tələbələr

the students * учащаяся молодёжь
tələbatda olmaq
tələf olmaq (məhv olmaq)
OBASTAN VİKİ
Avropa Tələbələr Forumu
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
Azərbaycanlı Tələbələr İttifaqı
Azərbaycanlı tələbələr ittifaqı — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qərbi Avropa ölkələrinə ali təhsil almaq üçün göndərdiyi tələbələrin Almaniyada yaratdığı könüllü ictimai təşkilat. == Yaranması və Fəaliyyəti == Almaniyada qeydiyyatdan keçmişdi. İttifaqın, üzərində Azərbaycan Xalq Cümhuriyyətinin əsas rəmzlərindən olan səkkizguşəli ulduzun ətrafında Azərbaycan və alman dillərində "Azərbaycan tələbələri komitəsi. Berlin" sözləri yazılmış möhürü var idi. İttifaqın bütün işlərini xaricdə ali təhsil alan azərbaycanlı tələbələrin ümumi yığıncağında seçilmiş idarə heyəti həyata keçirirdi. İttifaqın cari işlərinə idarə heyəti tərəfindən seçilən sədr rəhbərlik edirdi. İttifaq adından Azərbaycan Hökumətinə və digər təşkilatlara göndərilən rəsmi sənədləri idarə heyətinin sədri və katibi imzalayırdı. 1923-cü ildə ittifaqın tərtib etdiyi siyahıda xaricdəki azərbaycanlı tələbələrdən 54 nəfərinin Almaniyada, 13 nəfərinin Fransada, 3 nəfərinin İstanbulda və 1 nəfərinin İtaliyada təhsil aldığı bildirilirdi. Bu siyahıda onların ixtisasları və təhsil aldıqları ali məktəblərin adları, habelə təhsillərini başa çatdırmalarına nə qədər vaxt qaldığı da göstərilirdi.
Xarici Tələbələr (1968)
Avropanın Memar Tələbələr Assambleyası
Avropanın Memar Tələbələr Assambleyası (ing. European Architecture Student Assembly) və ya qısaca EASA — Avropada memarlıqla bağlı ixtisaslarda təhsil alan tələbələrin ən böyük ictimai qurumu. == Tarixi == 1981-ci ildən etibarən Avropa ölkələrindən 400-dən çox memar tələbə hər yay Avropanın bir şəhərində toplaşaraq qurultay keçirirlər. Onlar yay tədbiri zamanı debatlar aparır, həmin şəhərin memarlığı ilə ətraflı tanış olurlar. Belə tədbirlər Yay Görüşləri adlanır. EASA-nın ilk qurultayı 1981-ci ildə İngiltərənin Liverpul şəhərində keçirilmişdir. Hər il payızda isə INCM (ing. Intermediate National Contact Meeting - azərb. Milli Əlaqələndiricilərin Görüşü‎) keçirilir. Onlar EASA davamlılığını saxlamaq üçün toplaşırlar.
Demokratik Cəmiyyət Uğrunda Tələbələr
Demokratik Cəmiyyət Uğrunda Tələbələr (İngiliscə "Students for a Democratic Society" və ya qısaca SDS) ABŞ-da 1960-cı illərdə fəaliyyət göstərən tələbə fəalları hərəkatı idi. O, ölkədəki Yeni Solçuluğun nümayəndəsi olan əsas ikonalardan biri idi. 1969-cu ildəki iclasında ləğv edilməzdən əvvəl 1960-cı illərin ortalarında təşkilat çox sürətlə inkişaf etmiş və böyümüşdür. == Tarixi == SDS, 1960-cı ildə Miçiqan ştatının Port Huron şəhərində keçirilən konfransda təsis edilmişdir. Təşkilatın əsas məqsədi, Vyetnam müharibəsinə qarşı çıxmaq, irqçiliklə mübarizə aparmaq və cəmiyyətdə sosial ədaləti təmin etmək idi. SDS, 1960-cı illərin ortalarında sürətlə böyüdü və ölkənin bir çox universitetində şöbələri yarandı. Təşkilat, Vyetnam müharibəsinə qarşı kütləvi etiraz aksiyaları təşkil etdi, irqçiliyə qarşı mübarizə apardı və universitetlərdə tələbə hüquqlarını müdafiə etdi. == Port Huron Bəyannaməsi == SDS-in ən mühüm sənədlərindən biri, 1962-ci ildə qəbul edilən Port Huron Bəyannaməsi idi. Bu bəyannamə, təşkilatın məqsədlərini və ideallarını əks etdirirdi. Bəyannamədə, "iştirakçı demokratiya" ideyası irəli sürülür və cəmiyyətin bütün üzvlərinin qərar qəbulu prosesində iştirak etməsi tələb olunurdu.
