TƏŞTİT
TƏŞVİQAT
OBASTAN VİKİ
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarsıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil edən, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandıran və yerli şirkətlərlə əlaqələndirən, eləcə də Azərbaycanın investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə "vahid pəncərə" funksiyası əsasında xidmət göstərən və dəstək verən publik hüquqi şəxsdir. == Fəaliyyəti == Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Nizamnaməsi təsdiq olunmuşdur. AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvüdür və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir. === Fəaliyyət istiqamətləri: === Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: ixracın və investisiyaların təşviqi üzrə dövlət siyasətinin formalaşdırılmasında və normativ hüquqi bazanın inkişafında iştirak etmək; ixracın və investisiyaların təşviqi üzrə ixracatçılar və investorlar üçün davamlı əlverişli mühitin yaradılması proseslərində iştirak etmək; ixracın və investisiyaların təşviqi üzrə proqram və layihələrin, dövlət dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak etmək və dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin bu sahə üzrə fəaliyyətini əlaqələndirmək; ixracatçıların və investorların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlər görmək; ixracatçıların ixrac potensialının gücləndirilməsini, onların və investorların maarifləndirilməsini təmin etmək; ixracın və investisiyaların təşviqi sahəsində beynəlxalq təcrübənin araşdırılmasını, öyrənilməsini və respublika ərazisində tətbiqini təmin etmək; Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. === Agentliyin vəzifələri === Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi — AZPROMO Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: ixrac və investisiya mühitinin yaxşılaşdırılması və investisiyanın təşviqi məqsədilə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində, qeyri-neft məhsullarının və qeyri-neft sektorunda həyata keçirilən işlərin (xidmətlərin) ixracının təşviqi və investisiyaların cəlb edilməsi ilə bağlı dövlət siyasətinin, habelə dövlətin dəstək proqramlarının və mexanizmlərinin həyata keçirilməsində iştirak etmək; ixracın və investisiyaların təşviqi sahəsində göstərdiyi xidmətlərin operativlik, şəffaflıq, rahatlıq, nəzakətlilik və məsuliyyətlilik prinsipləri əsasında həyata keçirilməsini təmin etmək; ixracın və investisiyaların təşviqi sahəsində dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək; ixracatçıların və investorların hüquqlarının, qanuni maraqlarının qorunması və problemlərinin çevik həlli istiqamətində fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək; ixracatçılar və investorlar arasında sorğular keçirmək, onların problemlərini araşdırmaq, ixrac və investisiya mühitinin təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə respublikanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək; qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, dövlət əmlakının özəlləşdirilməsi prosesinə investorların təşviq edilməsi üçün tədbirlərin həyata keçirilməsini təmin etmək; qeyri-neft ixracına dair aylıq statistikanı dərc etmək; investisiya fəaliyyəti üzrə dövlət-özəl tərəfdaşlığı sisteminin inkişafı və təşviqi üçün tədbirlər həyata keçirmək; ixracatçılara və investorlara göstərilən elektron xidmətləri "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək; öz fəaliyyəti haqqında ixracatçıların, investorların, o cümlədən digər fiziki və hüquqi şəxslərin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək; Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək; Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək; Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək; qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, ixrac və investisiya sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək; ixrac və investisiya sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək; Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. === Müşahidə Şurası === Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və icraçı direktordur. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura onun sədri də daxil olmaqla 7 (yeddi) üzvdən: Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavinindən, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinindən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir. Müşahidə Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir.
Təşviqat
Təşviqat adı altında isə burada – psixi modelləşdirmənin ideoloji vasitələr istisna olmamaqla, dominant olaraq qeyri-ideoloji vasitələrlə realizəsi variantları nəzərdə tutulur. Buraya – müxtəlif sövdələşmələr, kompromislər, provakasiyalar, sifarişlər, perspektivi olmayan qızışdırıcı təkliflər vermək, xüsusi təşkil etmələr, xəbərdarlıqlar, hədə-qorxular, nümayişlər, tətillər, boykotlar, rüşvət vermə, qarşısında şərt qoyma, ondan nə isə girov götürmə, sui-qəsd, diversiya-terror, sabotaj, şantaj, fiziki güc tətbiqi, hərbi-fiziki ekspansiya, uşağını oğurlatma, evini, maşınını yandırma, işdən çıxarma, ona acıq verən hərəkətlər etmə, polisə müraciət etmə və s. kimi adi həyatda rastlaşılan bu kimi vasitələr aiddir. Bu kateqoriyadan olan bəzi sadə təşviqat metodları: Nisbətən sadə təşviqat metodlarından biri – rəqibə müəyyən sövdələşmə təklif etməkdir. Bunun üçün maraqların ortaq məxrəc təşkil etdiyi, kəsişdiyi məqamları axtarıb tapa bilmək vacibdir. Bu kateqoriyadan olan daha bir metod – sifarişlə, muzdla iş gördütdürməkdir. Rüşvət vermə bu metodun növmüxtəlifliyidir; Bu kateqoriyadan olan daha bir metod – qarşılıqlı kompromisə getməkdir. Yuxarıdakı metoddan fərqli olaraq, orada itkisiz qazanc əldə olunursa, burada güzəştlərin qarşılıqlı mübadiləsi baş verir; Bu kateqoriyadan olan daha bir metod – cavab gözləmədən birtərəfli qaydada bir addım geri çəkilməkdir. Güzəşt – adekvat öhdəlik doğurur. Hadisələrin sonrakı eskalasiyasının məsuliyyətinin bir tək onun üzərində qalacağını və yaxud tərəfinizdən özünə heç bir təhlükə qalmadığını dərk edən tərəf-müqabilin analoji addım atması ehtimalı böyükdür; Daha bir metod – bunu ondan kömək istəmək şəklində formulə etməkdir.
Müdafiə, Aviasiya və Kimya Mühəndisliyinin Təşviqi Cəmiyyəti
Müdafiə, Aviasiya və Kimya Mühəndisliyinin Təşviqi Cəmiyyəti (rus. Общество содействия обороне, авиационному и химическому строительству, qısaltması Osoaviaxim) — SSRİ-də 1925–1927-ci illərdə mövcud olmuş kütləvi ictimai təşkilat. Hava Donanmasının Dostları Cəmiyyəti və Dobroxim (Kimya Müdafiəsi və Sənaye Dostlarının Könüllü Cəmiyyəti) birliyi kimi yaranmışdır. Aviasiya nailiyyətlərinin təbliği, təbliğat və rekord uçuşların təşkili ilə məşğul idi. Təyyarələrin yaradılması, klubların yaradılması və digər məqsədlər üçün toplanmış töhfələri var. 1927-ci ildə Aviaxim Müdafiəyə Yardım Cəmiyyəti ilə birləşərək Osoaviaximi yaradılmışdır. Форма Осоавиахима // Осоавиахим. — 1932. — № 13. — С. 7.

Digər lüğətlərdə