TƏSNİFATÇI
TƏŞBEH
OBASTAN VİKİ
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü.Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
ABŞ təsviri incəsənəti
ABŞ təsviri incəsənəti (ing. Visual art of the United States) — ABŞ və ya amerikan rəssamlarının təsviri incəsənəti. Təsviri incəsənətdə Hudzon çayı məktəbi Avropa naturalizm ənənələrində XIX əsr cərəyanı idi. Tomas İkinsin realist rəsmləri artıq geniş şəkildə tanınır. 1913-cü ildə Nyu-York şəhərində keçirilən Avropa modernist sənət sərgisi olan Arsenal şou ictimaiyyəti şok etdi və ABŞ-nin incəsənət səhnəsini dəyişdirdi. Corciya O'Kiff, Marsden Hartli və və başqaları yeni, fərdi üslublarla təcrübələr apardılar. Cekson Pollok və Villem de Kuninqin abstrakt ekspressionizmi və Endi Uorhol və Roy Lixtenşteynin pop-artı kimi başlıca bədii hərəkatlar ABŞ-də geniş inkişaf etmişdir. Modernizmin və sonra postmodernizmin qabarıqlaşması Frank Lloyd Rayt, Filip Conson və Frank Qeri kimi Amerika memarlarına şöhrət gətirdi. Alfred Stiqlitz, Edvard Stayxen və Ansel Adams da daxil olmaqla, böyük fotoqraflarla amerikalılar fotoqrafiyanın müasir sənət mühitində uzun müddət əhəmiyyətli olmuşdur.
Avstraliya təsviri sənəti
Avstraliya təsviri sənəti — Avstraliyada və ya Avstraliya haqqında avstraliyalılar tərəfindən bu günə qədər yaradılmış hər hansı bir təsviri sənət nümunəsi. Bunlara aborigen, müstəmləkə, peyzaj, atelye, XX əsrin əvvəllərində Avropa modernizmindən təsirlənmiş rəssamlar, qravüraçılar, fotoqraflar və heykəltəraşlar, müasir incəsənət daxildir. Avstraliyada vizual sənətin uzun tarixi var. Aborigen sənətinin ən azı 30 min il yaşı olduğuna dair dəlillər mövcuddur. Avstraliya həm Qərb, həm də yerli Avstraliya məktəblərindən bir çox tanınmış rəssamları, o cümlədən XIX əsrin axırlarında Heydelberq plenerlərini və antipodlarını, Mərkəzi Avstraliyanın Hermansburq Məktəbindən akvarel rəssamlarını, Qərb Səhra İncəsənət Hərəkatı, ali modernizm və postmodern sənət üzərində işləmiş tanınmış sənətkarları dünyaya gətirmişdir. == Tarixi == Avstraliya İttifaqının yerli əhalisi qədim dövrlərdən həkketmə, bədii oyma, naxışvurma ilə məşğul olmuşdur. XVIII əsrin sonundan etibarən Avropa müstəmləkəçiliyi ilə əlaqədar Avstraliya İttifaqı təsviri sənəti Avropa müstəmləkəçiliyi ilə əlaqədar ingilislərin təsiri ilə formalaşmışdır. XIX əsrin ortalarında xalq həyatını əks etdirən realist qrafika (S. T. Gill), XIX əsrin ikinci yarısı–XX əsrin əvvəllərində isə təsviri sənətin milli simasını təyin edən A.. L. Büvelotun Barbizon məktəbinə yaxın realist rəssamlar qrupu (T. Y. Roberts, A. Striton, F. MakKabbin və başqaları) yaranmışdır. 1930-cu illərin ortalarında kubizm (F. Fayzell), sürrealizm (C. Qlison) və abstraksionizmin təsiri genişləndi.
Azərbaycan təsviri incəsənəti
Azərbaycan təsviri sənəti — Azərbaycan xalqının nümayəndələri tərəfindən yaradılmış təsviri sənət nümunələri. == Tarixi == === Qədim dövr === Azərbaycanda təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir. Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII–VII əsrlər).
Azərbaycan təsviri sənəti

Azərbaycanın təsviri sənəti

Azərbaycanın təsviri sənəti (film, 1961)
Azərbaycanın təsviri sənəti qısametrajlı sənədli televiziya filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1961-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. == Məzmun == Filmdə Azərbaycanın təsviri sənəti və onun yaradıcıları haqqında danışılır.
