TƏNQİD

\[alm. Kritik; osm. tr. tenkit; ər. ذ مُ ذُ ; fr. Critique; ing. Critical; yun. Kritike\[tekhne\] ayırd etmək, qanun qarşısına çıxarmaq, tənqid etmək, günahlandırmaq\]. Ümumi mənada kimisə, nəyisə, hər hansı bir mövzuda doğru və yaxud səhv tərəflərini araşdırıb ortaya çıxartmaq. Fəlsəfədə isə xüsusilə biliyin əsaslarını və doğruluq dərəcəsini tədqiq edib araşdırmaq, sınamaq, günahlandırmaq. Kanta görə isə əqlin günahlandırıl-masıdır. Ərəb dilində olan bu kəlmə fə`ələ فؼم modelində nəqədə مَذ felinin II babda fə`ələ فؼَّم modelində nəqqədə مََّذ felinin məsdəridir.
TƏMAYÜL
TƏRİF
OBASTAN VİKİ
Tənqid
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. == İnsan nə üçün tənqid edir? == Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar.
Sosial tənqid
İctimai qınaq və ya sosial tənqid — sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur. Burada ədalətsizlik və güc anlayışlarına diqqət yetirilir. Sosial tənqid zamanı hansı metodun mənimsənilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu vəziyyətə misal olaraq Karl Popper ilə Frankfurt məktəbi arasındakı fikir ayrılığını göstərmək olar.
Ədəbi tənqid
Әdəbi tənqid — әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri; әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Şәrq әdәbiyyatşünaslığında bu termin müstәqim anlamında da işlәnmiş, әsasәn, bәdii әsәrin qüsurlarını ortaya çıxaran elm hesab olunmuşdur. Qәrb ölkәlәrindә Ədəbi tənqidin tarixi әdәbiyyatşünaslığın inkişafı ilә sıx bağlı olmuş, әdәbiyyatın tәnqidi müzakirәsi bәdii әsәrin meydana gәlmәsi ilә eyni vaxta tәsadüf etmişdir. == Ümumi məlumat == müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Әdəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır. Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir.
Özünü tənqid
Özünütənqid — insanın öz-özünə refleksiv münasibətidir. Bu öz səhvlərini sərbəst axtarmaq, davranışını və düşüncə tərzinin nəticələrini qiymətləndirmək qabiliyyətidir. Özünütənqid insanın psixoloji durumu ilə bağlıdır. Həddən ziyadə özünütənqid xəstəlıik əlaməti kimi də qiymətləndirilə bilər.
Materializm və Empirio-tənqid
Materializm və Empirio-tənqid (rus. Материализм и эмпириокритицизм, Materializm i empiriokrititsizm) — Vladimir Leninin 1909-cu ildə çap olunan fəlsəfi əsəri. Əsər "Marksist-Leninist fəlsəfə" adlanan kurikulumun bir hissəsi və dialektik materializmin başlıca nümunəsi kimi SSRİ-dəki bütün ali təhsil müəssisələrində məcburi olaraq oxunurdu. Lenin insanın persepsiyalarının obyektiv xarici dünyanı düzgün və dəqiq şəkildə əks etdirdiyini iddia edirdi.Lenin bu sözləri ilə idealizm və materializm arasında fundamental təzad yaradır: "Materializm obyektlərin öz-özlüyündə, başqa sözlə desək, şüurun xaricində mövcud olduğunu təlqin edir; ideyalar və sensasiyalar isə bu obyektlərin surəti və ya əksidir. Buna əks doktrina olan idealizm isə obyektlərin şüurun xaricində mövcud olmadığını və "sensasiyaların birləşməsi" olduğunu deyir". == Arxa plan == Tam adı Materializm və Empirio-tənqid. Reaksionist fəlsəfəyə dair tənqidi şərhlər olan əsər 1908-ci ilin oktyabr ayı boyunca, Lenin Cenevrə və Londonda sürgündə olarkən yazılır və Zveno nəşriyyatı tərəfindən 1909-cu ilin mayında Moskvada çap edilir. Əsərin yazılması üçün toplanmış məlumatlar və əsərin orijinal əlyazması itirilmişdir.Londonda keçirdiyi bir ayı çıxmaq şərti ilə, Lenin əsərin böyük əksəriyyətini Cenevrədə olarkən yazır. O, müasir fəlsəfə və təbiət elmi haqda materiallar toplamaq üçün Britaniya muzeyinə gedir. Kitabda 200-dən çox mənbənin siyahısı qeyd olunub.1908-ci ilin dekabrında Lenin Cenevrədən Parisə köçür və 1909-cu ilin aprelinə qədər əsərdə təqdim etdiyi sübutları düzəltməklə məşğul olur.
