TƏHSİLKƏRDƏ
TƏHŞİD
OBASTAN VİKİ
Həsan Təhsin
Həsən Tahsin (əsl adı:Osman Nevres; (d.1888, Selanik, Osmanlı İmperiyası - ö.15 may 1919, izmir) — yazıçı, jurnalist, İzmirə dənizdən çıxan işğalçı Yunan əsgərlərinə ilk güllə ataraq Türk müqavimətini başladan qəhrəman.
Həsən Təhsin
Həsən Tahsin (əsl adı:Osman Nevres; (d.1888, Selanik, Osmanlı İmperiyası - ö.15 may 1919, izmir) — yazıçı, jurnalist, İzmirə dənizdən çıxan işğalçı Yunan əsgərlərinə ilk güllə ataraq Türk müqavimətini başladan qəhrəman.
Təhsin Cəmil
Təhsin Cəmil — (türkcə: Tahsin Cemil, rumınca: Tasin Gemil) (d. 21 sentyabr 1943) – Əslən Krım tatarlarından olan Rumıniya tarixçisi, tərcüməçi, diplomat və siyasi xadim. O, 1998-2003-cü illərdə Rumıniyanın Azərbaycandakı səfiri olmuşdur. Həmçinin, Osmanlı dilini bilən Tahsin Cəmil Osmanlı imperiyası və Rumıniya tarixi barədə 100-dən çox məqalə yazmış, Osmanlı sənədlərini rumıncaya tərcümə etmişdir. == Həyatı == Təhsin Cəmil 21 sentyabr 1943-cü ildə Rumıniyanın Dobruca bölgəsinin Məcidiyyə şəhərində milliyyətcə Krım tatarlarından olan ailədə anadan olmuşdur. O, doğma şəhərində ibtidai və orta təhsilini başa vurmuş və Yassı Universitetinin tarix və fəlsəfə fakültəsini bitirmişdir (1965). Universiteti bitirdikdən sonra yaradıcılıq fəaliyyətini davam etdirmiş, dissertasiya müdafiə edərək elmlər doktoru dərəcəsini almışdır.Təhsin Cəmil Nafiyə Cemil ilə evlidir və 1970-ci il təvəllüdlü bir qız atasıdır. Təhsin Cəmil ana dili olan tatar və təhsil aldığı rumın dilindən başqa türk, Azərbaycan, türkmən, özbək, qazax, qırğız, ingilis və fransız dillərini bilir. == Fəaliyyəti == O, Yassıdakı A.D.Xenopol adına Tarix və Arxeologiya İnstitutunda, daha sonra Buxarestdəki Nikolay İorga adına Tarix İnstitutunda çalışmışdır. 1989-cu il inqilabından sonrakı aylarda Milli Qurtuluş Cəbhəsi ətrafında yaradılan yeni müvəqqəti idarəetmə orqanı olan CPUN-a qoşulmuşdur.
Təhsin Dəmiray
Təhsin Dəmiray (türk. ːTahsin Demiray 1903, Konstantinopol – 25 iyun 1971, İstanbul) — Türk naşiri, yazıçısı və siyasi xadimi, Türkiyə Köylü Partisinin qurucusu. == Həyatı və fəaliyyəti == Təhsin Dəmiray 1903-cü ildə İstanbulda dünyaya gəlmişdir. 1919-cu ildə Kadıköy Sultanisini bitirdikdən sonra milli mücadiləyə qatılmışdır. 1923-cü ildə İstanbul Müəllim Məktəbini bitirmişdir. İstanbul Universitetinin Fənn fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda Bolu liseyində müəllimlik etmişdir. Fənn fakültəsini ikinci kursdan tərk etmişdir.Türkiyə Cümhuriyyətinin ilk və ən önəmli naşirlərindən biridir. Yeni dövlətin quruluşundan sonra 1925-ci ildə fəaliyyətə başlayan ilk nəşriyyatlardan biri olan Türkiyə Yayınevini qurmuş, Əlifba inqilabının ardından yeni əlifbanı yayınlama imtiyazını almışdır. Latın əlifbasıyla basılmış ilk "Əlifba"nı yayınlamışdır. Ölkədə uşaq dərgiçiliyinin gəlişməsində ciddi rol oynamışdır.
