TƏBİD
TƏBİƏT
OBASTAN VİKİ
AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi. Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. == Məzmun == Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar)., == Muzey ekspozisiyası == 1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
Air və Tenere milli təbiət qoruğu
Air və Tenere milli təbiət qoruğu — Nigerdə yerləşən təbiət qoruğudur. Buraya bir neçə üst-üstə düşən qoruq təyinatı daxildir və YUNESKO-nun Dünya İrsi mirasıdır. Qoruq, həm Air dağlarının şərq yarısını, həm də Tenere səhrasının qərb hissələrini əhatə edir. Ərazi, həmçinin, "BirdLife İnternational" tərəfindən əhəmiyyətli quş sahəsi kimi müəyyən edilmişdir.Air və Tenere təbiət qoruğu UNESCO Dünya İrsi mirasına 1991-ci ildə daxil olmuş və 1992-ci ildə təhlükəli bir ərazi olaraq təyin edilmişdir. VII, IX, X və #573 meyarlarına əsasən təyin edilmişdir. Qoruq 77,360 kvadrat kilometr ərazini əhatə edir. Bu, Afrikadakı ikinci ən böyük təbiət qoruğu, dünyada isə dördüncü ən böyük qoruq hesab edilir.UNESCO-nun Air və Tenere təbiət Qoruğu iki hissədən ibarətdir: Air və Tenere milli təbiət qoruğu IUCN növü IV. 1 yanvar 1988-ci ildə yaradılmışdır. 64,560 km².Air və Tenere Addax ziyarətgahı IUCN növü Ia. 1 yanvar 1988-ci ildə yaradılmışdır. 12,800 km².
Altıağac Dövlət Təbiət Qoruğu
Altıağac Dövlət Təbiət Qoruğu — Azərbaycanın Xızı rayonunda yerləşən dövlət qoruğu. == Yaradılmasında məqsəd == 1990-cı ildə Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftının qorunub saxlanması, təbii komplekslərinin mühafizəsinin gücləndirilməsi və bərpası, eroziya proseslərinin qarşısının alınması, habelə Altıağac-Xızı zonasının bitki və heyvan növlərinin, onların qruplarının bərpa edilməsi məqsədilə 4438 hektar sahədə yaradılmışdır. == Qoruq ərazisinin meşələri == Orta dağlıq hissədə yerləşən qoruğun ərazisində qışı quraq keçən mulayim-isti və yayı quraq keçən mülayim-isti tipləri hakimdir. Qoruq ərazisinin əsas hissəsini (90,5%) nisbətən cavan (40-60 yaşlı) pöhrəlik meşələr təşkil edir. Onları əmələ gətirən əsas ağac növləri gürcü palıdı, Qafqaz vələsi və şərq fıstığı, göyrüş, itiyarpaqlı ağcaqayından ibarətdir. Təmiz bir növdən ibarət meşələr çox azdır, əksər sahələr qarışıq tipli meşələrdən ibarətdir. Meşəsiz sahələr qayalıq, yarğan və keçmiş meşə altından çıxmış otlaqlardan ibarətdir. == Heyvanat aləmi == Altıağac qoruğunun ərazisində cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, dələ, canavar və s. heyvanlara. Qulardan qırqovula, alabaxtaya, qaratoyuğa, bildirçinə, çöl qartalına və s.
Amerika Təbiət Tarixi Muzeyi
Amerika Təbiət Tarixi Muzeyi (ing. American Museum of Natural History) (qısaca AMNH) ABŞ-nin Nyu-York şəhərində, Mərkəzi Parkın yanında yerləşən, dünyanın ən böyük və ən məşhur muzeylərindən biridir. Muzey planetarium və kitabxananın yerləşdiyi bir-biri ilə əlaqəli 26 binadan, həmçinin 45 daimi sərgi salonundan ibarətdir. Onun kolleksiyalarına 34 milyondan çox bitki, heyvan, fosil, mineral, qaya, meteorit, insan qalıqları və insan mədəni artefakt nümunələri, həmçinin dondurulmuş toxuma, genomik və astrofiziki məlumatlar üçün xüsusi kolleksiyalar daxildir. Muzey 2 milyon kvadrat futdan (190.000 m²) çox ərazini tutur. Onun 225 nəfərlik tam ştatlı elmi işçi heyəti mövcuddur. O, hər il 120-dən çox xüsusi sahə səfərinə sponsorluq edir və hər il orta hesabla beş milyon ziyarətçini qəbul edir.
