TƏRSİ
TƏRSİN
OBASTAN VİKİ
Tərsimi həndəsə
Tərsimi həndəsə — riyaziyyatla texnikanın vəhdətini təşkil edən həndəsənin bölməsi. Həndəsənin bu bölməsində fəza cisimlərinin (hansı ki, nöqtələr, xətlər və səthlər çoxluğundan təşkil olunur) müstəvilər üzərində təsvir olunma (proyeksiyasının alınması) üsullarından və müstəvilər üzərindəki təsvirlər (proyeksiyalar) vasitəsi ilə cismin fəzadakı vəziyyətini müəyyən edilməsi qaydalarından bəhs olunur (ümumi halda bu deyilənlərə m ölçülü fəzanın n ölçülü fəzada təsviri kimidə baxıla bilər). Həmçinin, müstəvilər üzərində təsvir olunmuş cisimlərə aid həndəsi xarakterli məsələlərin qrafiki həll üsulları da bu bölmədə öyrənilir. Tərsimi həndəsə bölməsi mühəndis təhsilinin əsasını təşkil edən fənlərdəndir və onun əsas vəzifələrindən biri gələcək mühəndislərdə fəza təsəvvürünü inkişaf etdirməkdir. Tərsimi həndəsə bölməsində alınan bəzi nəticələr praktikada cizgilərin tərtibində geniş istifadə olunur. == Ədəbiyyat == Tərsimi həndəsə - MÜHƏNDİS QRAFİKASI, Ali məktəblər üçün dərslik ― Mustafayev M.R. , Qurbanov N.Ə., Mirzəyev S.H., Bağırov A.M. ― Bakı. 2003. 293səh.

Digər lüğətlərdə

коллаборациони́зм нева́жно неве́рная по-земно́му пятикла́ссница телеобъедине́ние чубу́к подзадо́риваться свя́занность спеси́вость то́лько-только air-castle ancillary backbend civvy count heather grass Joel paedeutics pelloch Sava Sinn Feiner translate trochotron точило