təndir
tənəffüs
OBASTAN VİKİ
Biot tənəffüsü
Biot tənəffüsü – eyni tezlikli və amplidutlu tənəffüs sikllərindən sonra qəflətən meydana çıxan tənəffüs fasiləsi ya pauzası ilə xarakterizə olunan patoloji tənəffüs tipi. Bəzən bunu meningit və ya ataktik tənəffüs də adlandırırlar. Tənəffüs mərkəzinin zədələnməsi və ya funksiyasının pozulması nəticəsində meydana çıxır. Fransız həkimi Kamilla Biotun (1850–1918) şərəfinə Biot tənəffüsü adlandırılmışdır.
Kussmaul tənəffüsü
Kussmaul tənəffüsü — dərin, tezləşmiş , küylü patoloji tip tənəffüs növü. Adətən ağır metobolik asidozlarda xüsusilə ketoasidoz mənşəyli diabetik komada, asetonemik sindromda (qeyri diabetik ketoasidozlarda), qaraciyər çatmamazlığının terminal mərhələsində rast gəlinir. == Tarixi == Bu patoloji tənəffüs tipini ilk dəfə diabetik komalarda 1874-cü ildə alman həkimi Adolf Kussmaul müşahidə etdiyinə görə onun şərəfinə adlandırılmışdır.
Oksigensiz tənəffüs
Anaerobik tənəffüs və ya oksigensiz tənəffüs. Oksigen yoxluğunda, enerji istehsal etmək üçün molekulların oksidləşmə (anlama) yolu ilə enerji (ATP) istehsal edilməsidir. Aerobik tənəffüs (Oksigenli tənəffüs) ilə əsas fərqi, oksigendən istifadə edilməməsidir. Fermantasiya ilə qarışdırılmamalıdır. Anaerobik tənəffüs edən mikroorqanizmlərdə elektron daşıma zəncirinin sonunda elektron alıcısı olaraq oksigen əvəzinə sulfat (SO4), nitrat (NO3) və ya kükürd (S) istifadə edilir.
Reytan. Polşanın tənəzzülü
Reytan. Polşanın tənəzzülü ( pol. Rejtan – upadek Polsk) — rəssam Yan Mateykonun rəsmi.
Süni tənəffüs
Süni tənəffüs ya ağciyərlərin süni tənəffüsü kəskin tənəffüs çatmamazlığında və ümumi narkoz vaxtı orqanizmin oksigen təminatını təmin etmək üçün təcili və planlı şəkildə aparılan reanimatoloji və anesteyioloji müdaxilə. Süni tənəffüs aparılma taktikasına görə tam nəzarətli və yardımçı olur. Süni tənəffüs təcili tibi yardımın - reanimasiyanın və anesteyiologiyanın əsas və başlıca sütunudur. Süni tənəffüsün tam nəzarətli taktikası zamanı pasient xüsusi preparatlarla modikamentoz komaya salınır, traxeya intubasiya edilərək süni tənəffüs aparatına keçirilmiş olur. Bu zaman pasient tam şəkildə süni tənəffüs aparatından asılı olur. Yardımçı taktikada isə pasientin spontan yəni öz tənəffüsü saxlanılaraq istər intubasia olunmuş istərsə də mask vasitəsilə ona süni tənəffüs aparatının müvafiq modusları əsasında yardım edilir.
Tənəffüs
Tənəffüs sayəsində bədənin bütün toxuma və orqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır. Tənəffüs orqanları müdafiə funksiyası daşıyır. Havadaşıyıcı yolların üzəri tərkibinə külli miqdarda xüsusi hüceyrələr və vəzlər daxil olan selikli qişa ilə örtülmüşdür. Onların ayırdığı selik tənəffüs yollarının səthini nəmləndirir. Bu selik maddəsi bakteriosid təbiətli olub, tərkibinə lizosomlar daxildir. Lizosomlar bakteriyaların çoxalmasını zəiflədir və ya onlara öldürücü təsir göstərir. Havadaşıyıcı yolların boşluğu çoxlu sayda qan kapillyarları ilə əhatə olunduğuna görə tənəffüs edilən soyuq havanın burada isinməsi təmin olunur. Ona görə də ağciyərlərə bakteriyalardan və yad hissəciklərdən azad olunmuş və isinmiş təmiz hava daxil olur. Tənəffüs prosesinin gedişi bir neçə mərhələyə ayrılır: xarici mühitlə tənəffüs orqanları arasında gedən qazlar mübadiləsinə; ağciyər tənəffüsü və ya ağciyər kapilyarlarındakı qanla alveolların havası arasındakı mübadiləyə; qazların qanla daşınmasına; toxumalarda gedən qazlar mübadiləsinə  toxuma və onlara gətirilən arterial qan arasında gedən mübadiləyə; hüceyrə tənəffüsünə  hüceyrənin oksigenə olan tələbatının ödənilməsinə və karbon qazının çıxarılmasına. Xarici mühit və tənəffüs orqanları arasında gedən qazlar mübadiləsi xarici tənəffüs adlanır.