Barber Təsviri İncəsənət İnstitutu
Barber Təsviri İncəsənət İnstitutu (ing. Barber Institute of Fine Arts) — Birmingem Universitetinin təhsil müəssisələrindən biri. == Tarixi == İnstitut 1939-cu ildə Robert Atkinson tərəfindən yaradılmışdır. == Binası == Binası Birmingem Universitetinin memarlıq üslubuna görə seçilən tikililərindən biridir.
Cacıqlı qayaüstü təsvirləri
== Çaçıqlı qayaüstü təsvirləri == Bu təsvirlər Ordubad rayonun Tivi kəndi ərazisində qeydə alınmışdır. Оnlar Gəmiqaya petroqliflərində оduğu kimi insan, hеyvan təsvirlərinə, astral rəsmlərə bölünürlər. Təsvirlər döymə və cızma üsulu ilə çəkilmişdir. hеyvan təsvirləri kеçi, maral, canavar və digər rəsmlərdən ibarətdir. Onların əksəriyyəti kеçi təsvirlərindən ibarətdir. Qayaüstü təsvirlərin bir çохu nisbətən sadə çəkilmişdir. Bəziləri isə müхtəlif işarələrlə, damğalarla birlikdə vеrilmişdir. Aşkar оlunmuş bеlə qayaüstü rəsmlərdən birində döymə üsulu ilə dağ kеçisi və tısbağa təsvir olunaraq insanların dini-idеоlоji görüşləri, mifik düşüncə tərzi ilə bağlı müəyyən kompozisiya əks eolunmuşdur.insan təsvirlərindən bir qismi təklikdə çəkilmişdir, bəziləri isə hеyvan və astral rəsmləri ilə birlikdə vеrilmişdir. Təsvirlərdən birində cızma üsulu ilə qabaqda kеçi, оnun arхasında əlində dəyənək tutmuş insan hərəkət vəziyyətində verilmişdir. Təsvirlərdə qədim türk mədəniyyətinə aid elementlərin geniş yayılması Naxçıvanın tarixən prototür kmədəniyyətinin əsas mərkəzlərindən biri olmasını, bu ərazidə türk etnoslarının yaşadığını sübut edir.
Erotik təsvirlərin tarixi
Erotik təsvirlərin tarixinə təkcə rəsmlər deyil, həm də heykəltəraşlıq, fotoqrafiya, dramatik incəsənət, erotik musiqi və yazılar da daxildir, həmçinin erotik təsvirlər bəşər tarixinin demək olar ki, hər bir dövründə müxtəlif sivilizasiyalar tərəfindən təsvir edilmişdir. Qədim yunanlar və romalılar erotik sayıla biləcək bir çox sənət əsərləri yaratmışdırlar. Son zamanlar kommunikasiya texnologiyaları inkişaf etməyə başlamış və bunun nəticəsində fotoşəkil formasında pornoqrafiya, video formasında pornoqrafiya, çap pornoqrafiyası kimi texnikalar yayılmağa başlanmışdır. Ən erkən məlum olan erotik təsvirlər Paleolit və Mezolit dövrlərinə aiddir, bu dövrdə insanlar tez-tez mağaralarda heyvan şəkilləri çəksələr də, insan cinsi orqanlarının rəsmləri də bəzən divarlara həkk edilirdi. Qədim sivilizasiyalar tez-tez cinsi aktı fövqəltəbii güclərlə əlaqələndirirdilər, buna görə də onların dinləri bu cür təsvirlərlə iç-içədir. Hindistan, Nepal, Şri-Lanka, Yaponiya və Çin kimi Asiya ölkələrindəki yerli dinlərdə seksin və erotik təsvirlərin müəyyən mənəvi mənaları mövcuddur. Eyni formada, qədim yunanlar və romalılar da öz dini inancları və mədəni təcrübələri ilə birləşdirilən bir çox erotik sənət və bəzək əsərləri yaratmışdırlar . Müasir pornoqrafiyanın ən erkən nümunələri ədəbsiz təsvirlərin Avropa incəsənətindəki ənənəvi cinsi təsvirlərdən fərqləndiyi XVI əsrə təsadüf edir. Sonralar pornoqrafiya fotoqrafiya, kino, video, kompüter və internet də daxil olmaqla hər bir yeni vasitəyə uyğunlaşdırılmışdır. Bəzi spesifik cinsi aktlar qanunla tənzimlənsə və ya qadağan edilsə də, 1857-ci ilə qədər heç bir ölkədə təkcə onları təsvir edən əşyalara və ya şəkillərə baxmaq qanunsuz deyildi.
