TƏKZİB

is. [ ər. ] Bir məlumatın, xəbərin, şayiənin və s.-nin yalan olduğunu məlumat, çıxış, məqalə və s. ilə sübut etmə; yalanlama.
□ Təkzib etmək – yalan olduğunu, doğru olmadığını sübut etmək, elan etmək, bildirmək.
Mərdan bir söz deməyə cəsarət etmədi, gəlinin halət və hərəkəti qayınananın iftirasını təkzib edirdi. Çəmənzəminli.

TƏKYƏLƏNMƏK
TƏKZİBEDİLMƏZ
OBASTAN VİKİ
Erməni soyqırımının təkzibi
Erməni soyqırımının təkzibi (erm. Հայոց ցեղասպանության ժխտում) — Birinci Dünya müharibəsi dövründə, Osmanlı hökuməti tərəfindən həyata keçirilmiş erməni soyqırımının inkarı. Türkiyə eyni dövrdə assuriyalılara və yunanlara qarşı törədilmiş soyqırımlarıda inkar edir. Denializmin bir forması kimi, Holokostun inkarı və Nankinq qırğınının təkzibi kimi oxşar tənəzzülçü tarixi revizyonizmlərlə müqayisə edilə bilər. Erməni soyqırımı yekdilliklə həm tarixçilər, həm də soyqırım alimləri tərəfindən tarixi həqiqət olaraq qəbul edilir. Eyni zamanda erməniləri sistematik olaraq aradan qaldırmaq üçün hazırlanan planın şəffaflığını və uğurunu təsvir etmək üçün Rafael Lemkin soyqırım sözünü icad etmişdir Bu həmçinin ilk müasir soyqırım olaraqda qəbul edilir.Erməni soyqırımının inkar edilməsi Fransada, İsveçrədə, Yunanıstanda, Kiprdə və Slovakiyada rəsmi olaraq qadağan edilmişdir.Hal-hazırda Türkiyə və Azərbaycan hökuməti erməni soyqırımını inkar edir, Pakistan isə Ermənistanı ölkə kimi tanımır. Bir çox başqa ölkə, mübahisəli olaraq ABŞ, Türkiyə ilə münasibətləri pozmamaq üçün rəsmi olaraq soyqırımı tanımaqdan qəsdən imtina etdi.

Digər lüğətlərdə

высыпа́ться обосно́ванно приходо-расхо́дчик про- сломя́ го́лову сочи́ть уплыва́ть бра́тски врассыпну́ю довери́тельница залечи́ться игла́ камбалообра́зный кря́ду по́длинь протра́вка керда Abraham air-cure collaret Eton collar hot-air lady's bedstraw nun-buoy tone arm