Tənəffüs (dəqiqləşdirmə)
Aerob oksidləşdirici prosesdir ki, bu zaman substrat sona qədər zəif enerjili qeyri-üzvi maddələrə parçalanır, proses müvafiq olaraq yüksək enerji çıxımı ilə gedir. Bunun üçün oksigen lazımdır. Bu prosesə ATP-nin generasiyası kimi baxmaq olar ki, burada elektronların yekun akseptoru rolunu qeyri-üzvi birləşmələr (məs., O2) yerinə yetirir. Elektronun donoru rolunu həm üzvi, həm də qeyri-üzvi birləşmələr yerinə yetirə bilər. == Mənası == Tənəffüs aşağıdakı mənalarda istifadə edilirː Oksigenli tənəffüs, hüceyrələrin enerji əldə etmək üçün istifadə etdikləri bir biokimyəvi prosesdir. (Oksigen bir elektron qəbul edicisidir). Oksigensiz tənəffüs, hüceyrələrin enerji əldə etmək üçün istifadə etdikləri bir biokimyəvi prosesdir. (Oksigendən tamam fərqli elektron qəbul ediciləri istifadə edilir). Nəfəs alma, nəfəsin orqanizmə alınıb atılması.Tənəffüs sistemi, bədəndəki sistemlərdən biri. == Mərhələləri == Tənəffüs üç mərhələdən ibarətdir: 1.
Tənəffüs aparatı
Tənəffüs aparatı (lat. apparatus respiratorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin qazlar mübadiləsində iştirak edir. Bu aparat oksigeni alaraq əvəzində karbon qazını orqanizmdən xaric edir. Mənşəcə həzm aparatı ilə , vəzifəcə qan-damar sistemi ilə sıx əlaqədardır. Tənəffüs aparatına qırtlaq (lat. larynx), nəfəs borusu (lat. trachea) və ağciyərlər (lat. pulmones) aiddir. Qırtlaq qığırdaqlardan təşkil olunub, boyun nahiyəsində yerləşir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Burun və ağız boşluqları udlaq ilə birlikdə yuxarı tənəffüs yolları adlanır.
Tənəffüs sistemi
Tənəffüs sayəsində bədənin bütün toxuma və orqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır. Tənəffüs orqanları müdafiə funksiyası daşıyır. Havadaşıyıcı yolların üzəri tərkibinə külli miqdarda xüsusi hüceyrələr və vəzlər daxil olan selikli qişa ilə örtülmüşdür. Onların ayırdığı selik tənəffüs yollarının səthini nəmləndirir. Bu selik maddəsi bakteriosid təbiətli olub, tərkibinə lizosomlar daxildir. Lizosomlar bakteriyaların çoxalmasını zəiflədir və ya onlara öldürücü təsir göstərir. Havadaşıyıcı yolların boşluğu çoxlu sayda qan kapillyarları ilə əhatə olunduğuna görə tənəffüs edilən soyuq havanın burada isinməsi təmin olunur. Ona görə də ağciyərlərə bakteriyalardan və yad hissəciklərdən azad olunmuş və isinmiş təmiz hava daxil olur. Tənəffüs prosesinin gedişi bir neçə mərhələyə ayrılır: xarici mühitlə tənəffüs orqanları arasında gedən qazlar mübadiləsinə; ağciyər tənəffüsü və ya ağciyər kapilyarlarındakı qanla alveolların havası arasındakı mübadiləyə; qazların qanla daşınmasına; toxumalarda gedən qazlar mübadiləsinə  toxuma və onlara gətirilən arterial qan arasında gedən mübadiləyə; hüceyrə tənəffüsünə  hüceyrənin oksigenə olan tələbatının ödənilməsinə və karbon qazının çıxarılmasına. Xarici mühit və tənəffüs orqanları arasında gedən qazlar mübadiləsi xarici tənəffüs adlanır.
