tənzifsiz
tənzimat
OBASTAN VİKİ
Avtomatik tənzimləyici
Avtomatik tənzimləyici – texnoloji prosesin gedişini, yaxud aparat və qurğuların iş rejimini xarakterizə edən parametrləri avtomatik tənzimləyən qurğu və ya qurğular kompleksi. Prosesləri lazımi rejimdə saxlayan sadə quruluşlar (su saatlarındakı səviyyə tənzimləyicisi, fırlanma sürətini tənzimləyən rəqqaslar və s.) hələ qədim zamanlardan məlum idi. İ.İ. Polzunovun qazanda suyun səviyyəsini sabit saxlayan üzgəcli tənzimləyicisi (1765), C.Uattın buxar maşını valının fırlanmasını sabitləşdirmək üçün hazırladığı tənzimləyici (1784) sənayedə geniş tətbiq edilən ilk tənzimləyicilərdir. Avtomatik tənzimləyici həssas elementin (vericinin) köməyilə tənzimlənən kəmiyyəti, yaxud həyəcanlandırıcı təsiri ölçür, çevirici və ya hesablama qurğusu vasitəsilə obyektin tənzimlənən orqanına təsirlər hasil edir. Tənzimləyici təsir obyektin tənzimlənən (icra) orqanına birbaşa həssas elementdən (birbaşa təsirli tənzimləyici), ya da əvvəlcədən gücləndirildikdən sonra (dolayı təsirli tənzimləyici) verilə bilər. Avtomatik tənzimləyicinin tərkibində tənzimləmə prosesinin dayanıqlılığını və lazımi keyfiyyətini təmin edən kompensasiya qurğusu da ola bilər. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.M. Horn, N. Dourdoumas: Regelungstechnik. Pearson Studium, 2006, ISBN 3-8273-7260-7.
Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) — Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxs. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin "Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında" yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür.Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əsas fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirilmişdir. Agentliyin fəaliyyəti üçün "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Elektrik və istilik stansiyaları haqqında" qanunlara dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi qaydası müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır. Nizamnaməyə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilmişdir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək" layihəsi çərçivəsində müasir beynəlxalq standartlara və qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanılaraq aparılır.Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 regional filialı fəaliyyət göstərir.Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir.Agentlik idarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən: energetika naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun iki müavinindən ibarətdir.İdarə Heyətinin sədri Samir Axundov, sədr müavinləri isə Rövşən İsmayılov və Ramin Babayevdir.AERA Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (Azərbaycan)
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) — Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxs. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin "Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında" yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür.Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əsas fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirilmişdir. Agentliyin fəaliyyəti üçün "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Elektrik və istilik stansiyaları haqqında" qanunlara dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi qaydası müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır. Nizamnaməyə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilmişdir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək" layihəsi çərçivəsində müasir beynəlxalq standartlara və qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanılaraq aparılır.Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 regional filialı fəaliyyət göstərir.Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir.Agentlik idarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən: energetika naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun iki müavinindən ibarətdir.İdarə Heyətinin sədri Samir Axundov, sədr müavinləri isə Rövşən İsmayılov və Ramin Babayevdir.AERA Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.
Gömrük-tarif tənzimlənməsi
Gömrük-tarif tənzimlənməsi — gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. == Tarixi == Gömrük rüsum normaları müəyyən olunarkən iki yanaşma əsas götürülür – fiskal yanaşma və tənzimləyici yanaşma. XIX əsrin sonları və XX əsrin əvvəllərində gömrük rüsum normalarının müəyyən olunmasında fiskal yanaşmaya üstünlük verilirdi və rüsumlar dövlət gəlirlərinin mühüm mənbəyi kimi baxılırdı. XX əsrin ortalarından başlayaraq gömrük rüsum normalarının azalması meyli üstünlük təşkil etməyə, tənzimləyici yanaşma ön plana çıxmağa başladı. Belə şəraitdə gömrük rüsum normalarının mal qrupları və konkret məmulatlar üzrə differensasiyasına tələbat artdı. == Gömrük tarifinin təyin olunma əsasları == Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir: xarici iqtisadi fəaliyyətin mal nomenklaturası; tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura; xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları; müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri; müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri; müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər; müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi; kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri.Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. “Tаrif” – ərəb sözü оlub “siyаhı” dеməkdir.
