TƏCRÜBƏSİZ

sif. Təcrübəsi, biliyi, vərdişi olmayan və ya az olan. Təcrübəsiz usta.
– …Onda da bu quşlar təcrübəsiz və əsəbi ovçunu diksindirər… M.Rzaquluzadə.
Barama bəsləmək çox incə və çətin iş olduğundan təcrübəsiz adam onun öhdəsindən gələ bilməz. Ə.Sadıq.

// Həyat təcrübəsi olmayan, bərkdənboşdan çıxmamış.
[Nazir:] Siz … görürəm, təcrübəsiz bir gəncsiniz. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏCRÜBƏSİZ TƏCRÜBƏSİZ, NAŞI (bax), SƏRİŞTƏSİZ
  • TƏCRÜBƏSİZ naşı — xam
TƏCRÜBƏLİLİK
TƏCRÜBƏSİZLİK
OBASTAN VİKİ
Təcrübəsiz cadugər (teleserial, 2006)
Təcrübəsiz Cadugər (türk. Acemi Cadı) – 2006-cı il Türkiyə istehsalı olan fantaziya, ailə və komediya janrlı teleserialdır. Əvvəlcə Kanal D kanalında yayımlanmağa başlayan serial daha sonra Star TV kanalında yayımlanmağa başladı. Bu serial Archie Comics-in motivləri əsasında çəkilmiş 1996-cı il ABŞ istehsalı olan Sabrina: Yeniyetmə Cadugər serialının remeykidir. == Məzmun == On altı yaşlı Ayşəgül Yıldız ad günündən sonra ata tərəfdən bütün ailəsinin cadugər olmasını öyrənir. iki bibisi ilə yaşayan qız bundan sonra qüvvələrini düzgün idarə etməyi öyrənməyə çalışır. Bu işdə ona bibiləri yaxından köməklik göstərirlər. Eyni zamanda o yeni məktəbə keçir və burada yeni dostlar qazanmaqla yanaşı həmçinin də Səlim adlı oğlanlada qarşılıqlı olaraq maraqlanır. Lakin varlı və ərköyün olan Tuçənin də Səlimdən xoşu gəlir və buna görədə Ayşəgülə hər cür maneə olmağa çalışır. İyirmi yaşı olana qədər sehrli qüvvələrində daima istifadə edəbilmək üçün imtahanlar verən Ayşəgül həyatında olan hər bir şeyə indi vaxt ayırmağa və heç nəyi qarışdırıb korlamamağa çalışır.

Digər lüğətlərdə

выпендрёж гусеобра́зные долёживать комма́ндос невсту́пно перекоми́ссия пома́диться рыхлова́тый ша́рпальщик вы́мотать головоло́мно затуха́ть изве́дывать клифенить чага avirulence crush-room nailbrush stocking mask swanskin болотистый лексикология сатрап техницизм узникузница