Xarici tələbələr (film, 1968)
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP, ing. Azerbaijani Students and Alumni Platform) – 2020-ci il 15 avqust tarixində təsis edilmiş qeyri-hökumət təşkilatı. Təşkilat xarici ölkələrdə təhsil alan tələbələr və artıq təhsilini başa vurmuş gənclər arasında əməkdaşlığın yaradılması hədəfləyir . Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayır. == Təsisi == 2020-ci il 15 avqust tarixində Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL), Azərbaycan İtaliya Gənclər Assosiasiyası, Benilüks Azərbaycanlı Tələbələr və Məzunlar təşkilatlarının iştirakı ilə ASAP-ın təsis konfransı keçirilmişdir. === Təsisçiləri === Hüseyn Mustafabəyli – ABŞ Heydər Ağayev – Birləşmiş Krallıq Gülay Məmmədova – İsveçrə Elmar Nazirli – Niderland Səbinə Mürsəlli – Avstriya Tural Məhərrəmov – Birləşmiş Krallıq == Məqsədləri == Tələbə və məzunlar arasında şəbəkələşmənin təmin edilməsi Gənc kadrların karyera inkişafının dəstəklənməsi Təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsi Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması Azərbaycanla, o cümlədən, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması == Vəzifələri == Xaricdə təhsilini davam etdirən və artıq məzun olmuş azərbaycanlılar arasında vahid platformanın yaradılması, onlar barədə məlumatın elektron bazada toplanması; Diplomatik nümayəndəliklərlə sıx əlaqələrin qurulması və zəruri hallarda xaricdə təhsil alan tələbələrə dəstəyin göstərilməsi; Müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi; Xaricdə təhsil alan tələbələrin problemlərinin müəyyən edilməsi və bu problemlərin həll edilməsi məqsədilə rəsmi şəxslərlə mütəmadi görüşlərin təşkil olunması; == Strukturu == Birliyin idarəetmə orqanları aşağıdakılardır: Ali idarəetmə orqanı olan Ümumi Yığıncaq; Cari idarəetmə orqanı olan İdarə Heyəti; İcra orqanı olan Katiblik; Nəzarət orqanı olan Nəzarət-Təftiş Komissiyası. == Fəaliyyəti == İkinci Qarabağ müharibəsi dövründə şanlı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurların informasiya müharibəsi meydanında gücləndirilməsi məqsədilə Gənclərin Vahid Platformasının yaradılması Xaricdə təhsil almış məzunların birbaşa iştirakı ilə Sosial media kanalları üçün xarici dillərdə tarixi faktlara və araşdırmalara əsaslanan kontentlərin formalaşdırılması və sistemli koordinasiyası məqsədilə Dağlıq Qarabağ münaqişəsinə əsaslanan fəaliyyət qrupu yaradılması və beynəlxalq qurumlara və təşkilatlara ölkəmizdə baş verənlərlə bağlı reallığı əks etdirən rəsmi müraciətlərin ünvanlanması Sığınacaqlardakı mülki əhaliyə, hərbi hospitallara və şəhid ailələrinə yardım etmək məqsədilə aparılan sosial kampaniyalara dəstək 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanının ziyarət edilməsi və bu mövzuda 20 yanvar şahidləri ilə görüş . Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlanıb .
Xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdur. Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919–1920 tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Bu məsələ ilə əlaqədar Əhməd bəy Pepinovun məruzəsi ətrafında müzakirələrdə Rəhim Vəkilov, Abdulla bəy Əfəndizadə, Rza bəy Ağabəyov, Məmmədrza ağa Vəkilov, Qasım bəy Camalbəyov, Qara bəy Qarabəyli, Muxtar Əfəndizadə, Ağa Aşurov, xalq maarifı naziri Rəşid xan Qaplanov və b. çıxış edərək, ölkə iqtisadiyyatının elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyətini vurğulamışlar. 1919–1920 tədris ilində xaricdə təhsil almağa göndəriləcək tələbələr barədə Azərbaycanın Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu iş üçün dövlət xəzinəsindən xalq maarifi nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət çox nüfuzlu münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi.
Avropa Tələbələri Forumu
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
Azərbaycan 2001 Tələbələrin Yay Universiada Oyunlarında
Azərbaycan 2013 Tələbələrin Yay Universiada Oyunlarında
Azərbaycan Xalq Cümhuriyyəti tələbələri
Azərbaycan Xalq Cümhuriyyəti tələbələri — 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün seçilmiş və böyük hissəsi xarici universitetlərdə təhsil almış bir qrup tələbə. Cəmiyyətin müxtəlif təbəqələrindən təxminən 100 tələbə xaricə göndərilmiş, Təhsil Nazirliyinə isə buna görə 7 milyon rubl təsis edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, Qırmızı Ordunun ölkəyə girişi nəticəsində ölkənin bolşeviklər tərəfindən işğalı ilə tələbələr əsasən, 1922-ci ildən etibarən maddi problemlərlə üzləşmiş, təhsil haqqını ödəyə bilmədiyi üçün ağır işlərdə çalışmağa məcbur qalanlar, həbsxanaya düşənlər olmuşdur. Tələbələrin bir hissəsi təhsilini davam etdirməyə müyəssər olmuş, ardınca Azərbaycana dönmüş, zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli uğurlar əldə etmişlər. Onların arasında hətta Lenin ordeni kimi dövlət mükafatları ilə təltif edilənlər də olmuşdur. Buna baxmayaraq, Azərbaycana dönmüş tələbələr ardıcıl surətdə təqib olunmuş, hətta 1930-cu illərdə onların bir qismi, Azərbaycanın müstəqilliyinin bərpa edilməsi və Almaniya üçün casusluq ittihamı ilə NKVD tərəfindən repressiyaya uğramışdır. == Tələbələrin xaricə göndərilməsi ilə bağlı qərar == 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. İbtidai və orta məktəblər üçün dərsliklər nəşr olundu, respublikanın müxtəlif bölgələrində seminariyalar açıldı, Bakı Dövlət Universitetinin əsası qoyuldu, kənd təsərrüfatı institutunun yaradılması haqqında qanun qəbul edildi. Ölkə hökuməti təkcə universitet açmaqla kifayətlənməyərək, lazımi mütəxəssislərin yetişdirilməsi, xüsusən də azərbaycanlı gənclərin ali təhsil alması üçün xaricə göndərilməsi yollarını axtarırdı. Ağır hərbi-siyasi vəziyyətə baxmayaraq, azərbaycanlıların Avropa universitetlərində oxumaq üçün xaricə göndərilməsi qərara alındı.
