TEZLİK
TƏB
OBASTAN VİKİ
AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi. Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. == Məzmun == Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar)., == Muzey ekspozisiyası == 1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
Abbas ağa Təbrizi
Abbas ağa Təbrizi (1885, Təbriz – 1907, Tehran) — Məşrutə inqilabı (1905-1911) iştirakçısı. == Həyatı == Abbas ağa Təbrizi 1885-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Tehran sosial-demokrat təşkilatına daxil olmuşdu. Fədailərin fəal üzvü kimi Məhəmmədəli şahın inqilabı boğmaq tədbirləri əleyhinə mübarizə aparmışdı. 1907-ci ildə Mirzə Ələsgər xan Əminüssultan Atabəyi-əzəmi öldürmüş, sonra da özü intihar etmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Abdulla Seyrafi Təbrizi
Abdulla Seyrafi Təbrizi - XIV əsrin görkəmli xəttatı.
Acıçay (Təbriz)
Acıçay — Şərqi Azərbaycan ostanının və Təbrizin əsas çaylarından biri. Çay Savalan dağının zirvəsindən qaynaqlanır və qərb istiqamətində axaraq Urmiya gölünə tökülür.
Aktrisanın təbəssümü (film, 1974)
Aktrisanın təbəssümü filmi rejissor Rauf Kazımovski tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Bioqrafik film aktrisa Nəsibə Zeynalovaya həsr olunub. Filmdə əsas rolları Nəsibə Zeynalova, Lütfəli Abdullayev, İmamverdi Bağırov, Nəcibə Behbudova, Mobil Əhmədov, Əzizağa Qasımov, Məmmədsadıq Nuriyev, Ofeliya Aslan, Səyavuş Aslan və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Film görkəmli sənətkar, respublikanın xalq artisti Nəsibə Zeynalovaya, onun zəngin yaradıcılıq yoluna həsr olunmuşdur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Rauf Kazımovski Rejissor: Rauf Kazımovski Operator: Eduard Bədəlov Rəssam: Qurban Məlikov === Rollarda === Nəsibə Zeynalova — özü Lütfəli Abdullayev — Şumal İmamverdi Bağırov — professor Nəcibə Behbudova — ana Mobil Əhmədov — Cəsarət Əzizağa Qasımov — Canəli Məmmədsadıq Nuriyev — Əli Ofeliya Aslan — qız Səyavuş Aslan — Dadaşbala Hacıbaba Bağırov — İlqar Hökümə Qasımova — Tamaşa Lütviyyə Səfərova — Naza Almaz Mustafayeva — Dilbərin rəfiqəsi Z.Babayeva Gülşad Baxşıyeva — Naxış == İstinadlar == == Mənbə == "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
Aktyor təbəssümü (film, 2008)
Aktyor təbəssümü qısametrajlı sənədli televiziya filmi rejissor Emil Babayev tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycanın xalq artisti İlham Namiq Kamal haqqındadır. == Məzmun == Film Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycanın xalq artisti İlham Namiq Kamalın həyat və yaradıcılığından bəhs edir.
Anaxatun (Təbriz)
Anaxatun (fars. اناخاتون‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,052 nəfər yaşayır (527 ailə).
Arakel Təbrizli
Arakel Davrizetsi (erm. Առաքել Դավրիժեցի, fars. آراکل_داوریژتسی‎) — erməni əsilli salnaməçi, tarixçi və din adamı. 1595-ci ildə Səfəvi İmperiyasının keçmiş paytaxtı Təbrizdə anadan olan Arakel Davrizetsi XVII əsr, Səfəvi, Osmanlı, Qafqaz bölgəsi haqqında məlumat verən önəmli qaynaqlardan biri hesab edilir. 1670-ci ildə Eçmiədzin Monastrında vəfat etmişdir. Hələ həyatda ikən onun 1662-ci ildə tamamladığı "Tarix kitabı" əsri, 1669-cu ildə Amsterdamda nəşr edilmişdir. 1602-1662-ci illər əhatə edən əsər 58 fəsildən ibarət olub, müəllif səyahətləri zamanı baş vermiş hadisələrin iştirakçıları ilə şəxsən görüşmüş, hadisələrin xronologiyasını dəqiqləşdirmiş, əlyazmalar və mənbələrdən istifadə etmişdir. Səfəvi-Osmanlı müharibələri, Cəlalilər hərəkatı, Koroğlu, Şah Abbasın köçürmə siyasəti (xüsusiylə Culfadan), Azərbaycanın iqtisadi həyatı, verigilər, mükəlləfiyyətlər, əhalinin ümumi vəziyyəti, Təbriz zəlzələsi (1641) vs. mövzular haqqında məlumatlar vermişdir. Erməni Qriqoriyan Kilsəsinin mövqeyindən çıxış edən Arakel Davrizetsi əsərində hakim sinfin mənafeyini müdafiə edir, xalq hərəkatına mənfi münasibət bəsləyirdi.