Tənək
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. == Ümumi yayılması: == Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. == Stаtusu: == Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. == Bitdiyi yеr: == Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Tənək dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Tənək ilbizi
Tənəkabun
Tənkabun (Farsca: تنكابن, Tonekābon), İranın Mazandaran əyalətində şəhər.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,128 nəfər və 13,087 ailədən ibarət idi. İdari olaraq əyalətin Tənkabun şəhristanında yerləşir və bu şəhristanın mərkəzidir. Xəzər dənizinin sahilində yerləşən şəhərin qədim adı Şahsavar'dır. Ramsər ilə Çalus arasında yerləşən Tənkabun, Tehranın 250 km şimalındadır. Tənkabunda yaşayanların çoxu giləklər və mazandaranlılardan ibarətdir.
Tənəklərin əkilməsi və ona qulluq (film, 1968)
== Məzmun == Filmdə Azərbaycanda böyük üzüm ehtiyatı və onun gələcək inkişafı haqqında ətraflı söhbət gedir; eləcə də yeni üzümlüklərin salınması , mütərəqqi üsullarla düzgün becərilməsi, aqrotexniki tədbirlərin tətbiqi barədə danışılır. == Film haqqında == Elmi-kütləvi film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Tənəkə
Tənəkə — soyuq yayılmış polad (başlıca olaraq az karbonlu polad). Qalınlığı 0,08–0,5 mm olan nazik lent və ya vərəq şəklində hazırlanır. Qida mühitinin təsirindən və atmosfer korroziyasından qorumaq üçün üzərinə qalay, xrom, xüsusi laklar, plastik kütlə və s. qoruyucu örtüklər çəkilir. Tənəkədən başlıca olaraq konserv qabları və bu kimi metal qutular hazırlamaq üçün istifadə olunur.
Tənəkə təbili
Tənəkə təbili — Günter Qrass tərəfindən yazılmış romandır. Bu roman 1959-cu ildə "Dantsiq triologiyası"nın bir hissəsi kimi nəşr olunur. O, Almaniyada müharibədən sonra çap olunmuş ən vacib romanlardan biri sayılır. == Mövzusu == Romanda öz həyatını danışan Oskar Matserat 1924-cü ildə Dantsiqdə dünayaya gəlir. Anadan olan zaman o tam yetişmiş bir təfəkkürə malik olur. O üç yaşından sonra daha böyümədiyi üçün həmişəlik uşaq olaraq böyüklərin həyatı haqqında aşağıdan yuxarıya baxaraq xəbər verir. O malik oduğu tənəkə təbilinin köməyi ilə hətta keçmişə boylana bilir, məsələn anasının necə anadan olması haqqında da məlumatlara malikdir. Oskar romanda özü haqqında üçüncü şəxsdə məlumat verir. Oskar özü haqqında deyir ki, o "ağılı başa malik körpələrə" aiddir və "onun təfəkkürü artıq anadan olanda sona çatmışdır, bundan sonra o malik oduğu bu təfəkkürü təsdiq etməlidir". O Böyüklərin dünyasını inkar edir və 3 yaşından sonar daha böyümək istəmir.
Tənəkə təbili (roman)

Tənənəm
Tənənəm — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Naxçıvan-Sədərək avtomobil yolundan 9 kilometr aralıda yerləşir. == Tarixi == Kənddəki tarixi abidələrin XIV əsrə aid olduğu ehtimal edilir. Kəndin 3 km. şimal-şərqində Qazma mağarası, şərq hissəsində Tunc dövrünə aid "Cənnət qayası" adlanan abidə yerləşir. == Tənənəm qədim yaşayış məskənlərindən biri kimi == Qazma mağarası ərazisində aşkarlanmış maddi mədəniyyət nümunələri sübut edir ki, bu kənd ölkəmizin ərazisində ən qədim insan yaşayış məskənlərindən biridir. Abidə Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb.Paleolit dövrünün abidəsidir. O, Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. 1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi ilə Qazma mağarasında qazıntı işləri aparılmışdır.
