Mizrab.
Qurbani sazın zilini zil, bəmini bəm eləyib basdı döşünə, təzənəni simlərə çəkib elə bir qıfılbənd dedi ki, Dədə Yediyar qaldı gözlərini döyə-döyə. (“Qurbani”)
*
Pəri xanım on iki hörük saçınnan bir tel ayırıb döşünə basdı, mərcan dırnaqlarını təzənə eləyib görək anasına nə dedi... (“Abbas və Gülgəz”)