Aspos (Təbriz)
Aspos (fars. اسپس‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 552 nəfər yaşayır (142 ailə).
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi — Azərbaycan Respublikasında nazirlik. == Haqqında == Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasında həyata keçirilən struktur islahatları çərçivəsində, ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, "Azərmeşə" İstehsalat Birliyi, Geologiya Komitəsi, "Azərbalıq" Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilmiş və onların bazasında Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi Respublika Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 583 saylı Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçilərinin siyahısı
== 1992 ==
Azərbaycan Respublikasının əməkdar təbliğatçılarının siyahısı
== 1991 ==
Azərbaycan Təbabəti Muzeyi
Azərbaycan Təbabəti Muzeyinin yaranması, fəaliyyəti və inkişafı tibbin tarixi ilə bilavasitə əlaqədardır. == Tarixi == Muzey Respublika Səhiyyə Nazirliyinin (nazir Tələt Qasımov) 2 iyul 1984-cü il tarixli əmri ilə yaradılmışdır. 29 yanvar 1986-cı ildən rəsmi şəkildə fəaliyyət göstərir. == Ekspozisiyası == Ekspozisiya Asklepinin (qədim yunan mifologiyasında sağlamlıq tanrısı) təsviri olan barelyeflə başlayır. Girişdə qədim yunan mifologiyasına görə sağlamlıq tanrısı hesab edilən Asklepi və onun qızları Gigiyeya və Panatseyanın nəhəng barelyefləri var.Birinci zalda XII əsr Şərqinin ən böyük alimlərindən biri Əbu Əli ibn Sinanın büstü, onun bu günədək Avropanın bir çox tibb universitetlərində tədris edilən "Həkim elminin qanunu" əsərinin 1143-cü ilə aid əlyazmasının fotoşəkli nümayiş etdirilir. Bu zalda, həmçinin elmi tibbin əsasını qoyan Hippokratın büstü və onun məşhur andından bir parça təqdim olunur. Divar boyunca qədim yunan və Roma, orta əsrlər Azərbaycan, Şərq, Qərbi Avropa təbabətinin ayrı-ayrı elementləri nəfis şəkildə döymə üsulu ilə mis lövhələrə köçürülərək asılıb. İkinci zalda orta əsr cərrahlıq alətləri, XIII–XIX əsr həkimlərimizin əsli Əlyazmalar İnstitutunda saxlanan ayrı-ayrı tibbi traktatlarının surəti yerləşir. Burada, həmçinin Baba Qaibov Qarabaği, onun davamçıları olan Qaibovlar sülaləsinin fotoşəkilləri, müalicə məqsədilə istifadə etdikləri şəxsi əşyaları qorunub saxlanılır. XIX əsrdə Rusiyanın və Avropanın müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin – Əbdülxalıq Axundovun, Bakıda ilk pulsuz müalicəxananın təşkilatçısı Məmmədrza ağa Vəkilovun, ilk sanitar həkim Mustafa Şərifovun, İbrahim Rəhimovun , Kərim bəy Mehmandarovun, Bəhram bəy Axundovun portretləri, diplomları, monoqrafiyaları, dissertasiyaları bu zalda nümayiş etdirilir.
