TƏPMƏK₁

f.
1. Bir şeyi başqa bir şeyin içərisində yerləşdirmək; soxmaq, salmaq.
[Xırdaxanım:] Qırqovul başını kola təpər, dalından xəbəri olmaz. N.Vəzirov.
Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim, çünki daima bu kimi hallarda bığlarını burub, uclarını ağzına təpərdi. M.S.Ordubadi.

// Güclə soxmaq, doldurmaq, yerləşdirmək, basmaq, qoymaq, dürtmək, dürtüşdürmək. Paltarları çamadana təpmək. Samanı kisəyə təpmək.
2. Hücum etmək, həmlə etmək, şığımaq, üzərinə atılmaq.
[Pası] gecələr də adamları rahat buraxmır, çobanları oyadıb: – Sərvaxt olun, heyvana canavar təpər [deyərdi]. S.Rəhimov.

3. Basmaq, təpməklə, təpikləməklə hazırlamaq (keçə).
Şah bu sözlərini qurtaran tək [keçəçilər] təsnif oxuya-oxuya keçə təpirlər. Ü.Hacıbəyov.

4. dan. Təpik atmaq, təpikləmək.
Danasını bir gün qoymaz yanına; Bizim inək təki təpər, ağlarsan. M.V.Vidadi.

5. Atarkən şiddətlə geri itələmək, basmaq, ağzı geri qayıtmaq (odlu silahlar haqqında).
…Tüfəng Yaşarı elə təpdi ki, o, arxası üstə yerə yıxıldı. M.Rzaquluzadə.

◊ Başına at təpmək – bax baş.
Dərisinə saman təpmək – bax dəri.

Синонимы

  • TƏPMƏK I TƏPMƏK, BELLƏMƏK II təpmək bax soxmaq
  • TƏPMƏK sıxmaq — dürtmək
  • TƏPMƏK vurmaq
  • TƏPMƏK belləmək — qazmaq
  • TƏPMƏK tutmaq — tıxamaq — qapamaq

Омонимы

  • TƏPMƏK TƏPMƏK I f. Qazmaq, belləmək. O, yeri həmişə səhər tezdən təpərdi. TƏPMƏK II f. Vurmaq, geri vermək. Nə yava söyləyirsən, ay gədə! Başına at təpibdir
TƏPMƏ₂
TƏPMƏK₂

Значение слова в других словарях

конди́терская маги́стр налепно́й нолево́й сахарозаво́дский стяжа́тельный умета́ться электромаши́на выма́тываться вы́прыгнуть грязь пампа́сский прота́птывание сро́ду штрихо́вка бант блесна череща charge double helix noesis tony завещатель работаться регулы