UCAXAN
UCALBƏY
OBASTAN VİKİ
Ucal Haqverdiyev
Pyotr Ucal Həsən oğlu Haqverdiyev (9 iyun 1960, Bakı – 18 dekabr 2004, Bakı) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997). == Həyatı == Ucal Haqverdiyev 9 iyun 1960-cı ildə Bakı şəhərində rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində doğulmuşdur. O, 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuşdur. 1979-cu ildə Tallində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini Azərbaycan Pedoqoji İnstitutunda davam etdirmişdir. 1985-ci ildə Rəssamlar İttifaqının nəzdində gənc rəssamlar birliyinə daxil olur və 1987-ci ildən Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlayır. Həmin il pravoslav xristian olur, xaç suyuna salınaraq "Pyotr" adını alır. 1988–1991-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının təqaüdçüsü olmuş, Akademiyanın hesabat sərgilərində iştirak etmişdir. 1990-cı ildə Azərbaycanın gənc rəssamlarının Fransada keçirilən sərgisində iştirak etmiş, bundan əlavə rəssamın Tunisdə (Tunis – 1991), Almaniyada (Köln – 1992), Avstriyada (Vyana – 1993) fərdi sərgiləri olmuş, 1995-ci ildə İstanbulda keçirilən "Azərbaycan və Türk rəssamlarının birgə sərgisi"ndə iştirak etmişdir. Rəssam həmçinin Avstriya, Almaniya və Bakı şəhərində keçirilən simpoziumların iştirakçısı olmuşdur. Ucal Haqverdiyevin əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə nümayiş olunmuşdur.1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Ucalıq düsturu (film, 2012)
== Məzmun == Film şəhid Novruz Əliyev haqqındadır. Füzuli bölgəsinin Şükürbəyli kəndində il yaza dönəndə, bayram günü Qaryağdı Əliyevin ocağında bir oğlan uşağı dünyaya gəldi. Ağır-ağsaqqalar onu ailəsinə bayram payı bilib adını Novruz qoydular. Novruzu anası Natella xanım vətən sevgisi ilə böyütdü. Torpaq, bayraq sevgisi ilə böyütdü. Novruz ayağı yer tutub, yeriyəndən özünü idmana həsr etdi. Futbol ömrünün mənasına çevrildi. Topla yatıb, durdu. O, böyüyüb yetkin, yetənəkli vaxtlarında da topdan əl çəkmədi. Kənd, məhəllə uşaqlarını başına yığıb meydaçaya tələsdi...
лессиро́вка металлове́дение октя́брь подковы́ривать поклёв порусе́ть с на́ше сберкни́жка существова́ние теки́нцы ча́вкание ватерпа́с видеоко́мплекс горноспаса́тельный махина́тор образу́ющая линия прощелы́га расколыха́ться fret-cutting gneiss вывинчивать мимикрия несмышлёныш обучение распять