Arazboyu Dövlət Təbiət Yasaqlığı
Arazboyu Dövlət Təbiət Yasaqlığı – Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədrinin Sərəncamıilə 23 sentyabr 2005-ci ildə yaradılmışdır. Sahəsi 9118 hektar olmaqla, Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad inzibati rayonlarının Arazboyu əraziləri ərazilərindəki təbii komplekslərinin və onların komponentlərinin qorunmasılə yanaşı, buradakı ekoloji tarazlığın saxlanılmasını təmin etmək funksiyasını daşıyır. Ərazinin əsas özünəməxsus bitki növlərindən olan Araz palıdı, dağdağan, zərifsüsən, fauna növlərindən isə qıvrım lələk və çəhrayı qutan, ərsin dimdik, toğlugötürən, qamışpişiyi, manulpişiyi və s. qorunur.
Arin Təbiət Parkı
Əl-Arin Təbiət Parkı (ərəb. محمية العرين‎) — Bəhreyndə, Sahir səhrasında yerləşən zoopark və təbiət qoruğu. Park ölkənin beş qorunan ərazisindən biridir. Ancaq yalnızca quruda yerləşən yeganə qoruqdur. == Tarixi == 1976-cı ildə qurulan parkın ümumi sahəsi 7 km²-dir. Bunun içərisində Bəhreyn və bütün Ərəbistan yarımadası üçün xarakterik olan bitkilər böyüyür və heyvanlar yaşayır. Bundan əlavə zooparkda Afrika və Cənubi Asiyadan gətirilən bitki və heyvanlar təmsil olunur. Hər il orta hesabla parka 140 min nəfər gəlir. 2013-cü ildə park 199 235 ziyarətçinı qəbul etmişdir. 1999-cu ildə park Qətər Daxili İşlər və İnformasiya Nazirliyinə birləşdirildi.
Arpaçay Dövlət Təbiət Yasaqlığı
Arpaçay Dövlət Təbiət Yasaqlığı — 2005-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikasının 9118 hektar ərazisində yaradılmışdır.
Azov-Sivaş Milli Təbiət Parkı
Azov-Sivaş Milli Təbiət Parkı (ukr. Азово-Сиваський національний природный парк) — Ukraynada Sivaş körfəzinin qərb hissəsinin şimalını və Ukraynanın Xerson vilayətinin ərazisindəki Biruçi adası dilini əhatə edən milli park. 25 fevral 1993-cü ildə yaradılmışdır. Sahəsi 52,154 hektardır. == Tarixi == 1923-cü ildə Çuryuk adası Askaniya-Nova qoruğunun bir hissəsi olmuşdur. 1927-ci ildə Askaniya-Nova qoruğunda Şimali Qara dəniz bölgəsinin, Sivaş körfəzi və Azov dənizinin ayrı-ayrı hissələrini əhatə edən Primorski dili qoruğu yaradıldı. 1933-cü ildə Primorski dili qoruğu müstəqil bir qurum olmuş, sonra 1937-ci ildə onun əsasında yeni qoruqlar yaradılmışdır: Qara dəniz və Azov-Sivaş. 1957-ci ildə Ukrayna SSR Nazirlər Sovetinin sərəncamı ilə Azov-Sivaş qoruğu Azov-Sivaş Dövlət Qoruğu və Ovçuluq Təsərrüfatı kimi yenidən təşkil edilmişdir. Bura Sivaş körfəzindəki adalar və adaların ətrafındakı su sahəsi, Biryuçi adasının ətrafındakı dəniz zolağı daxil idi.Azov-Sivaş Milli Təbiət Parkı Ukrayna Prezidentinin 25 fevral 1993-cü il tarixli 62 nömrəli Fərmanı ilə Azov-Sivaş Dövlət Qoruğunun və Ovçuluq Təsərrüfatının onun hüdudları daxilində yenidən təşkili yolu ilə yaradılmışdır. Milli park şimal Azov və Sivaş vilayətlərində mühüm ekoloji, rekreasiya, tarixi-mədəni əhəmiyyət kəsb edən çöl və akvatoriyanın qiymətli təbii və nadir komplekslərinin və obyektlərinin qorunub saxlanılması, yenilənməsi və səmərəli istifadəsi məqsədilə yaradılmışdır.
Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçilərinin siyahısı
== 1992 ==
Azərbaycan dövlət təbiət qoruqları
Azərbaycanda 9 milli park, 11 dövlət təbiət qoruğu, 2 qeydiyyatda olmayan qoruq,24 dövlət təbiət yasaqlığı, yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik və qiymətli meşə növü sahələri vardır. Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və ümumi ərazinin 7%-ni təşkil edir. Bununla yanaşı bir Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və Bakı Dənizkənarı Milli Park (ərazisi 80 hektar) fəaliyyət göstərirlər. Respublika rəhbərliyinin Azərbaycanın təbii sərvətlərinin mühafizəsinə və inkişafına dair tələblərin həyata keçirilməsi ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin və həmin ərazidəki bioloji müxtəlifliyin qorunması sahəsində ardıcıl, məqsədyönlü və intensiv iş aparılır. Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Türyançay Dövlət Təbiət Qoruğu, Pirqulu Dövlət Təbiət Qoruğu, İsmayıllı Dövlət Təbiət Qoruğu, Qarayazı Dövlət Təbiət Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu əraziləri 36,6 min ha. genişləndirilmiş və həmin qoruqların ümumi sahəsi 70,7 min ha çatdırılmışdır, Naxçıvan MR-da Ordubad Milli Parkı (12131 ha.) və Şahbuz Dövlət Təbiət Qoruğu (3139 ha.), Şirvan Milli Parkı (54374 ha.), Ağ-göl Milli Parkı (17924 ha.), Hirkan Milli Parkı (21435 ha.), Altıağac Milli Parkı (11035 ha.), Abşeron Milli Parkı (784 ha.), Eldar Şamı Dövlət Təbiət Qoruğu (1686 ha.), Qax rayonunda Qax Dövlət Təbiət Yasaqlığı (36836 ha.) yaradılmışdır.
Azərbaycan təbiəti
Azərbaycanın təbiəti haqqında — Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi, relyefi, su hövzələri, flora və faunasını əhatə edir. Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Hələ XX əsrdən etibarən bu ərazilərin öyrənilməsinə başlanmışdır.Məsələn; Budaqov və Müseyibov Azerbaycanın relyefini, Şıxlinski və Mədətzadə isə Azərbaycanın iqlimini öyrənmişdir. Çayları isə Rüstəmov öyrənmişdir. == Azərbaycanın təbiəti haqqında alimlərin dediklərindən == Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 – e.ə.
Azərbaycan təbiəti (jurnal)
Azərbaycan təbiəti — Azərbaycan SSR-də və Azərbaycan Respublikasında publik elmi-metodik məcmuə. Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin orqanı. == Tarixi == "Azərbaycan təbiəti" 1975-ci ildən Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. İllüstrasiyalıdır. Məcmuədə təbiəti mühafizənin kütlələrə təbliği, insan və ətraf mühit, Azərbaycanın nadir ağaçlarının, bəzək və dərman bitkilərinin elmii cəhətdən öyrənilməsi, qorunması, qoruqların genişləndirilməsi, ətraf mühitin çirklənməsinə qarşı mübarizə tədbirləri və s. mühüm problematik məsələlər işıqlandırılmışdır. "Azərbaycan təbiəti" həmçinin digər sovet respublikalarında təbiətin mühafizəsinə dair elmi-kütləvi yazılar, xəbərlər dərc etmişdir. 1976-cı ildə qəzetin tirajı 30 min nüsxə olmuşdur. Baş redaktoru Həsən Əliyev olmuşdur.
Azərbaycanın mühafizə olunan təbiət ərazilərinin siyahısı
Azərbaycanın mühafizə olunan təbiət ərazilərinin siyahısı:
Azərbaycanın təbiət abidələri
Azərbaycanın, eləcə də Qafqazın bütöv ərazisi subtropik zonada yerləşir və bu da iqlimin bəzi tiplərinin və yarım tiplərinin formalaşmasına təsir edir. Planetdə mövcud olan 11 iqlim tipindən 9-u çoxda geniş ərazisi olmayan Azərbaycanda (86,6 min km2 ) yerləşir. Relyef forması ziddiyyətliliyi ilə xarakterizə olunur: O 28 km dünya okeanı səviyyəsindən 4466 km (Bazardüzü zirvəsi) mütləq hündürlüyədək dəyişir. Ölkənin bir hissəsində yaşı 500 milyon ili aşan dağ süxurları, o biri yerdə dünən yaranan cavan çöküntülər diqqət çəkir. Dağların hündürlüyünün yüksəkliyə doğru artımı relyefin formalaşmasına səbəb olur və bu da coğrafi zonaların dəyişikliyini yaxşı ifadə edir. Əlaqələr, qarşılıqlı təsir, iqlim tipləri və yarım tiplərinin qarşılıqlı təsirləri, yamacların quruluşu və ərazidə üstünlük təşkil edən küləklərin istiqaməti təbii relyef formasının əmələ gəlməsinə səbəb olur. Azərbaycan təbiətinin unikal gözəlliyi və onun ətraf mühiti turistlərin diqqətini cəlb edir. Azərbaycanın təbii abidələri aşağıdakı qruplara bölünür: Geoloji Geoloji-geomorfoloji Hidrogeoloji Hidroloji Flora Fauna Landşaft == Geoloji abidələr == Azərbaycan Respublikasının ərazisi və Qafqazın bütün ərazisi Alp qırışıqlığı zonasındadır və mürəkkəb tektonik quruluşa malikdir. Son 13-15 min illər ərzində Azərbaycan Respublikasının ərazisində mövcud olan geoloji-geomorfoloji prosesləri iqlim şəraiti və dənizin çəkilməsi unikal relyef formasını yaratmışdır. Bütün dövrlərdə dağ süxurlarının yaşı (Alt paleolit dövründən indiyədək) insanların diqqətini cəlb etmişdir.
