TƏŞVİŞ

TƏŞVİŞ Güləbətin onun səsindəki qorxu və təşvişi duyub dərhal sakit etməyə çalışdı (M.İbrahimov); İZTİRAB [Arif:] Sorma, heç sorma, Nazənin xavər; Məni məhv etdi iztirabü kədər (H.Cavid); SƏKSƏKƏ Rübabə: Bu iki pudluqlar bu həyətə gələni səksəkə içindəyəm, ay qadanızı alım, mənə yazığınız gəlsin (H. Abbaszadə); TƏLAŞ Və ikisinin də qorxu və təlaşdan gözləri kəlləsinə çıxmışdı – sinələri dəmirçi körüyü kimi qalxıb-enirdi, ikisi də birdən dedi: – Qədeş, bilirsən nə olub? (H.Abbaszadə); NARAHATLIQ (bax).

TƏŞVİQ
TƏTİK
OBASTAN VİKİ
Təşviş(film, 2007)
== Rollarda ==
Təşviş (Həyəcan) Pozuntuları
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. == Haqqında == Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15-18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. == Təşviş pozuntularının növləri == Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli (ing. Zung Anxiety Rating Scale – ZARS) Dyuk Universitetində (ABŞ) Vilyam Zanq (William W.K. Zung) tərəfindən 1971-ci ildə yaradılmışdır. Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun affektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir. Təşviş pozuntunun kliniki diaqnostikası, skrininqi və kliniki dinamikasının müşahidəsi ilə yanaşı Zanqın təşviş cədvəli həmçinin epidemioloji tədqiqatlarda və dərmanların kliniki sınaqlarında istifadə edilir. == Tətbiq etmə qaydası == Cədvəli doldurulmazdan əvvəl müayinə edilən şəxs cədvəlin istifadə qaydası ilə tanış edilir. Cədvəl müayinə edilən şəxs tərəfindən müstəqil doldurulur. Cədvəl doldurularkən mütəxəssis bu prosesə müdaxilə etmir.

Digər lüğətlərdə

бере́йторский деко́кт зата́скиваться магнитобио́лог малодо́йный несессе́р продрема́ть пролюбе́зничать разжи́ва стро́йный те́стовый вперя́ться иска́тельно канка́нный просуши́ть хозвзво́д ревца caroli flow process fuzz gamelan natural law газировать заболеваемость штангист