Hüququn tənzimləyici nəzəriyyəsi
Hüququn tənzimləyici nəzəriyyəsi — tərəfdarlarının bütün ölkə üçün vahid bir nizamı qorumaq üçün qurulduğuna inanan qanunun mənşəyi nəzəriyyələrindən biri. Nəzəriyyə Asiya ölkələrində və Rusiyada yayılmışdır. == Mahiyyəti == Hüququn tənzimləyici nəzəriyyəsi gələcəyə baxan bir nəzəriyyədir. Qanunun sonrakı inkişafında əldə edəcəyi xüsusiyyətləri əks etdirir. Nəzəriyyə sifarişə əsaslanır (kompleks konsepsiya kimi). == Nəzəriyyənin müsbət və mənfi cəhətləri == "Tənzimləmə nəzəriyyəsinin üstünlükləri:" tarixi faktlarla və tarixin inkişafı ilə koordinasiya; tarixi mənbələrə güvənir;"Tənzimləmə nəzəriyyəsinin mənfi cəhətləri:" maksimalizm; tək tənzimləmə vasitəsi qanun deyil == İstinadlar == == Ədəbiyyat == Чепурнова Н.М., Серёгин А.В.. ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: Учебное пособие. – М.: ЕАОИ, 2007., 2007. Головистикова А.Н., Дмитриев Ю.А. Теория государства и права: Учебник.-М.: Изд-во Эксмо, 2005 Кашанина Т.В. Происхождение государства и права. Учеб.
Məşğulluğun tənzimlənməsi sub-indeksi
== Metodologiya == Məşğulluğun tənzimlənməsi sub-indeksi iş sahibi ilə muzdlu işçi arasında əmək prosesinin təşkili ilə bağlı münasibətlərə dövlətin nə dərəcədə müdaxilə etməsini ölçür. Ənənəvi sosial proqramlardan fərqli olaraq, bu müdaxilə birbaşa sosial müdafiə məqsədləri güdür. İşçinin birbaşa sosial müdafiəsinin gücləndirilməsi, bir qayda olaraq, iş sahibinin sərbəstliyini məhdudlaşdırmaq hesabına başa gəlir.İki alt-indeks – Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi və İşdənçıxarma xərcləri alt-indeksi əsasında hesablanmışdır. Bunların birincisi, öz növbəsində, üç göstərici – işəgötürmənin asanlığı (çətinliyi), iş vaxtının tənzimlənməsinin sərtliyi və işdənçıxarmanın asanlığı (çətinliyi) əsasında sayılır. Birinci alt-indeksin 3 komponentdən ibarət olduğu və məşğulluğun tənzimlənməsində bunların toplam rolunun daha yüksək olduğu nəzərə alınaraq, ona 0,75, ikinci alt-indeksə isə 0,25 çəkiləri verilmişdir. Statistik mənbə Dünya İqtisadi Forumunun 2015-ci il üçün məlumat bazasıdır.*Dünya Bankı biznes mühitini qiymətləndirərkən ölkələri bir növ “yaxşıdan pisə” doğru, iş adamlarına daha rahat şərait yaradanlardan onun işini tənzimləyici qaydalarla çətinləşdirənlərə doğru sıralayır. İqtisadiyyatın sağlığı-solluğu üzrə təhlillərdə “pis” və “yaxşı” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. Birincilər üçün şirkətlərin operativ sərbəstliyi, ikincilər üçünsə işçilərin sosial müdafiəsi daha yüksək prioritetdir. Hər iki alt-indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür. == Sub-indeks üzrə nəticələr == Sahibkarla muzdlu işçi arasındakı əmək münasibətlərinin tənzimlənməsində ən liberal ölkələr ifrat sağ nöqtəyə yaxın yerləşən İsveçrə və Danimarkadır (0,025).
