A
A yaxud a — çağdaş Azərbaycan əlifbası kimi Yer üzündəki bir çox dildə işlədilən latın əlifbasının ilk hərfi. Azərbaycan dilində hərfə a adı verilib (oxunuşu: /ɑ/). Formaca törədiyi əski yunan əlifbasının alfa hərfi və habelə bu əlifbadan törəyən kiril əlifbasının A hərfi ilə oxşayır. Hərfin böyük versiyasının görünüşü ortasından üfüqi xətt keçən bir nöqtədən çəkilmiş iki əyri xətt kimidir. Kiçik a hərfi isə iki cür yazılır: ikiqatlı a və birqatlı ɑ. Birinci görünüş, əsasən, çap yazısında, ikincisi isə, əsasən, əl yazısında və əl yazısı əsaslı şriftlərdə istifadə olunmaqdadır.
== Oxşar simvollar və simvolun digər variantları ==
Α α : yunan hərfi olan Alfa
А а : kirill əlifbasının A hərfi
Ɑ ɑ : latın hərfi olan Alfa və yaxudda əlyazma hərfi A (yada ki: A a)
ɐ : kiçik A hərfinin çevrilmiş forması , hansıki Beynəlxalq fonetika əlifbasında açığ mərkəzi sait kimi istifadə olunur
∀ : çevrilmiş A, "Birinci qaydanın məntiqində" (ing. First-order logic) ümumiliy kvantorunu təsvir etmək üçündü.
ª : Sıra indikatoru
Æ æ : Æ latın liqaturası (hərf birləşməsi)
== Tarixi ==
Hərfin yazılması misir heroqlif yazısının öküz başını xatırladan simvolla əlaqələndirilər. İddia edilir ki, eramzidan əvvəl 1600-cü ildə Finikiya əlifbasında A hərfin xətti yazılışı forması yarandı.