TƏBİR

is. [ ər. ]
1. Söz, kəlmə, ifadə.
2. Yozma.
□ Təbir etmək – yozmaq, məna çıxarmaq, məna vermək.
Məhsəti xanımın hökumət əleyhinə olmasında şeir və sənəti əxlaq pozğunluğu kimi təbir edənlər müqəssirdir. M.S.Ordubadi.

3. Təbirincə, təbiri ilə, təbirinə görə şəklində –
…dediyi kimi,
…sözləri ilə desək.
Evin balaca qızı Ulduz isə, anasının təbirinə görə, od-alov idi. Ə.Məmmədxanlı.
◊ Təbir caizsə, təbir caiz görülsə –
…demək olarsa,
…demək mümkündürsə,
…demək münasibdirsə.
Təbir cayiz görülsə, demək olar ki, Hacı Aslan bu küçənin can damarı misalında idi. S.Hüseyn.
Qazançalara termosdan isti xörək … töküldü və təbir caizsə, ziyafət başlandı. Ə.Əbülhəsən.

TƏBİLÇİ
TƏBİYYAT

Значение слова в других словарях

восприня́ться затанцева́ться переформирова́ться разбира́ться фейерве́ркерский асоциа́льный верли́бр взметну́ть гни́лость двойно́й подоба́юще приве́т раболе́пный развя́зный слон крыжовник antitrade distress Dorcas inarch kermesse perforator phytalbumin Theotokos безрадостный