Azərbaycan təbiəti
Azərbaycanın təbiəti haqqında — Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi, relyefi, su hövzələri, flora və faunasını əhatə edir. Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Hələ XX əsrdən etibarən bu ərazilərin öyrənilməsinə başlanmışdır.Məsələn; Budaqov və Müseyibov Azerbaycanın relyefini, Şıxlinski və Mədətzadə isə Azərbaycanın iqlimini öyrənmişdir. Çayları isə Rüstəmov öyrənmişdir. == Azərbaycanın təbiəti haqqında alimlərin dediklərindən == Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 – e.ə.
Azərbaycan təbiəti (jurnal)
Azərbaycan təbiəti — Azərbaycan SSR-də və Azərbaycan Respublikasında publik elmi-metodik məcmuə. Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin orqanı. == Tarixi == "Azərbaycan təbiəti" 1975-ci ildən Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. İllüstrasiyalıdır. Məcmuədə təbiəti mühafizənin kütlələrə təbliği, insan və ətraf mühit, Azərbaycanın nadir ağaçlarının, bəzək və dərman bitkilərinin elmii cəhətdən öyrənilməsi, qorunması, qoruqların genişləndirilməsi, ətraf mühitin çirklənməsinə qarşı mübarizə tədbirləri və s. mühüm problematik məsələlər işıqlandırılmışdır. "Azərbaycan təbiəti" həmçinin digər sovet respublikalarında təbiətin mühafizəsinə dair elmi-kütləvi yazılar, xəbərlər dərc etmişdir. 1976-cı ildə qəzetin tirajı 30 min nüsxə olmuşdur. Baş redaktoru Həsən Əliyev olmuşdur.
Azərbaycanın təbii sərvətləri
Təbii sərvətlər - bəşəriyyətin varlığı üçün zəruri olan və təsərrüfatda istifadə olunan təbiət elementləri. Azərbaycan çox qədim zamanlardan öz təbii sərvətləri ilə dünyanın diqqətini cəlb etmişdir. Ümumiliyyətlə təbii ehtiyat dedikdə insanların həyat və təsərrüfat fəaliyyətində istifadə etdiyi bütün təbiət komponentləri başa düşülür (bəzən təbii sərvət və ya resurs adlanır). Təbii sərvətlər aşağıdakı növlərə bölünür: Tükənməyən: Günəş, geotermal, külək, nüvə enerjiləri, iqlim, qabarma - çəkilmə, dəniz cərəyanları. Tükənən: A) Bərpa olunmayan: bütün faydalı qazıntılar. B) Bərpa olunan: Torpaq, bioloji ehtiyatlar, su enerjisi. == İqlim ehtiyatları == Azərbaycan ərazisində 2 iqlim növü (9 iqlim tipi) mövcuddur. İqlim və ya aqroiqlim ehtiyatları deyərkən iqlim elementlərinin iqtisadiyyatın və sosial həyatın müxtəlif sahələrində istifadə olunan maddi və enerji miqdarı başa düşülür. Bu ərazidə 82 adda və növdə torpaqlar yayılmışdır. Ölkəmizin vahid torpaq fondunun sahəsi 8641,5 min ha olub təyinatına görə 7 kateqoriyaya bölünür.