Cümhuriyyət tələbələri

Qazaxıstan Tibb Tələbələri Birliyi
Qazaxıstan Tibb Tələbələri Dərnəyi (Qazaxıstan: Qazaxıstan tibb təcrübələrinin təşkilatı, Qazaqstan meditsine jastarynyń organzatsııasy), 2014-cü ildə Qazaxıstandakı doqquz tibbi təhsil müəssisəsinin üzvlərindən ibarət bir tibb tələbəsi təşkilatıdır. KazMSA Beynəlxalq Tibbi Tələbə Dərnəkləri Federasiyasının (IFMSA) həqiqi üzvüdür. Qazaxıstanda tibbi təhsil verən doqquz müəssisə var: Astana Tibb Universiteti Qaraqanda Dövlət Tibb Universiteti SD Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti Semey Dövlət Tibb Universiteti M. Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universiteti Cənubi Qazaxıstan Dövlət Əczaçılıq Akademiyası Qazaxıstan-Rusiya Tibb Universiteti Ahmet Yesevi Universiteti Qazax Tibb Universiteti Davamlı Təhsil, keçmiş Almatı Dövlət Doktorların Təkmilləşdirmə İnstitutu IFMSA-nın bütün fəaliyyətləri altı daimi komitədən biri ilə əlaqələndirilir: Tibbi Təhsil üzrə Daimi Komitə (SCOME) Peşəkar Mübadilə Komitəsi (KAPSAM) [1] Tədqiqat Mübadiləsi üzrə Daimi Komitə (SCORE) Xalq Sağlamlığı üzrə Daimi Komitə (SCOPH) HİV / AİDS (SCORA) daxil olmaqla Cinsi və Reproduktiv Sağlamlıq üzrə Daimi Komitə İnsan Hüquqları və Sülh Daimi Komitəsi (SCORP) Dərnəyin prinsipləri bunlardır: Dərnək hədəflərinə çatmaq üçün heç bir siyasi, dini, sosial, irqi, milli, cinsi və ya digər ayrı-seçkilik etməz. Dərnək tibb tələbələri arasında humanitar idealları təbliğ edir və bu səbəbdən də məsuliyyətli gələcək həkimlərin yaradılmasına töhfə verməyi hədəfləyir. Dərnək tibb tələbələrinin maraqlarını təqdim edir və mədəni, ətraf mühit, istirahət, həvəskar atletik, elmi və təhsil fəaliyyətləri təqdim edərək bugünkü tibbi mühitdə gələcək fürsətlərin səmərəli tətbiqini təşviq edir. Dərnəyin məqsədləri bunlardır: Qazaxıstandakı tibb peşəsinin, tibb və əczaçılıq işçilərinin sosial nüfuzunu artırmaq üçün Birliyin üzvü olan Qazaxıstandakı tibb tələbələrini birləşdirin və əlaqələndirin. Gənc tibb nəslinin mütəxəssislərinin formalaşmasında iştirak Digər dövlətlərdən və dərnəklərdən gələn tələbələr və kiçik həkimlərlə iş birliyinin həyata keçirilməsi. Tibb tələbələrini və gənc həkimləri dünya səviyyəsində praktik təcrübə və nəzəri tibbi biliklər qazanmağa təşviq etmək. Effektiv milli səhiyyə sistemi və tibbi təhsili olan müasir Qazaxıstanın yaradılmasına kömək etmək. Mövcud qanunvericiliyin yaradılması və tətbiqi, gənclər üçün elmi və təhsil və təlim proqramları və layihələr yaradılması.