PİD tənzimləyici
Proporsional-inteqral-diferensial tənzimləyici (PİD tənzimləyici) — əks-əlaqəli idarəetmə dövrəsində istifadə olunan idarəedici qurğu. PİD tənzimləyici avtomatik idarəetmə sistemlərində idarəedici siqnalın formalaşması üçün lazımi dəqiqlik və keyfiyyətdə keçid prosesinin əldə edilməsi məqsədi ilə istifadə olunur. Bu tənzimləyici fasiləsiz olaraq tapşırıq siqnalı və prosesin ölçülmüş dəyişəni arasında fərq kimi e ( t ) {\displaystyle e(t)} xətanın qiymətini hesablayır və proporsional, inteqral, diferensial tənzimləmə qanunları əsasında sistemə düzəliş tətbiq olunur. Bu əsasən mühərriklərin və invertorların idarəedilməsində istifadə olunur.
Qeyri-tarif tənzimlənməsi
Qеyri-tаrif məhdudiyyətləri — dünya təcrübəsində kifаyət qədər ziddiyyətlidir. Ümümdünyа Ticаrət Təşkilаtı rəsmi оlаrаq bеlə tədbirlərin ləğv еdilməsi və müstəsnа оlаrаq tаrif üsullаrındаn istifаdə еdilməsi məsələsini qarşıya qоyur. Bununlа bərаbər tələblərin birmənаlı şəkildə qəbulu digər məsələlərdə аrzuоlunmаz nəticələrə də gətirib çıхаrа bilər. Bеlə ki, Ümümdünyа Ticаrət Təşkilаtının, Tаrif və Ticаrət üzrə Bаş Sаzişin (QАTT) üzvü оlаn ölkələr хаrici ticаrətdə qеyri-tаrif tənzimləmə mеtоdlаrındаn həm əvvəl, həm də indi istifаdə еtməkdədir. Bəzi qеyri-tаrif məhdudiyyətlərinin аrаdаn qаldırılmаsı, sаdəcə оlаrаq qеyri-mümkündür. Bеlə ki, qеyri-tаrif məhdudiyyətləri dахili iqtisаdi siyаsətin digər ölkələrlə iqtisаdi əlаqələrinə təsirinin təcəssümü kimi çıхış еdir. Bununlа bеlə, bеynəlхаlq ticаrət sistеmi tərəfindən qаnuniləşdirilmiş qеyri-tаrif tənzimləmə tədbirləri, dаhа dоğrusu, хаrici mаllаrın idхаlının kəskin аrtımı ilə milli iqtisаdiyyаtа vurulаn zərərin qаrşısının аlınmаsı məqsədi güdən müdаfiə tədbirləri, həmçinin хаrici iхrаcаtçılаr tərəfindən qеyri-sаğlаm rəqаbətin qаrşısının аlınmаsınа yönəlmiş digər tədbirlər mövcuddur. == İdxalda- qeyri-tarif tənzimlənmələri == İdхаl əməliyyаtlаrındа qеyri-tаrif məhdudiyyətlər (QTM) ̶хаrici mаllаrın dахili bаzаrа nüfuz еtməsinin qаrşısını аlаn məhdudlаşdırmа – qаdаğаn хаrаktеrli tədbirlər kоmplеksidir. Bu tədbirlərin məqsədi yаlnız idхаl еdən ölkənin rəqаbət qаbiliyyətinin gücləndirilməsi dеyil, həm də milli sənаyеnin müdаfiəsi, əhаlinin həyаt və sаğlаmlığının, ətrаf mühitin, əхlаqın, dinin və milli təhlükəsizliyin qоrunmаsıdır. == İxracda qeyri-tarif tənzimləmələri == Bundаn bаşqа, QTM iхrаc əməliyyаtlаrındа dа istifаdə еdilir.
