndiki tendensiyanın qalacağı halda 2030-cu ilədək tütünçəkmədən ölənlərin sayının ildə 8 milyona çatacağı və XXI əsrdə tütündən ümumilikdə 1 milyard insanın tələf olacağı gözlənilir. Dünyada 1 milyard siqaret çəkənin 80%-i gəlirləri aşağı və orta səviyyədə olan ölkələrdə yaşayır.
Tütünün Becərilməsi (1967)
== Məzmun == Kinolent tütünün Azərbaycanda təsərrüfat sahələrindən birinə çevrilməsindən, iqtisadiyyatda müəyyən yer tutmasından, respublikamızda tütünçülüyün inkişafından, onun qabaqcıl üsullarla becərilməsindən və istehsalından söhbət açır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əli Musayev Ssenari müəllifi: Fərman Kərimzadə, Əjdər İsmayılov Operator: Mehman Dadaşov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.
Tütünün becərilməsi (film, 1967)
== Məzmun == Kinolent tütünün Azərbaycanda təsərrüfat sahələrindən birinə çevrilməsindən, iqtisadiyyatda müəyyən yer tutmasından, respublikamızda tütünçülüyün inkişafından, onun qabaqcıl üsullarla becərilməsindən və istehsalından söhbət açır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əli Musayev Ssenari müəllifi: Fərman Kərimzadə, Əjdər İsmayılov Operator: Mehman Dadaşov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.
Züleyxa Həsənova (tütünçü)
Züleyxa Əsgəralı qızı Həsənova (31 yanvar 1927, Gəyəçöl – 1 dekabr 2011, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana (1965). == Həyatı == Züleyxa Həsənova 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z. Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z. Həsənovaya həm də "Qəhrəman ana" fəxri adı verilib. 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Z. Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.
Rza İsmayılov (tütünçü)
İsmayılov Rza Paşa oğlu (1905-ci il, Kəngərli rayonunun Qıvraq qəsəbəsi – 28.11.1967, Kəngərli rayonunun Qıvraq qəsəbəsi) — əmək qabaqcılı. Sosialist əməyi qəhrəmanı (1949). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı. == Həyatı == 1905-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının Qıvraq kəndində (hazırda Qıvraq qəsəbəsi Azərbaycan Respublikasının Naxçıvan MR-nın Kəngərli rayonununda inzibati ərazi vahididir). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olub. Əmək fəaliyyətinə Noraşen rayonunun "Qırmızı Oktyabr" kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Qıvraq kəndindəki Nəriman Nərimanov adına kolxozda briqadir (1956-1966) işləmişdir. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir. 1967-ci il noyabrın 28-də doğma kəndində vəfat etmişdir.
Don tütünü
“Donskoy tütünü” QSC və ya “Don Tobacco” — Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən siqaret və tütün istehsalı şirkəti. Siqaret istehsal edən beynəlxalq şirkət olan Japan Tobacco-nun bir qoludur. 2018-ci ildə “Don Tobacco” Rusiyanın dördüncü ən böyük siqaret istehsalçısı idi. == Tarixi == Don tütünü ilk dəfə 1857-ci ildə Rostov-na-Donuda rus sahibkarı Vasili Asmolov tərəfindən yaradılmış tütün fabrikinin varisidir. 1870-ci illərdə Asmolovun siqaretləri Vyana Ümumdünya Sərgisində, Filadelfiya Yüzillik Sərgisində və Paris Ümumdünya Sərgisində beynəlxalq arenaya tanıdılmışdı. Nəticədə Asmolovun tütün fabriki Rusiya imperatoru üçün “İmperator Əlahəzrət Məhkəməsinin Təchizatçısına” çevrildi.1917-ci il inqilabından sonra fabrik milliləşdirildi və Don Dövlət Tütün fabriki (DSTF) adlandırıldı.1992-ci ildə SSRİ-nin süqutundan sonra DSTF 1980-ci illərdən fabrikdə işləyən İvan Savvidi tərəfindən özəlləşdirilib. Savvidis fabrikin adını dəyişərək “Dons Tabak” qoydu. 1992-ci ilə qədər o, şirkətin səhmlərinin 75,71% -ni əldə etdi və 2003-cü ilə qədər bu vəzifəni tutaraq onun baş direktoru oldu. 2018-ci ilin birinci yarısında Savvidi və həyat yoldaşı şirkətin səhmlərinin 100%-nə sahib oldular.2005-ci ildə şirkət Ukrayna, Qazaxıstan, Gürcüstan və Moldovaya siqaret ixrac etməyə başladı. 2012-ci ildə "Don tütünü" Çinli tütün istehsalçısı Hongta Tobacco Group ilə tərəfdaşlıq qurulur.

Digər lüğətlərdə

весе́льце вышивно́й гайду́к кро́шечный ламу́тка лизуне́ц непривы́чность неразлу́чный пережи́ть предиле́кция прохло́пать урожа́йность ха́нжески эволюциони́зм обволо́чь георгина embayment holotype index plate peridotite pine tar subtorrid заявитель светло смолкнуть