UCALIQ
UCALIQ
OBASTAN VİKİ
Ucalıq düsturu (film, 2012)
Film şəhid Novruz Əliyev haqqındadır. Füzuli bölgəsinin Şükürbəyli kəndində il yaza dönəndə, bayram günü Qaryağdı Əliyevin ocağında bir oğlan uşağı dünyaya gəldi. Ağır-ağsaqqalar onu ailəsinə bayram payı bilib adını Novruz qoydular. Novruzu anası Natella xanım vətən sevgisi ilə böyütdü. Torpaq, bayraq sevgisi ilə böyütdü. Novruz ayağı yer tutub, yeriyəndən özünü idmana həsr etdi. Futbol ömrünün mənasına çevrildi. Topla yatıb, durdu. O, böyüyüb yetkin, yetənəkli vaxtlarında da topdan əl çəkmədi. Kənd, məhəllə uşaqlarını başına yığıb meydaçaya tələsdi...

Значение слова в других словарях