Tələbələrin XXVIII Ümumdünya Yay Universiadası
İranda tələbələrin etiraz aksiyaları (2018)
İranda tələbələrin etiraz aksiyaları — 2018-ci ilin dekabr ayının əvvəllərində o zamankı İranda müəllim və digər sahələrdə çalışan şəxslərin davam edən tətillərini dəstəkləmək üçün başladılmış tələbə etiraz aksiyaları. 2018-ci ilin 4 dekabrında Tehrandakı Əmirkəbir Texnologiya Universitetinin tələbələri toplanaraq tətil edən işçiləri və müəllimləri dəstəklədiklərini bildirdilər. Aksiyanı dağıtmağa çalışanlara qarşı isə bəstə oturdular. Səsləndirdikləri əsas şüarlar isə bunlar idi: "Toplar, tanklar və silahlar artıq təsirsizdir", "İşçilər və tələbələr birləşir", "Həbs edilmiş müəllimlər, işçilər və tələbələr azad edilməlidir", "Yalançı hakimiyyətə ölüm". Eyni vatda Tehranda yerləşən başqa bir universitet olan Əllamə Təbatəbai Universitetinin tələbələri universitet şəhərçiyində İran xüsusi xidmət orqanları işçilərinin olmasına görə etiraz aksiyasına başladılar. Eyni gündə Babol Nuşirvani Texnologiya Universitetinin tələbələri də etiraz aksiyalarına başladılar. Onların əsas şüarları bunlar idi: "Universitet diridir", "Universitet tələbələrinə qarşı təzyiqlərə son", "Tələbələr öləcək, lakin zülmə boyun əyməyəcək". Səhənd Texnologiya Universiteti və Kirmanşah Razi Universiteti tələbələri də eyni gündə etiraz aksiyalarına başladılar. Səhənd Texnologiya Universiteti tələbələrinin bir qismi aclıq aksiyası başlatdı. Kirmanşah Razi Universiteti tələbələri isə Xuzistandakı işçilərlə həmrəylik göstərmək üçün əsas şüar olaraq "Çörək, azadlıq, işçi şurası" şüarini seçmişdilər.
İsrail Tələbələrinin Antisemitizmə Qarşı Mübarizəsi
"İsrail Tələbələrinin Antisemitizmə Qarşı Mübarizəsi" Tələbə Birliyi 2011-ci ildə yaradılıb və əsas fəaliyyəti antisemitizmə, ksenofobiyaya və Holokost inkar edilməsinə qarşı internet portallarında mübarizədir.
Tələbələrə maddi yardım
Tələbələrə maddi yardım (və ya tələbə maddi dəstəyi və ya tələbə yardımı) — təhsilini davam etdirən şəxslərə verilən maliyyə dəstəyi. Tələbə maliyyə yardımı təqaüdlər, qrantlar, tələbə kreditləri və iş üzrə təhsil proqramları da daxil olmaqla bir sıra formalarda ola bilər. Tələbələrə maliyyə dəstəyi göstərməyin bu üsullarının hər birinin öz üstünlükləri və çatışmazlıqları var. Bir çox ölkələrin tələbələri üçün bir növ maliyyə yardımı proqramı var. Hamı üçün nominal qiymətə təhsil verən ölkələrdə maliyyə yardımı ailənin iqtisadi vəziyyətindən daha çox təhsil statusu ilə yalnız üçüncü dərəcəli əlaqəyə malik ola bilər və tələbələrin maliyyə dəstəyi əsasən dolayıdır. Məsələn, Belçikada tələbə krediti sistemi yoxdur və bilavasitə dəstək yalnız aztəminatlı ailələrdən olan tələbələrə olur, tələbələrin çox məhdud hissəsinə yardım maddi cəhətdən yoxlanılmış qrantlar şəklində verilir.
Avropada Azərbaycanlı Tələbələrin Forumu
Forum of Azerbaijan Students in Europe or FASE (azərb. Azərbaycanlı Tələbələrin Avropa Forumu‎) Avropadakı azərbaycanlı tələbələr və gənc mütəxəssislər üçün hökumət tərəfindən təşviq edilən təşkilatdır. Milli maraqları təbliğ etmək üçün Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib. Proqram təklifi ANTV tərəfindən irəli sürülmüşdür. Mərkəz Məzunlar Şəbəkəsi Gənclər Təşkilatına bağlıdır və Alumni Network (AN) Gənclər Təşkilatının sədri Emin Milli tərəfindən yaradılmışdır.