Bakı Azad Tənqid-Təbliğ Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir.1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır. == Tamaşaları == Hazırda teatrın səhnəsində dünya klassiklərinin və Azərbaycan yazıçılarının əsərləri səhnələşdirilir.
Bakı Azad Türk Tənqid və Təbliğ Teatrı

Con Beyn (tənqidçi)
Con Piter Beyn (ing. John Peter Bain; 8 iyul 1984, Spennimur, Darem, Böyük Britaniya – 24 may 2018, Şarlott, Şimali Karolina, ABŞ; əsasən TotalBiscuit, The Cynical Brit və TotalHalibut psevdonimləri ilə tanınır) — Böyük Britaniya videooyun tənqidçisi, kiberidman icmalçısı, YouTube kanalı müəllifi. "Eurogamer"in verdiyi məlumata görə, Beyn yeni hazırlanmış indi oyunlar və oyun xəbərləri üzrə təhlil mövzularını əhatə edən şərh videoları ilə böyük tamaşaçı icması əldə etmişdir. Beyn səmimiliyi, oyun sənayesində istehlakçı mövqeyini qoruması və təsirli tənqid videoları ilə tanınırdı. Beynin YouTube kanalı iki milyondan çox abonentə malik idi. Beyn 2015-ci ilin oktyabr ayında düz bağırsaq xərçəngi olduğu açıqlamış, ancaq fəaliyyətinə 2018-ci ilin aprel ayına qədər davam etmişdir. Beyn peşəsindən rəsmi olaraq, 2018-ci ilin aprel ayında təqaüdə çıxmışdır. Bunun səbəbi xəstəliyinin müalicəolunmaz hala gəlməsi idi. O, 24 may 2018-ci il tarixində 33 yaşında vəfat etmişdir. == Həyatı == Con Piter Beyn 8 iyul 1984-cü il tarixində Böyük Britaniyanın Darem qraflığında yerləşən Spennimur qəsəbəsində anadan olmuşdur.
Filmfare Ən Yaxşı Aktyor üzrə Tənqidçilər Mükafatı
Filmfare Ən Yaxşı Aktyor üzrə Tənqidçilər Mükafatı — Filmfare Mükafatlarına daxil olan və hər il Filmfare tərəfindən tənqidçilər tərəfindən bəyənilən Hind filmlərinə təqdim olunan mükafatdır.
Memarlıq tənqidi
Memarlıq tənqidi və ya memarlığın tənqidi, ümumiyyətlə bir bina haqqında onun tarixi prosesdəki əhəmiyyətini tədqiq edən və ya özünəməxsusluğunu vurğulayan və ya əhəmiyyətli bir sahədə və ya məqsədlə həyata keçirilməsinə dair bir yazı və ya fikirdir. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə çıxan bir çox qəzetdə, incəsənət və memarlığın işıqlandırıldığı hissələrdə memarlıq tənqidinə də yer verilir. Bu, ümumiyyətlə qəzetlərin incəsənət hissəsində olsa da, bəzi hallarda əmlak hissələrində və ya digər hissələrində də ola bilər. Ada Louise Huxtable qəzetlərdə memarlıq tənqidçisi kimi fəaliyyətə başlayan ilk şəxslərdən biri olmuşdur. 1963-cü ildən ABŞ-nin New York şəhərində çıxan beynəlxalq əhəmiyyətli bir qəzet olan New York Times üçün məqalələr yazmağa başlamışdır. 1930–1950-ci illər arasında Lewis Mumford, əsasən memarlıq tənqidi istiqamətindəki əsərlərini New Yorker jurnalında yazmışdır.
