TƏVƏQQE

is. [ ər. ] Xahiş, dilək.
Sizdən təvəqqem budur ki… – [İskəndərbəyov:] Sizdən bir təvəqqem vardır. H.Nəzərli.
Atasının təvəqqesinə görə Arzu qız öz yazdığı “Günəşin tülusu” əsərini zərif barmaqları ilə pianoda dilə gətirdi. S.Rəhimov.

□ Təvəqqe etmək – xahiş etmək.
[Xədicə:] Səndən [Nazlıdan] təvəqqe edirəm ki, bu gün necə olsa Yusifə deyəsən, mənim yanıma gəlsin. N.Nərimanov.
Bir axşam yığıncaqda Cəfərquludan təvəqqe etdilər ki, o da durub danışsın. Qantəmir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏVƏQQE təvəqqe bax xahiş
  • TƏVƏQQE xahiş — rica — yalvarma — istək — dilək
TƏVƏKKÜLÜ
TƏVƏQQEÇİ

Digər lüğətlərdə

бензоре́з выполиро́вываться дорого́нько ледяно́й махалля́ озира́ть опоя́сок путля́ть что за чёрт африка́нцы гипер... голубо́й песец де́цима спу́таться станово́й язы́ческий brant dive-bomb flea trap helenin lubritorium radiator releasee мадаполамовый содрогание