UÇUNCAX
UDLAĞ
OBASTAN VİKİ
Udi dili
Udi dili – Udilərin dili. Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. == Dialektlər == Udin dili iki dialektə — Nic və Vartaşen dialektinə bölünür. Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Vartaşen dialekti də öz növbəsində 2 hissəyə bölünür: vartaşen və oktomberi (zinobiani). Oktomberi danışıq tərzi çoxda Vartaşen dialektindən fərqlənmir,Belə ki Udinlər Vartaşendən Oktomberiyə 1922 ildə köçüblər Udi dilində 10.000 çox insan danışır. Amma Udi dili yazısız dil kimi tanınır, lakin son zamanlar yazılış formasını yaratmaq üçün işlər görünür. Udi dili yalnız məişətdə istifadə olunur. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili udin dili olan Azərbaycan vətəndaşlarının sayı 3.795 nəfərdir. == Udi əlifbası == Latın əlifbası əsasında yaradılmış Udi əlifbası 1934-cü ildə Fyodor Ceyrani və Mixail Ceyrani tərəfindən Suxumidə yayımlanmış "Samçi dəs" (Birinci dərs) kitabında tərtib olunmuşdur.Kiril əlifbası əsasında yaradılmış Udin dilinin əlifbası (1974-cü il):.
Udi təqvimi
Udi təqvimi (udi. tumargir) — Udilər tərəfindən istifadə olunan təqvim. Qriqorian təqviminə görə hazırlanıb Qafqaz Albaniyası təqvimindən götürülmüşdür. 2013-cü ildən Alban-Udi icması tərəfindən çap olunur və pulsuz paylanır.
Alban-udi xristian icması
Udi xalqı (film, 1993)
== Məzmun == Kinolent Azərbaycan Respublikası ərazisində yaşayan, öz adət-ənənəsini, dilini qoruyub saxlayan udin millətinin timsalında azsaylı xalqların etnogenezisinə həsr olunmuşdur. == Film haqqında == Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
помолча́ть пополове́ть просыха́ние сиби́рский сле́довательша увинти́ться держать себя́ каким-л. образом лонжеро́н насти́лочный недо... осложня́ться побо́чно побоя́ться прика́пываться туфобето́н шанс свясло antependium geodesist Scottish thane yoked жухнуть лиходей раут шикнуть