Gəmiqaya qayaüstü təsvirləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. == Tarixi == Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 2001 il 26 aprel tarixli sərəncam qəbul etmişdir.
Kondoa qaya təsvirləri
Kondoa İranqi qayaüstü təsvirləri — Tanzaniyanın mərkəzindəki mağara divarlarında yer alan bir sıra qədim rəsmlərdir. Kondoa bölgəsi təsirli qaya təsvirləri kolleksiyasına görə 2006-cı ildə UNESCO-nun Ümumdünya irsi elan edilmişdir.Bu əraziyə daha əvvəl, 1937-ci ildə Tanzaniya Antikalar İdarəsi tərəfindən milli abidə adı verilmişdi. Tanzaniya Antikalar İdarəsi tərəfindən bəzi rəsmlərin 50.000 ildən çox yaşı olduğuna inanılır. Lakin, bu təsvirlərin ümumilikdə 2000 yaşı var. Rəsmlərdə uzanan insanlar, heyvanlar və ov səhnələri təsvir edilmişdir. Köhnə rəsmlər ümumiyyətlə qırmızıdır və ovçu-toplayıcılar ilə əlaqələndirilir. Lakin tez-tez bu fiqurlar sonradan çəkilmiş, aqro-pastoralistlərə aid ağ rəngli rəsmlər ilə üst-üstə düşür. Bu təsvirlər Orta Daş dövründən Son Daş dövrünün əvvəlinə qədər uzanır və bu da rəsmləri bu keçid dövründəki mədəniyyət dəyişikliklərini öyrənmək üçün yaxşı bir kolleksiya halına gətirir.Bu ərazinin landşaftı Masai çölünün qərb çevrəsini təşkil edən iri qranit daşları ilə xarakterizə olunur. Təsvirlərin aşkarlandığı qaya sığınacaqları, havanın təsvirindən nisbətən qorunur. Bu gün bəzədilmiş qaya sığınacaqları yerli İranqi xalqı tərəfindən şəfa mərasimləri zamanı heyvanların müntəzəm qurban kəsilməsi də daxil olmaqla mənəvi məqsədlər üçün istifadə olunur.
Milli təsviri sənət muzeyi (Buenos-Ayres)
Milli təsviri sənət muzeyi (isp. Museo Nacional de Bellas Artes, MNBA) — Buenos-Ayres şəhərinin Rekoleta rayonunda yerləşən incəsənət muzeyi. 2004-cü ildə muzey Neuken şəhərində öz filialını açdı. == Tarixi == İlk muzeyin direktoru argentinalı şərhçi və rəssam Eduardo Şiaffino olmuşdur. Muzey 23 dekabr 1895-ci ildə Florida küçəsində aşılmışdır. 1909-ci ildə muzay San-Martina meydanına köçmüşdür, əsaslı restavrasiyadan sonra Buenos-Ayres yerləşmişdir. 1955—1964-ci illərdə Xorxe Romero Bresta direktorun başçılığı altinda muzey, həm interyer həm də dizayn baxımından modernləşmişdir. 1961-ci ildə müvəqqəti bir pavilyon açıldı, muzey müasir sənət əsərlərini əldə etdi. Müasir Argentina sənət pavilyonu 1980-ci ildə açılmışdır. Bu otaqda ümumi sahəsi 1536 kvadratmetr olan və 34 muzey binasının ən böyük sahəsi olan sərgi salonunun ümumi sahəsi 4,610 kvadrat metrdir.