Tənənəm (dəqiqləşdirmə)
Tənənəm dağı - Şərur rayonu ərazisində dağ Tənənəm — Azərbaycanın Şərur rayonunda kənd Tənənəm piri - Şərur rayonunun ziyarətgah.
Tənənəm dağı
Tənənəm dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən qərbə ayrılan Rəmlər qolunun qurtaracağında, onun cənub-qərb yamacında, Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəkslik (hünd. 1603,0 m). Тənənəm kəndindən 750 m şərqdədir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batımı sahəsində müşahidə edilən Biləvə-Qoçuludağ sinklinalının nüvə hissəsində yerləşir. Qərb və şərq yamaclarından submeridional istiqamətli əks-fay üstəgəlmə qırılmaları keçir.
Tənənəm nekropolu
Tənənəm nеkrоpоlu — Tənənəm kəndinin cənub-şərqində kəndə dоğru uzаnаn uzunsоv təpənin üzərində yеrləşir. Nеkrоpоl yаmаcdа yеrləşdiyindən sеl sulаrı tərəfindən yuyulub dаğıdılmışdır. Lаkin bəzi qəbirlər indiyədək qаlmışdır. Оnlаrın tоrpаq örtüyü аşındığındаn plаnını аydın şəkildə izləmək mümkündür. Qəbirlər dаş qutu tipli оlub, yаstı sаl dаşlаrdаn qurulmuş və müхtəlif istiqаmətlərə yönəldilmişdir. Nеkrоpоlun ərаzisindən qаrа rəngdə bişirilmiş bir nеçə kеrаmikа pаrçаsı аşkаr еdilmişdir. Nеkrоpоldаkı qəbirlərin tipləri Sоn Аntik dövr üçün хаrаktеrikdir. Nеkrоpоlu е.ə. II- b.е. III əsrinə аid еtmək оlаr.
Tənənəm piri
Tənənəm piri - Şərur rayonunun Tənənəm kəndində orta əsrlərə aid ziyarətgah. Yerli əhali arasında daha çox Piri-Süleyman adı ilə tanınır.
Tənənəm yaşayış yeri
Tənənəm yаşаyış yеri — Оrtа əsr аbidəsidir. Yаşаyış yеri hаzırdа kəndin əhаtəsində qаlmışdır. Kəndin içərisində uçub-tökülmüş kərpic və möhrə tikintilərinin qаlıqlаrı nəzərə çаrpır. Tikintilərdən nisbətən sаlаmаt qаlаnı günbəzlə tamamlanan аbidədir. Аbidə dаşlа inşа оlunmuş bişmiş kərpic və kаşı ilə üzlənmişdir. Kəndin içərisində mədəni təbəqənin аşınmаsı nəticəsində çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz sахsı məmulаtı аşkаr еdilmişdir. Оnlаr qаblаrın gövdəsinin, оturаcаğının və qulpunun sınıqlаrındаn ibаrətdir. Şirli qаblаrın nахışlаnmаsındа yаşıl, göy və mаvi rənglərdən istifаdə еdilmişdir. Bеlə qаblаr Nахçıvаnın Оrtа əsr kеrаmikаsı üçün хаrаktеrikdir. Yаşаyış yеrini təхminən ХIV-ХVIII əsrlərə аid еtmək оlаr.
Unlu tənək yastıcası
Çeyn-Stoks tənəffüsü
Çeyn-Stoks tənəffüsü - periodik səthi seyrək tənəffüs hərəkəti ilə başlayaraq get-gedə tezləşə və dərinləşərək maksimal həddə çatdıqdan sonra təzədən səthiləşərək, səngiyərək uzun pauzaya keçməsilə xarakterizə olunan potoloji tənəffüs tipi. Bu hal ilk dəfə XIX əsrin əvvəllərində həkimlər Çeyn və Uilyam Stoksun işlərində təsvir edildiyindən onların şərəfinə adlandırılmışdır.

Digər lüğətlərdə

горбоно́сость назаты́льник отде́лка патрио́тка полечи́ться пре́данный седми́ца христара́днический одного́рбый стра́стный угоще́ние белег actor-proof Aesculapian break-off dedicated electromagnetic fluxing kukri Neddie Pharaoh starch-reduced восхвалять содом солнцепёк