Mühakimə qabiliyyətinin tənqidi
Mühakimənin tənqidi (alm. Kritik der Urteilskraft‎), həmçinin Mühakimə qabiliyyətinin tənqidi kimi tərcümə edilən alman filosofu İmmanuel Kantın 1790-cı ildə yazdığı kitabdır. Bəzən "üçüncü tənqid" olaraq adlandırılan Mühakimə Xalis zəkanın tənqidi (1781) və Praktik zəkanın tənqidi (1788) əsərlərindən sonra gəlir.
Postmodernizmin tənqidi
Postmodernizmin tənqidi bəhsi keçən fəlsəfənin əks yanaşmasıdır. Postmodernizm tənqidçiləri əsasən onun mənasız olduğu, obskurtanizmi təbliğ etdiyi və nisbilikdən istifadə etdiyi fikirlərini irəli sürürlər. Ümumilikdə, bu fəlsəfənin tənqidi postmodernlə əlaqəli müxtəlif hərəkatlara hərtərəfli hücum kimi başa düşülməməlidir. Mövzuya dair çıxışlar çox vaxt postmodern fəlsəfə, arxitektura və ədəbiyyat kimi fərqli ola biləcək xüsusi sahələrə istinad edir. Bu, həmçinin postmodernizmi post-strukturizm, mədəni relyativizm və "nəzəriyyə" kimi müəyyən tendensiyalarla məhdudlaşdıra bilər. Məsələn, bir filosof postmodern kinematoqrafiya haqda müsbət fikirdə olduğu halda Fransız postmodern düşüncəsini tənqid edə bilər. Bu sahədə məşhur tənqidçilərdən sayılan Eşbi ən yaradıcı postmodern əsərlərini geniş layihələrin bütün inventarlarına hücum etmədən tənqid edir. == Fikir ayrılıqları == Filosof Noam Çomski postmodernizmin mənasız olduğunu iddia edir və düşünür ki, o analitik və ya ampirik məlumatlara heç bir şey əlavə etməz. Həqiqətən, onların nəzəriyyələrinin prinsipləri nədir? Hansı sübutlar əsasında qurulur?
Praktik ağlın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Qurban Bayramov (tənqidçi)
Qurban Bayramov (tam adı: Bayramov Qurban Fərman oğlu; 30 may 1946, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi. == Həyatı == Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N. Tusi adına ADPU-nin filologiya fakültəsini (1963–1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967–1971). Hərbi xidmətdə olmuş (1967–1968), aspirantura təhsili almışdır (1970–1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir. 1979-cu ildə "Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi" mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, "Vurğun poeziyası", "Lirik qəhrəman və zaman", "Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq" elmi-nəzəri, "Yaralı Vətənin yaralı övladları" bədii-publisist kitabları var. Onun "Müasir Azərbaycan poeziyasında üslubi meyillər", "Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik", "M. Ə. Sabir ənənələri və Azərbaycan ədəbiyyatı", "Səməd Vurğun dünən, bu gün və sabah", "M. H. Şəhriyar poetik üslubu", "Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər" kimi tədqiqat işləri vardır.
Teatr tənqidi
Teatr tənqidi — Teatrşünaslıq elminin teatrın çağdaş yaradıcılığını izləyən, onun repertuarı və ya hansısa yeni tamaşası barədə operativ tənqidi-təhlili məqalələr, resenziyalar yazan qolu. == Həmçinin bax == Teatrşünaslıq == Mənbə == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Azərnəşr. Bakı, 2017.