Milli təsviri sənət muzeyi (Santyaqo)
Milli təsviri sənət muzeyi (isp. Museo Nacional de Bellas Artes ) — Santyaqo şəhərində yerləşən bədii təsviri sənət muzeyi. == Tarixi == Muzey 1880-ci il 18 sentyabr tarixində "Milli İncəsənət Muzeyi" adı altında yaradılıb və Cənubi Amerikanın ən qədim muzeyi kimi tanınır. 1910-cu ildən, Forestal parkında xüsusi möhkəm binada yerləşib. Muzeyin binası Çili arxitekturası Emiliya Jekura memarlığı üzərində qurulmuşdur. Muzeydə 1976-cı ilin aprel ayında tarixi Çili abidəsi aşkar edilmişdir. 1985-ci ildə meydana gələn zəlzələ nəticəsində binaya ziyan dəymişdi. Yenidənqurma işləri üç il davam etdi.
Nal dərəsi qayaüstü təsvirləri
Nal dərəsi qayaüstü təsvirləri — Bu təsvirlər 2016-ci ildə Culfa rayonun Gülüstan kəndi ərazisində, Nal dərəsində tərəfimizdən qeydə alınaraq tədqiqata cəlb edilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Gəmiqaya təsvirləri kimi onlar da çızma və döymə üsulu ilə, sxematik xarakterdə, müyyən süjetdə çəkilmişlər. Ən çox dairəvi və yarımdairəvi rəsmlərdən istifadə edilmişdir. Bundan başqa nöqtə, sxemaktik xarakterli işarələr də çəkilmişdir. Gəmiqaya təsvirlərində olduğu kimi orada da müəyyən süjetlər əks olunmuşdur. Qayaüstü təsvirlərdə insanların dini ideoloji görüşləri ilə yanaşı qədim türk mədəniyyətinə aid elementlərin müşahidə edilməsi, onların bənzərlərinin türk damğaları içərisində olması Naxçıvan Muxtar Respublikasının qədim və zəngin tarixə malik olduğunu, bu bölgənin tarixən prototürk mədəniyyətinin mərkəzlərindən biri olduğunu sübut edən yeni elmi faktlardandır.Abidə e.ə II-I minilliklərə aiddir.
Norveç təsviri incəsənəti
Orta əsrlər təsviri incəsənəti
Orta əsrlər incəsənəti — təqribən 1000 il davam edən Qərbdə sənət tarixi dövrü. Adətən bu termin Avropa, Yaxın Şərq və Şimali Afrikada sənətin inkişafına aiddir. İncəsənət tarixçiləri orta əsr sənətlərini tarixi dövrlərə və mövcud üslublara görə təsnif etməyə çalışırlar, lakin bütün bu təsnifatlar şərtlidir. Aşağıdakı dövrləşdirmə ümumiyyətlə qəbul edilir: Kelt sənəti, erkən xristian sənəti, xalqların köçürülmə dövrü sənəti, Bizans sənəti, Roma dövründən əvvəlki sənət, Roma sənəti və Qotik sənət. Bu üslubların hər biri öz növbəsində ayrı-ayrı dövrlərə bölünür. Bundan əlavə, öz millətinin və mədəniyyətinin formalaşdığı dövrdə hər bölgənin özünəməxsus üslubu vardı, məsələn, ingilis-sakson və ya Qədim Norveç sənəti. O dövrdə freskalar və rəsm əsərləri yalnız həqiqətən istedada sahib olan və rəsm üçün lazımi qabiliyyətlərə sahib olanlar tərəfindən edilirdi. Bu yaradıcılıq bir növ hobbi və ya əyləncə deyildi. Orta əsr sənətləri ustaların müəyyən tələblərini irəli sürdü. Bir qayda olaraq, kilsə divarları, qurbangah və ya namaz üçün bir otaq rənglənirdi.