Azərbaycanın təbiəti
Azərbaycanın təbiəti haqqında — Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi, relyefi, su hövzələri, flora və faunasını əhatə edir. Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Hələ XX əsrdən etibarən bu ərazilərin öyrənilməsinə başlanmışdır.Məsələn; Budaqov və Müseyibov Azerbaycanın relyefini, Şıxlinski və Mədətzadə isə Azərbaycanın iqlimini öyrənmişdir. Çayları isə Rüstəmov öyrənmişdir. == Azərbaycanın təbiəti haqqında alimlərin dediklərindən == Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 – e.ə.
Ağgöl Dövlət Təbiət Qoruğu
Ağgöl Dövlət Təbiət Qoruğu -1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağgöl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 1298 saylı sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər artırılmış və Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik-çöl və yarımsəhra landşaftlarından ibarət olmuşdur. Qoruğun ümumi sahəsinin 2,1 ha-nı (40,6 %) təmiz su sahəsi, 2,26 min ha-nı (43,6 %) qamış cəngəllikləri, 20 ha-nı (0, 38 %) adalar təşkil edir. == İqlimi == Buranın yayı quraq keçən yarımsəhra və quq çöllərin mülayim – isti iqlim tipi hakimdir. Burada günəş radiaiyasının illik miqdarı 131, radiasiya balansı isə 45 kkal/kv.sm –dir. Havanın orta illik temperaturu 14 dərəcəyə çatır. Yağıntının illik miqdarı 330 mm-dən artıq deyildir. Buradakı iqlim şəraiti ərazidəki quşların və məməli heyvanların xeyli miqdarda məskunlaşması üçün optimal şərait yaratmşdır. Ümumi sahənin çoxunu Ağgöl təşkil edir. Ağgöl öz sahəsinə görə respublikanın ən böyük göllərindən biridir.
Başqırdıstan təbiəti
Beynəlxalq Təbiəti Mühafizə İttifaqı
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir.1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi. Bu sənəd təkcə ətraf mühitin mühafizəsi məsələsi ilə məhdudlaşmır, eyni zamanda ayrı-ayrı ölkələrdə insanla ətraf mühitin ahəngdarlığına əsaslanan uzunmüddətli iqtisadi, sosial və ekoloji inkişaf strategiyasını nəzərdə tutur.
Beynəlxalq Təbiətin və Təbii Sərvətlər Mühafizəsi Birliyi

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi

Blidine Təbiət Parkı
Blidine Təbiət Parkı (serb. Парк природе Блидиње, xorv. Park prirode Blidinje) — Bosniya və Herseqovinada, Dinar Alplarının mərkəzində yerləşən və 30 aprel 1995-ci ildə qurulan təbiət parkı. Bosniya və Herseqovinanın Dinar Karst bölgəsində əhəmiyyətli bir mədəni və tarixi irsə sahib olan mühüm bir təbii, hidrogeoloji qoruğu təmsil edir. Park ərazisinə Dinar Alp dağları, Duqopolye yaylası, Blidine gölü, Qrabovise vadisi və s. daxildir. == Coğrafiyası == Çvrsnisanın əriyən buzlaqların təsiri ilə açıq və qısır bir vadisi meydana gəlir. Parkın bazası Çvrsnisa və Vran dağları arasında dəniz səviyyəsindən 1150 ilə 1300 m hündürlükdə yerləşən, uzunluğu 3 ilə 5 km olan bir platodur. Parkın ümumi sahəsi 364 km²-dir. Geomorfoloji baxımdan vahid olmaqla plato coğrafi və topoqrafik cəhətdən iki hissəyə bölünür: Blidine gölü yaxınlığındakı aşağı cənub hissə və Duqopolye yaxınlığındakı yuxarı şimal hissə.