Teatr tənqidçisi

Təmiz idrakın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Tənqidi nəzəriyyə
Tənqidi nəzəriyyə (ing. critical theory) — sosial və humanitar elmlərin biliklərinə, habelə artan transdissiplinarlığa və refleksiv siyasiləşməyə əsaslanaraq, emansipasiya məqsədləri üçün cəmiyyəti və mədəniyyəti nəzərdən keçirən və tənqid edən yanaşmalar, cərəyanlar və (nəzəri) diskurslar məcmusudur. Hərfi mənada “tənqidi nəzəriyyə” termini özündə tənqidə və biliyə və ya hər hansı bir sahədə mövcud vəziyyətə refleksiv münasibətə əsaslanan müxtəlif yanaşma və bilikləri toplayır, həmçinin “öz biliklərinin obyektlərinin meydana gəlməsini izah etməyə” çalışır. == Ədəbiyyat == Фурс В. Н. Социальная философия в непопулярном изложении. — Вильнюс: ЕГУ, 2006. — 184 с. — ISBN 9985-9878-0-2.на других языках Green M. Cultural studies // A Dictionary of Cultural and Critical Theory / Eds. M. Payne, J. R. Barbera. — Oxford, UK; Cambridge, USA: Wiley-Blackwell, 1998. — 832 p.
Tənqidi realizm
Tənqidi realizm – ədəbi cərəyan. XIX əsrin birinci yarısında Fransada romantizmlə eyni vaxtda tənqidi realizm cərəyanı da inkişaf etdi. Qısa bir vaxtda tənqidi realizmin Stendal və Onore de Balzak kimi klassikləri meydana çıxdı, Qərbi Avropada və Rusiyada realist cərəyanın inkişafına mühüm təsir göstərdi. O zaman Avropada realizmə natural məktəb də deyirdilər, əslində natura və reallıq sözləri eyni mənaya gəlirdi və bunlar sinonim terminlər idi. Realizm sözünün mənası da ilk növbədə yaradıcılığın real dünya həqiqətlərinə əsaslanması və bədii uydurmaya verilən yerin azlığı mənasını daşıyırdı. Lakin sonradan realizm termini daha artıq işlənməyə başladı. Tənqidi realizm ifadəsindəki tənqid sözü kapitalist gerçəkliyinə aid idi. Balzak kimi tənqidi realistlər insanın bədii təsvirində sentimentalizmin və romantizmin nailiyyətlərinə prinsipial bir şey əlavə etməmişdilər. Onların əsas yeniliyi burjua cəmiyyətini təhlil və tənqid etmək, insanların qüsur və problemlərini, qəddarlığını açıb göstərməklə bağlı idi. Məhz bu xüsusiyyətlər tənqidi realistlərin ədəbi tərəqqiyə verdikləri əsas töhfələr idi.
Tənqidçi
Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər. == İnsan nə üçün tənqid edir? == Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar.
Əkbər Ağayev (tənqidçi)
Əkbər Ağayev (azərb. Əkbər Məmməd oğlu Ağayev‎; 21 mart 1915, Şuşa – 2 mart 1989, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), Azərbaycanın Əməkdar ali məktəb işçisi (1981), filologiya elmləri doktoru (1972), professor. == Həyatı == Görkəmli tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əkbər Ağayev Şuşada anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1940-1941-ci illərdə Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında təhsilini davam etdirmişdir. Həmçinin Moskvada Ali Diplomatiya Məktəbində təhsil almışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əkbər Ağayev Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra "İzvestiya" qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında işləmişdir. Daha sonra Bakıda bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor vəzifələrində çalışmışdır. Əkbər Ağayev eyni zamanda elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Xarici Dillər İnstitutunda, Bakı Dövlət Universitetində müəllim. kafedra müdiri və fakültə dekanı, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda inkişaf etmiş sosializm dövrü ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində işləmişdir.
Praktik zəkanın tənqidi
Praktik zəkanın tənqidi ( alm. Kritik der praktischen Vernunft‎ : Kritik der praktischen Vernunft ) İmmanuel Kantın 1788-ci ildə nəşr olunan üç tənqidindən ikincisidir. Bu Kantın ilk tənqidi Xalis zəkanın tənqidi ” əsərindən sonra gəlir və onun əxlaq fəlsəfəsindən bəhs edir.
Xalis zəkanın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".

Значение слова в других словарях

двухто́нка отстро́йка пара́ша по-ку́черски повали́ть пого́дно лири́ческий первооткрыва́тель подве́домственный политика́н ша́фер эксперимента́льный convertaplane distance piece I mutton-dummies out-of-round put in quiritary undeliberate благодарственный вольготно кладь объект ожесточить