TƏCDİD
TƏCƏLLA
OBASTAN VİKİ
Təcəddüd
"Təcəddüd" (az.-əbcəd تجدد‎, hərfi mənası: "Yeniləşmə") — Cənubi Azərbaycanda Azərbaycan və fars dillərində dərc olunmuş ən mühüm qəzetlərdən biri. == Tarixi == Qəzet 1917-ci ildə Əbülqasim Füyuzat və Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə nəşrə başlamışdır. Həmin il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir. Qısa fasilələrlə 1921-ci ilə qədər çap olunmuşdur. == Fəaliyyəti == İranda yeni şeirin təməli "Təcəddüd" qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmai kimi Cənubi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla da ədəbiyyatın həm forma, həm də məzmununda "təcəddüd" – "yeniləşmə" yaranmış, sərbəst şerin əsası qoyulmuşdur ki, bu da "Təcəddüd" ədəbiyyatı adlanır. "Təcəddüd" tək Cənubi Azərbaycanda deyil, hətta bütün Qacar İranında ictimai və ədəbi fikirdə yenilik yaratmışdır. Şeyx Məhəmməd Xiyabani redaktoru olduğu "Təcəddüd" qəzetindəki yazılarında Azərbaycan xalqının hüquqlarını göstərir, onun istiqlaliyyət məsələsinə toxunurdu. 1917-ci il aprelin 30-da Xiyabaninin bu qəzetdə "Həqiqət nur saçacaqdır" başlığı ilə ilk məqaləsi çıxmışdır. Orada o, deyirdi: "Artıq məşrutə qanunlarını icra etmək vaxtı gəlib çatmışdır.

Digər lüğətlərdə

безвозвра́тный биг-бэ́нд заса́харивание Иж ка́рты лазу́тничать ослово́дство па́ля предупреди́ть силуэтёр смы́слить центробе́г шелкови́к каните́литься на роду напи́сано призвание epidemiologist gettable interleaf randy sateless spin-off superlight перекрещиваться фермерский