TƏSKİNLİK

is. Sakitlik tapma, rahatlıq tapma, təsəlli tapma, aram tapma; sakitlik, rahatlıq, təsəlli.
Sevgilin həsrətlə baxır üzünə; Səndən söz istəyir, təskinlik umur. N.Xəzri.

□ Təskinlik tapmaq – sakit olmaq, rahat olmaq, təsəlli tapmaq, sakitləşmək, aram tapmaq.
[Kərbəlayı:] Nə edim? Allah məni fəqir yaradıb, – sözləri ilə təskinlik tapırdı. Çəmənzəminli.
…Züleyxa heç bir şeylə təskinlik tapmırdı. S.Vəliyev.

Təskinlik vermək – sakit etmək, təsəlli vermək.
[Sərdarlı] gözləri ilə qızına sanki təskinlik verirdi. Q.İlkin.
[Bəhlul:] Psixologiya elminin köməkliyi ilə özümə təskinlik verirdim. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏSKİNLİK təskinlik bax təsəlli
  • TƏSKİNLİK xatircəmlik — arxayınlıq — laqeydlik
  • TƏSKİNLİK sakitlik — rahatlıq
TƏSKİNEDİCİ
TƏSLİM

Digər lüğətlərdə

вскли́кнуть глаз дои́мщик жакка́рд малово́дность пострелёнок психоневроло́гия рубелли́т сплошня́к блонди́нчик неизме́нный остаться в де́вках передави́ть смуще́ние толстоте́лость кютица anticlimax chrismatory counterpart ghost post-obit set-out ванты неженка потенциал