Buçeqi Təbiət Parkı
Buçeqi Təbiət Parkı (rum. Parcul Natural Bucegi) — Cənubi Karpat bölgəsindəki Buceqi dağlarının ərazisində yerləşən, Rumıniyada bir mühafizə sahəsi. Buçeqi Təbiət Parkının ərazisi 32,663 ha-dır. Rumıniyada Braşov, Dımboviţsa və Praxova mahallarının inzibati ərazisində yerləşir. == Tarixi == Uzun müddət, 20-ci əsrin əvvəllərindən etibarən Buçeqi dağ silsiləsinin nadir və zəngin florası həm Rumıniyanın özündən, həm də xaricdən olan bir çox tədqiqatçı və təbiət həvəskarlarının diqqətini çəkir. Buçeqi dağlarında mühafizə zonası təşkil etmək üçün ilk təkliflər 1936-cı ilə aiddir. Turizmin inkişafı və təbii sərvətlərdən maksimum istifadə ilə ərazinin bioloji müxtəlifliyini kütləvi şəkildə məhv olmaq təhlükəsi yaratmışdır. Buna görə hökumətin 01.27.1990 tarixli əmri ilə Buçeqi Təbiət Parkını yaratmaqla yerli təbiətin qorunması üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Buçeqi təbiət parkının coğrafi sərhədləri Rumıniya hökumətinin 4 mart 2003-cü il tarixli 230 nömrəli qərarı ilə biosfer qoruqlarının, təbii və milli parkların delimitasiyası və təbii parkın administrasiyasının yaradılması haqqında qərarı ilə müəyyən edilmişdir. Təbiət parkına mağaralar, çuxurlar, dərələr, silsilələr, kanyonlar, vadilər, şəlalələr, otlaqlar və müxtəlifliyi qoruyan meşələr olan dağlıq bir bölgə daxildir.
Böyük Xextsir Dövlət Təbiət Qoruğu
Böyük Xextsir Dövlət Təbiət Qoruğu – Rusiya Federasiyasında dövlət təbiət qoruğu. Xabarovsk şəhərinin şəhərətrafi zonasında (15–20 km cənubda), Böyük Xextsir dağ massivində yerləşir. Sahəsi 454² km. 1963-cü ildə təşkil olunmuşdur. == Ümumi məlumat == Səthi dağlıq sahələrdən (hündürlük 500 metrə qədər) və düzənliklərdən ibarətdir; çılpaq qayalıqlarvar. Böyük Xextsir Dövlət Təbiət Qoruğu üçün müxtəlif bitki növləri səciyyəvidir. Dağlarda sidr, küknar və enliyarpaqlı meşələr, sıx kolluqlar və zəngin ot örtüyü üstündür. Dağətəyi zonalarda qarışıq və törəmə tipli meşələr yayılmışdır. Dərələrdə qaraşam ağacları, cil çəmənləri, ağcaqovaq-küknar talaları və paralel uzanmış ensiz yüksəkliklərdə palıdlıqlar var; qızılağac cəngəlliyinə və bataqlıqlara rast gəlinir. Əsas meşə massivlərindən tam, yaxud qismən təcrid olunmuş Mancuriya florası qalmaqdadır.
Bəndovan Dövlət Təbiət Yasaqlığı
Bəndovan Dövlət Təbiət Yasaqlığı – 1961-ci ilin noyabrında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoruyub artırmaqdır. Hal-hazırda ərazisi 4930 hektardır. Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar, porsuq yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək, turac, bildirçin və s. yayılmışdır.
Bərdə Dövlət Təbiət Yasaqlığı
Bərdə Dövlət Təbiət Yasaqlığı — 1966-cı ilin mayında Bərdə və Ağdam rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Yasaqlığın ümumi sahəsi 7500 hektardır. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir. Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır.
-нич-(ий) вы́нуть по-маврита́нски провева́ться су́мма фи́льтровый заниже́ние зате́йливость ни́вхский пре́ссовый сверхпла́новый соболево́дство транспара́нт amalgam crush bar indefatigable leewardly long-liver Maldive Islands multilayered pun sheave алфавит ненасытный разогревание