Təhsin Mütəllimov
Təhsin Mütəllim oğlu Mütəllimov (18 yanvar 1932, Naxçıvan) — Azərbaycan ədəbiyyat nəzəriyyəsi sahəsində görkəmli alim, tanınmış pedaqoq, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər bölməsi üzrə müxbir üzvü, professor, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru. == Həyatı == Təhsin Mütəllimov 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. T.Mütəllimov orta təhsilini Bakı şəhər 13 saylı məktəbdə başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1951-ci ildə Rəssamlıq məktəbində təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1957–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsində Məsləhət məntəqəsinin müdiri vəzifəsində çalışmışdır. 1961–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, 1963–1965-ci illərdə baş müəllimi vəzifələrində çalışmışdır.1978-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur. T.Mütəllimov 1961-ci ildə "Ə.Əbülhəsənin bədii nəsri" mövzusunda namizədlik, 1975-ci ildə isə "Ə.Haqverdiyevin sənətkarlığı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1965–1978-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, 1978-ci ildən isə professorudur. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.Ədəbiyyat nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis hesab olunan T.Mütəllimov görkəmli ədəbiyyatşünas və tənqidçi kimi şöhrət qazanmışdır. Alim 55 ilə yaxındır ki, Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərir.
Həsən Təhsin Banquoğlu
Həsən Təhsin Banquoğlu (d. 1904, Drama, Osmanlı imperiyası), (ö. 3 mart, 1989, İstanbul)— Türk siyasətçi, türkoloq, professor. == Həyatı == 1929-cu ildə İstanbul Darülfünun Ədəbiyyat Fakültəsi Türk dili və ədəbiyyatı bölümünü bitirdi. Berlin və Breslau universitetlərində Osmanlı türkcəsi üzrə 1932-1936-cı illər arasında doktorluq çalışmasını apardı. Döndüyü ildə Ankara universiteti Dil Tarix Coğrafya Fakültəsi Türk dili dosentliyinə təyin edildi. 1943-cü ildə Bingöl milletvekilliğine seçildi. 1948-1950-ci illər arasında təhsil naziri oldu. 1955-1958-ci illər arasında Londa Üniversitetində müqayisəli Türk dilləri dərsi verdi. 1959-1961-ci illərdə Ankara universiteti İlahiyat və İstanbul Universiteti ədəbiyyat fakültələrində müəllim kimi işlədi.
Həsən Təhsin Uzər
Həsən Təhsin Uzər (29 avqust 1877, Saloniki – 3 dekabr 1939 və ya 5 dekabr 1939, Ərzurum), Alban əsilli Türk bürokratı və siyasətçisi. == Həyatı və hərbi xidməti == Həsən Təhsin Uzər Alban Hacı İbrahim Ağa və Xədicə xanımın uşaqları olaraq 1878-ci ildə Selanikdə anadan olmuşdur. Albaniya Şkanderbeqinin son nəsil nəslindən olan ailəsi kökləri, albanların nəcib ailələrindən biri olan Kaştriotiyə əsaslanır. Mustafa Kamal Atatürkün uşaqlıq dostu idi. 1897-ci ildə əmlak mühəndisliyini bitirib. İlk dövlət qulluğuna Pruşkan Mahal Müdirliyi ilə başladı. Daha sonra müdirliklərdə çalışdı. 1902-ci ildə Razloq, daha sonra sıra ilə Gevgil, Florina və Kəsəndir valiliyindən ayrıldı. 1913-cü ildə Vanda ilk Qubernator vəzifəsini icra etdi. 1914-cü ildə Ərzurum valisi təyin edildi.

Digər lüğətlərdə

брада́тый Вестми́нстер древото́чцы легкова́тый префикса́ция противуво́льный смолоку́ренный смолотече́ние вы́верт выде́лывание докла́дывать каба́нчик кардиоце́нтр компози́тор консерва́ция кура́ж недолечи́ть полнопра́вно приударя́ть bubble-and-squeak Cambrian ennoble flour corn limous центровать