tütək-kaman

tütək-kaman
tütək
tütəkçalan 2021
OBASTAN VİKİ
Tütək
Tütək – ağacdan hazırlanmış nəfəsli musiqi aləti. İnsanlar tarixin müxtəlif dövrlərində qarğı, qamış, sümük, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri düzəltmişlər. Ən qədim nəfəsli musiqi aləti tütək hesab edilir. Belə güman edilir ki, tütəyi çobanlar icad etmiş, ilk dəfə onlar dilə gətirmişlər. Etnoqrafik axtarışlardan aydın olur ki, hələ də Azərbaycanın kənd yerlərində daxili boşluğu olan bəzi bitkilərin, xüsusilə taxıl və qamışın özəyini əl ilə dartıb çıxarır, buğum hissəsini qırdıqdan sonra deşiyin ağzını azacıq əzərək bəsit çalğı aləti düzəldirlər. Onu üfürdükdə nazik cır səs alınır, hətta bəzən onların üzərində kiçik dəliklər açılıb müxtəlif havalar çalınır. Kim bilir, bəlkə də nəfəslə çalınan musiqi alətlərinin yaranmasında belə sadə xalq təcrübəsinin müəyyən rolu olmuş, sonralar ağac və qarğı zoğundan tütək düzəltmişlər. Sadə tütəklərin düzəldilməsi o qədər də çətin deyildir. İçərisi novlu olan quru qarğını kəsib ucunda dil, üzərində isə səslənməni nizama salan dəlik açırlar. Nizami Gəncəvinin məlumatından aydın olur ki, naməlum bir çoban qamışlıqdan keçərkən bir qamış kəsib ondan tütək duzəldir və ürəyinin kədərini onunla dağıdır.
Kaman 99 əməliyatı
Tütək səsi (film)
Tütək səsi — rejissor Rasim Ocaqovun filmi. 1976-cı ildə premyerası baş tutan "Tütək səsi" İsa Hüseynovun "Saz" və "Tütək səsi" əsərlərinin əsasında ekranlaşdırılıb. Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Filmdə həyat da, məhəbbət də, sarsıntı da, sevinc də var. 1976-cı ildə Frunzedə (indiki Bişkek) IX Ümumittifaq kinofestivalı Ssenari müəllifi İsa Hüseynova Qırğızıstan Yazıçılar İttifaqının diplomu və prizi verilmişdir. Film qrim rəssamı Elbrus Vahidovun kinoda ilk müstəqil işidir. Film aktyor Ötkəm İsgəndərovun kinoda ilk işidir. Film yazıçı İsa Hüseynovun "Tütək səsi" və "Saz" povestlərinin motivləri əsasında ekranlaşdırılmışdır.
Kaman 99 əməliyyatı
Kaman 99 əməliyyatı (Yay 99) — İraqın bir gün əvvəl endirdiyi, və İran-İraq müharibəsini başlayan, gözlənilməz zərbəsinə cavab olaraq İranın HHQ əməliyatı. 20 sentyabr 1980 ildə İraq İranın strateji obyektlərinə kütləli zərbə endirdi. 1:45 İraqın 6 MİQ 23 təyyarəsi Əhvaz yanındakı İran aviabazasına bomba zərbəsi endirdilər. Saat yarım sonra İraq MiQ-23 -ləri Tehranın beynəlxalq Mehrabad hava limanına hücum etdilər, eyni vaxtı başqa təyyarələr İranın başqa 8 vacib strateji obyektinə zərbə endirdilər. Lakin İran Altıgünlük müharibənin təcrübəsini nəzərə almışdı və onun təyyarələrinin əksəriyəti beton sığınacaqlarda gizlədilmişdi. İraqlıların hücumu bir neçə qalxma-enmə zolağında yarğan əmələ gətirmişdi. Hücumdan sonra İran HHQ cavab zərbəsi hazırlamağa başladılar ki, bu zərbə ertəsi gün endirildi. 23 sentyabr 1980-ci ildə İranın, Mark 82,Mark 83 və Mark 84 bombaları və AGM -65 Maverick raketləriilə silahlanmış Fantom F-4 təyyarələri, Həmədan aviabazasından göyə qalxdılar. Havada əlavə yanacaq doldurulandan sonra Fantomlar İraq paytaxtı Bağdada çatdılar və əl-Kut, əl-Rəşid və əl-Habbaniya aviabazalarına basqın etdilər. Daha 8 F-4 Tehrandan uçdu və yenə də əL-Rəşid aviabazasına hücum etdi.
Habil Kaman (film, 1984)
== Məzmun == Film mahir kamança çalan, xalq artisti Habil Əliyevdən bəhs edir.
Tütək səsi (film, 1975)