UDLAQ

is. anat. Həzm cihazının bir hissəsi – ağız boşluğunu qida borusu ilə birləşdirən əzələ borusu.
Çeynənmiş və ağız suyu ilə islanmış qida udlaq və qida borusu ilə asanlıqla mədəyə ötürülür. Zoologiya”.
Tənəffüs zamanı hava burun boşluğundan keçərək orada tozlardan təmizlənir, isinir və nəmlənərək udlağa keçir. Qaramal”.

◊ Udlağına dirənmək – bax boğazından yapışmaq (“boğaz1”da).

Sinonimlər (yaxın mənalı sözlər)

  • UDLAQ hülqum — boğaz
UDQUNMAQ
UDMA₁
OBASTAN VİKİ
Udlaq
Udlaq — yun. Pharinx həzm kanalının ikinci hissəsini təşkil edərək burun, ağız boşluqları ilə qırtlağın arxasında, kəllə əsasının altında, onurğanın boyun hissəsinin ön səthində yerləşmişdir. Aşağıda VI–VII fəqərə cisimləri arasında qida borusuna keçir. Uzunluğu 12–15 sm və eni yuxarıda 4,5 sm-ə bərabərdir. Vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı ilə tənəffüs yolları çarpazlaşır. Udlağın dal və iki yan divarı vardır. == Mənbələr == Prof.
Dil-udlaq siniri
IX cüt kəllə (Dil-udlaq) siniri qarışıq sinirdir, tərkibində hərəki, hissi, dadbilmə və sekretor liflər vardır. Hərəki lifləri biz udlaq əzələsini innervasiya edərək udlağı qaldırır. Nüvəsi nn.amiguus - X sinirlə müştərəkdir, uzunsov beynin orta hissəsində yerləşir. Periferik motoneyronların aksonları zeytun və beyinciyin aşağı ayaqcığı arasında beyin əsasına keçərək vidaci dəliyindən kəllə sümüyündən çıxır. Mərkəzi hərəki neyronlar ön mərkəzi qırışın aşağı hissəsində yerləşir, aksonlan tr.corticonuclearis tərkibində daxili kapsulanın dizindən keçərək, beyin sütunu əsasında aşağı enir və uzunsov beyində hər iki tərəfın nüvələrində qurtarır. Bu sinirin hissi liflərinin I neyronu vidaci dəliyinin ətrafında yerləşən ganglion jugularae superius və ganglion jugularae inferiusdan başlayır. Bu düyünlərdən çıxan dendritlər dilin arxa 1/3 nissəsini, yumşaq damağı, əsnəyi, udlağı, qırtlaq qapağını, qulaq keçəcəyini, təbil boşluğunu innervasiya edir. Aşağı düyündən ayrılan liflərin bir hissəsi dilin arxadan 1/3-də dadbilmə məməciklərində qurtarır. Hüceyrələrin aksonlan uzunsov beyinə daxil olaraq dadbilmə nüvəsində (nuc.solitarii) və hissi nüvədə (nuc.alae cinereae) qurtarır. Hər iki nüvənin aksonları, (II neyron) əks tərəfə keçərək daxili ilgəyə qoşulur və görmə qabarının yan nüvəsində qurtarır.

Digər lüğətlərdə

балага́нить движко́вый двоебра́чный понахлы́нуть прожектёрка просве́чиваться распылённо ры́скнуть ря́дчиков фарти́ть хлопота́ние ги́бнуть коро́вка крахма́листый подкле́иваться разложи́ться слу́шаюсь электролюминесце́нция бравый тенор Leeds pentatonic strawberry tongue weekwork полтина