Tənzimat islahatları
Tənzimat (türk. تنظيمات‎ — "tənzimləmə", "yoluna qoyma") — İlk Osmanlı Konstitusiyasının qəbul edildiyi 1876-cı ilə qədər, 1839-cu ildən Osmanlı İmperiyasında modernləşmə islahatlarının ədəbiyyatda qəbul edilmiş adı (və onların həyata keçirilməsi dövrü) . İslahatların təməl prinsipləri taxta çıxdıqdan sonra Sultan Əbdül-Məcid tərəfindən 1839-cu il noyabrın 3-də nəşr olunan "Gülxanə xətt-i Şərif"də təsbit edilmişdir. Əvvəlki islahatlardan fərqli olaraq Tanzimatda əsas yeri hərbi deyil, sosial-iqtisadi dəyişikliklər tuturdu. İslahat təşəbbüsü, "Gülxanə xətt-i Şərifin" müəllifi olan Mustafa Rəşid paşa rəhbərliyi ilə mütərəqqi bir bürokratiya qrupuna aid idi. O, bir neçə il İngiltərə və Fransada səfir, sonra isə Xarici İşlər Naziri postunu tutmuşdur. Onun rəhbərliyi ilə mərkəzi hakimiyyəti gücləndirmək, Balkanlarda azadlıq hərəkatının qarşısını almaq və mövcud sistemi Qərbi Avropa həyatının normalarına uyğunlaşdıraraq ölkənin Avropa güclərindən asılılığını zəiflətmək üçün yeni islahatlar planı hazırlanmışdır. == İslahatdan əvvəlki tarix və onu doğuran əsas şərtlər == XIX əsrin I yarısında ölkədə xarici kapitalın ağalığı türk ticarət və sənaye burjuaziyasını çox pis bir vəziyyətə salmışdı. Xarici kapitalistlər öz iqtisadi üstünlüyü və kapitulyasiya hüquqlarından istifadə edərək hazır sənaye məhsullarının idxalını və kənd təsərrüfatı məhsullarının ixracını öz əllərində cəmləşdirmişdilər. Osmanlının kapitalist dövlətlərinin xammal bazasına çevrilməsi prosesi güclənirdi.
Tənzimləmə Şurası (Polşa)
Tənzimləmə Şurası — Birinci dünya müharibəsi illərində bölünmüş Polşanın yarımüstəqil və müvəqqəti təyin olunmuş ən yüksək hakimiyyət səlahiyyətlərinin sahibi olan qurum. Tənzimləmə Şurası Almaniya və Avstriya-Macarıstan tərəfindən Polşa Krallığının yenidən formalaşdırılmasından sonra 1917-ci ilin sentyabrında yarandı. Şuranın yeni hökmdar və ya nümayəndə təyin olunana qədər fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu. 1918-ci ilin 7 oktyabrında Tənzimləmə Şurası Polşanın müstəqilliyini elan etdi. Daha sonra isə Şura tərəfindən Polşa Krallıq Ordusunun komandanlığı təhvil götürüldü. == Tarixi == Tənzimləmə Şurasının üzvlərinə Varşava arxiyepiskopu Kardinal Aleksandr Kakovski, Şahzadə Zdislav Lybomirski, Varşava Bələdiyyə başçısı və torpaq mülkədarı Yozef Ostrovski daxil idi. Tənzimləmə Şurası yarımüstəqil fəaliyyət göstərdiyi üçün təhsil və hüquqi məsələlərlə məşğul olmaqla məhdudlaşdırılmışdı. 7 oktyabr 1918-ci ildə Polşa müstəqilliyini elan etdi. Həmin ilin 14 noyabrından etibarən bütün səlahiyyətlər Yozef Pilsudskinin əlinə keçdi. O, 22 noyabr 1918-ci ildən etibarən Dövlət Başçısı olaraq adlandırılmağa başlandı.