P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyi
P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyi — Mahaçqala şəhərində mədəni-maarif və mədəniyyət müəssisəsi. Muzey Qorki küçəsi, 8 ünvanında yerləşir. Direktoru Səlihat Rəsulovna Qamzatovadı. == Ekspozisiya == Muzeyin daimi sərgisinin 10 zalında, ziyarətçilərə eramızdan əvvəl II minillikdən indi ki dövrə qədər Dağıstan və xarici ustaların əsərləri - rəsm, qrafika, heykəltaraşlıq, keramika, ağac oymacılığı, mis, xalça, mebel, şüşə, çini, fayans təqdim olunur.Muzeyin kolleksiyasında V.K.Şebuyevin ("Dilənçi"), İvan Ayvazovskinin ("Dənizdə fırtına", "Boyar arvadı Morozova") İ.N.Kramskotun ("Bacımın portreti") F.S. Juravlevin ("Yaşlı adam"), K.V.Lemoxanın ("Kəndli həyəti"), K.E Makovskinin ("Oğlan portreti"), Vasili Surikovun "Boyar arvadı Morozova "rəsm əsərinin eskizi, İsaak Levitanın ("Korniş. Fransanın cənubu"), V.D.Polenova ("Oka çayı"), K.A.Korovina ("Səmərqənd"), A.Y.Qolovinin ("İspan"), V.M.Vasnetsovun ("Qamayun quşu") sərgilənir. "Dağıstan rus rəssamlarının gözündə" şöbəsində, Frans Rubonun rəsmlərindən və Qriqori Qaqarinin litoqrafiya albomundan əlavə, N.Q.Çerneçovun (Qafqazın romantik mənzərələri), İ. Zankovskinin ("Aylı gecə", "Saltın dərəsi", "Dağ mənzərəsi"), A.Şamşinovun ("Qaradağ"), İ.F.Aleksandrovskinin ("Dağ mənzərəsi"), E.A.Lanserin heykəli ("At sürmə") daxildir.Muzeyin kolleksiyasında rus qrafikası nümunələri - Mixail Vrubelin "İsmayıl -Bəy" və "Məhbus" əsərləri, İlya Repinin "Çay otağında" eskizi, Valentin Serovun "Atlı Döyüşçü" akvareli, A.N. Benoisin mənzərələri; sovet dövrünün rəssamlarının, əsasən Dağıstanlıların əsərləri, məsələn, H.B.Askar-Sarıdja, E.M.Puterbrot, S.M.Salavatov, N.A.Lakov, K.F.Vlasova, A.Z.Xadjayev, Y.M. Xanmaqomedov, Ş.Şahmardanov, G.N.Konopatskaya, A.İ.Avqustoviç, M.A.Cemal, Y.A.Mollayev, D.A.Kapanitsın, M.K.Yunusilau, M.Şabanov, Sungurov qardaşları, H.Qurbanov, O.Hüseynov, O.Efimov, A.Emirbekov, G.Kambulatov, B.Evseyev, Y.Nikolayev, G.Pşenitsına, A.İ.Markovskaya, V.N.Qorkov, G.İranpur və Dağıstan heykəltaraşları - A.M.Yaqudaev, A.İ.Qazalıyev, ilk Dağıstanlı qadın heykəltaraş B.Ə.Muradovanın əsərləri də sərgilənir. Muzeydə tez-tez tematik sərgilər, görüşlər, mühazirələr və s. keçirilir., встречи, лекции и т. п. == Qalereya == == Tarixi == P.S.Həmzətov adına Dağıstan Təsviri İncəsənət Muzeyi 1958-ci ildə RSFSR Mədəniyyət Nazirliyinin sifarişi ilə Dağıstan Respublika Diyarşünaslıq Muzeyinin Şəkil Qalereyası əsasında yaradılmışdır.
Petrikovka təsvirləri
Petrikov təsvirləri (ukr. Петриківський розпис) və ya Petrovikovka (петрикі́вка) — Dnepropetrovsk vilayətində yerləşən Petrikovka kəndinin adından götürülən Ukraynanın dekorativ-naxışlı xalq rəsmidir. 2012-ci ildə Ukrayna Mədəniyyət Nazirliyi Ukraynanın qeyri-maddi mədəni irsinin bir hissəsi kimi Petrikovka rəsmini tanıyıb və 2013-cü ildə YUNESKO Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilib. == Ənənənin mənşəyi == Bütün təsvirlər ev rəsmləri ilə başladı. Kasıb kazaklar, parlaq divar kağızı ilə ağ paltarları, soba və divarları içərisində bəzəmək üçün icad etdi. Vaxt keçdikdən sonra yağışlar çiçəkləri yuyub, ev ağardı və yeni çiçəklər daha da gözəl olan təravət ağacları üzərində "böyüyüb". Petrikovka böyük bir ticarət mərkəzi idi. Burada üç dəfə böyük sərgilər keçirilib, burada sakinlər məhsullarını sata bilərlər. Bu, xalq sənətinin inkişafına da öz töhfəsini vermişdir. == Sahələr == Petrikovka bir növ mədəni və sosial mərkəz idi.
Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar»
"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT)— rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir. == Haqqında == 1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur. Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu

Qarakilsə qayaüstü təsvirləri
Qarakilsə qayaüstü təsvirləri — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində qayaüstü təsvirlərdir. Bu təsvirlər iki qrupa ayrılır: e.ə. 5-4-cü minilliklərə aid e.ə. 3-2-ci minilliklərə aid.Həmin təsvirlərdə bölgənin o vaxtki heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahali kimi Qarakilsə ərazisi də qədimdən türk-oğuz tayfalarının ana yurdu olmuş, bura ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlamışdır. == Həmçinin bax == Zəngəzur Göyçə Basarkeçər == Mənbə == Сисиан (справочник-путеводитель), Ереван, 1987, Ə.Ələkbərli.
Requlyar ifadələrdə simvolların təsviri
== Simvolların kodlara görə təsviri == Bəzi hallarda simvolların onların kodu ilə təsvir edilməsi lazım olur.
Soyuqbulaq qayaüstü təsvirləri
Soyuqbulaq petroqlifləri — Loru mahalının Vorontsovka (03.03.1935-dən Kalinino) rayonunun Soyuqbulaq (19.04.1991-ci ildən Paqaxbyur) kəndi yaxınlığında, Armudlu və Qaçaqqırılan dərələrində e.ə. minilliklərə aid qayaüstü təsvirlərdir. == Tarixi == Dağlıq Altayın Xaçın çayı sahillərində aşkar edilmiş təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bəzən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını və həmin vaxtlardan bəri Türk-Oğuz qəbilələrinin ana yurdu olduğunu sübut edir. Soyuqbulaq kəndində və ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq azərbaycan türkləri yaşamışdır. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülmüşdür. == Haqqında == Arxeoloji və yazılı qaynaqların araşdırılması göstərir ki, İrəvan quberniyasının əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bunu e. ə. V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi–Qarqadaşı yazıları ilə Orhon–Yenisey kitabələrinin dil və əlifba eyniliyi açıq şəkildə sübut edir. == İstinadlar == == Mənbə == Əhməd Oğuz.
Səhifə təsviri dili
Səhifə təsviri dili (page-description language - PDL) – printerə və ya ekrana çıxarılan verilənləri təsvir etmək üçün tətbiq olunan proqramlaşdırma dili (məsələn, PostScript); səhifə təsviri dilinin göstərişləri əsasında printer və ya ekran səhifənin görüntüsünü formalaşdırır. PDL dilləri başqa proqramlaşdırma dilləri kimidir; onlar proqramın məntiqi axınını idarə etməyə və beləliklə də olduqca mürəkkəb görüntülər yaratmağa imkan verir. Səhifə təsviri dili təkcə spesifikasiyanı (məsələn, şriftləri və onların ölçülərini) verir, simvolların və qrafikanın çəkilməsi elə bağlı bütün işlər isə çıxış qurğusunun üzərinə düşür. Bu cür yanaşmada işin konkret realizasiyası çıxış qurğusundan asılı olduğundan, səhifə təsviri dili aparatdan asılı deyil, yəni PDL dilini başa düşən istənilən printer və ya digər çıxış qurğusu bu dildəki təsvirinə görə görüntünü yarada bilər. Ancaq bu imkanlar “o qədər də ucuz başa gəlmir”; səhifə təsviri dili tələb edir ki, printerlərin öz prosessorları və fərdi kompüterin yaddaşı ilə müqayisə oluna biləcək qədər (bəzən hətta artıq) yaddaşı olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.

Digər lüğətlərdə

задры́гать заровня́ть ла́пчатый отдохнови́тельный подхали́мничать растопо́рщиться рыба́чка соскови́дный сочета́ния афиши́рование вру́нья довезти́ онау́чить цита́тный чурба́шка транда air-based esurience exoteric intangible paroxysm rumination threader water-wave перелагать