Azərbaycanın təbiət abidələri
Azərbaycanın, eləcə də Qafqazın bütöv ərazisi subtropik zonada yerləşir və bu da iqlimin bəzi tiplərinin və yarım tiplərinin formalaşmasına təsir edir. Planetdə mövcud olan 11 iqlim tipindən 9-u çoxda geniş ərazisi olmayan Azərbaycanda (86,6 min km2 ) yerləşir. Relyef forması ziddiyyətliliyi ilə xarakterizə olunur: O 28 km dünya okeanı səviyyəsindən 4466 km (Bazardüzü zirvəsi) mütləq hündürlüyədək dəyişir. Ölkənin bir hissəsində yaşı 500 milyon ili aşan dağ süxurları, o biri yerdə dünən yaranan cavan çöküntülər diqqət çəkir. Dağların hündürlüyünün yüksəkliyə doğru artımı relyefin formalaşmasına səbəb olur və bu da coğrafi zonaların dəyişikliyini yaxşı ifadə edir. Əlaqələr, qarşılıqlı təsir, iqlim tipləri və yarım tiplərinin qarşılıqlı təsirləri, yamacların quruluşu və ərazidə üstünlük təşkil edən küləklərin istiqaməti təbii relyef formasının əmələ gəlməsinə səbəb olur. Azərbaycan təbiətinin unikal gözəlliyi və onun ətraf mühiti turistlərin diqqətini cəlb edir. Azərbaycanın təbii abidələri aşağıdakı qruplara bölünür: Geoloji Geoloji-geomorfoloji Hidrogeoloji Hidroloji Flora Fauna Landşaft == Geoloji abidələr == Azərbaycan Respublikasının ərazisi və Qafqazın bütün ərazisi Alp qırışıqlığı zonasındadır və mürəkkəb tektonik quruluşa malikdir. Son 13-15 min illər ərzində Azərbaycan Respublikasının ərazisində mövcud olan geoloji-geomorfoloji prosesləri iqlim şəraiti və dənizin çəkilməsi unikal relyef formasını yaratmışdır. Bütün dövrlərdə dağ süxurlarının yaşı (Alt paleolit dövründən indiyədək) insanların diqqətini cəlb etmişdir.
Azərbaycanın təbiəti
Azərbaycanın təbiəti haqqında — Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi, relyefi, su hövzələri, flora və faunasını əhatə edir. Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Hələ XX əsrdən etibarən bu ərazilərin öyrənilməsinə başlanmışdır.Məsələn; Budaqov və Müseyibov Azerbaycanın relyefini, Şıxlinski və Mədətzadə isə Azərbaycanın iqlimini öyrənmişdir. Çayları isə Rüstəmov öyrənmişdir. == Azərbaycanın təbiəti haqqında alimlərin dediklərindən == Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 – e.ə.
Ağa Seyid Əli Təbrizi
Ağa Seyid Əli Təbrizi "Qanun əl-Əlac" ("Müalicənin qanunları"), "Zadül-Müsafirin" ("Səyahətə çıxanlar üçün məsləhətlər"), "Risaleyi-Cizri" ("Dərmanlar haqqında risalə") əsərlərinin müəllifidir.
Ağa Ələkbər Təbrizi
Ağa Ələkbər Ağa Səməd oğlu Təbrizi (1839-1907) — diplomat. == Həyatı == Ağa Ələkbər Ağa Səməd oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. O, Nasirəddin şah Qacar hakimiyyəti dövrünun ictimai xadimləri icərisində öz bacarığı və nüfuzu ilə seçilən səxsiyyət idi. Mükərrəməssəltənə ləqəbini daşıyırdı. Ağa Ələkbərin ailəsi Azərbaycanın tanınmıs sulalələrindən olub, sonra Mümtaz adlanırdı. Atası Ağa Səməd sərraf olsa da, savadı ilə seçilirdi. Xarici İslər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. İstanbul şəhərində konsul olmuşdu. Ağa Ələkbər Təbrizi sonra Tehran şəhərinə dönmüş, Xarici İslər nazirliyində şöbə müdiri kimi çalışmışdı.
Ağacoğlu (Təbriz)
Ağacoğlu (fars. اغاج اوغلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (62 ailə).
Ağmuğan (Təbriz)
Ağmuğan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Üskü bölgəsinin Üskü qəsəbəətrafı kəndistanında, Üskü qəsəbəsindən 18 km cənub-şərqdədir.
Ağoğlan (Təbriz)
Ağoğlan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 33 km cənub-qərbdədir.
Ağçakəhəl (Təbriz)
Ağçakəhəl — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Üskü bölgəsinin Üskü kəndistanında, Üskü qəsəbəsindən 12 km cənubdadır.
Aşağı Mayan (Təbriz)
Aşağı Mayan (fars. مايان سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7,083 nəfər yaşayır (1,694 ailə).

Digər lüğətlərdə

вы́жечь ду́мперный заса́живаться лесопиле́ние листа́ть насле́дственность нахолоди́ть отча́литься пи пря́жа руло́н как два́жды два кря́жистый пши́кать ритмопла́стика схо́жесть cooey merry-make sunfast withe rod брат ветрено защемить причесаться чесальный