Tənzimlənən radikal polimerləşmə
Tənzimlənən radikal polimerləşmə- Radikal polimerləşmənin yeni istiqamətlərindən olub əvvəlcədən məlum quruluşa və funksional imkanlara malik polimer və oliqomerlər, eləcə də, kompozitlər sintez etməyə imkan verir. TRP-nin özəlliyi ondan ibarətdir ki, tələb olunan molekul kütləli və dar dispersliyə malik homo- və sopolimerlər, həmçinin müxtəlif monomerlər əsasında calaq və blok sopolimerlər almağa imkan verir. Bu polimer və oliqomerlər həmçinin, “canlı” xarakter göstərirlər. Belə ki, onlar sistemə yeni monomerin daxil edilməsi ilə polimerləşməni davam etdirə bilən reaksiyayaqabil qrup sonluqlarına malik olurlar. Tənzimlənən radikal polimerləşmənin göstərilən üstünlükləri bütün dünyada bu istiqamətə artan marağı izah edir .. == Tənzimlənən radikal polimerləşmənin aparılma üsulları == Zəncirin tənzimləyiciləri - aktiv əlavələrin istifadəsindən asılı olaraq “canlı” zəncir rejimində baş verən prosesləri şərti olaraq aşağıdakı istiqamətlərə bölmək olar: 1. Stabil radikallar vasitəsilə polimerləşmə (Stable Free Radical Polymerization, SFRP); 2. Atomun ötürülməsi vasitəsi ilə polimerləşmə (Atom Transfer Radical Polymerization, ATRP); 3. Molekul və ya atomlar qrupu fraqmentinin bir radikaldan digərinə dönən keçidi ilə polimerləşmə (Reversible Addition Fragmentation Transfer, RAFT). == Tənzimlənən radikal polimerləşmə ilə adi radikal polimerləşmənin oxşar və fərqli cəhətləri: == Tənzimlənən radikal polimerləşmə (TRP), eləcə də adi (sərbəst radikallı) RP radikal hissəciklər iştirakında baş verir və bu proseslər ümumi xüsusiyyətləri ilə xarakterizə olunur və praktiki olaraq bir və ya neçə sinif monomerlərin polimerləşməsi üçün tətbiq oluna bilər.
İctimaiyyətlə əlaqələrin tənzimləyiciləri
İctimaiyyətlə əlaqələrin tənzimləyiciləri — insanların davranışını və ya həyatın müxtəlif sahələrində digər tənzimləmə obyektlərinin vəziyyətini tənzimləyən müəyyən normaların məcmusu. Hər hansı bir cəmiyyətdə çox fərqli davranış qaydaları mövcuddur, bütöv bir ictimai münasibət tənzimləyici sistemi formalaşır və fəaliyyət göstərir. İbtidai cəmiyyətdə belə tənzimləyicilər var idi - qəbilə birliyinin həyatı üçün əhəmiyyətli olan ən vacib sosial münasibətləri tənzimləyən mono normalar sistemi (ritual, mif, adət). Müasir cəmiyyətdə mövcud olan tənzimləyicilər iki böyük qrupa bölünür: sosial və texniki. Qanuni ədəbiyyatda spontan tənzimləyicilər də vurğulanır. == Texniki tənzimləyicilər == Texniki qaydalara texniki normalar daxildir. Texniki norma - insanla xarici dünya (təbiət və ya texnologiya) arasındakı münasibətləri tənzimləyən, heç bir sosial məzmunu olmayan texniki vasitələrin və mexanizmlərin istismarı qaydaları. == Sosial tənzimləyicilər == Sosial tənzimləmə - insanların inkişafına müəyyən bir istiqamət vermək üçün insanların davranışlarına, sosial münasibətlərinə təsir. Sosial tənzimləmə texniki, bioloji və buna bənzər tənzimləmələrdən ayrılmalıdır, çünki adları çəkilənlərdən fərqli olaraq, yalnız insanlar arasındakı münasibətlərə təsir göstərir. Ümumiyyətlə sosial tənzimləmə normativ və təsadüfi olaraq bölünür.

Digər lüğətlərdə

в кра́йнем слу́чае вала́шка воздуходу́вка забия́чливый консульти́ровать не́гус подква́ситься сострада́лец учени́ческий герметиза́ция кольцеобра́зный перевяза́ть подмока́ть bug-eyed escharotic government-securities smear-sheet straight tip surmount unhunted бесцеремонный внутри дурень оплатить читательский