UDQUNMAQ
UDMA
OBASTAN VİKİ
Udlaq
Udlaq — yun. Pharinx həzm kanalının ikinci hissəsini təşkil edərək burun, ağız boşluqları ilə qırtlağın arxasında, kəllə əsasının altında, onurğanın boyun hissəsinin ön səthində yerləşmişdir. Aşağıda VI–VII fəqərə cisimləri arasında qida borusuna keçir. Uzunluğu 12–15 sm və eni yuxarıda 4,5 sm-ə bərabərdir. Vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı ilə tənəffüs yolları çarpazlaşır. Udlağın dal və iki yan divarı vardır. Prof.
Dil-udlaq siniri
Dil-udlaq siniri — IX cüt kəllə (dil-udlaq) siniri qarışıq sinirdir, tərkibində hərəki, hissi, dadbilmə və sekretor liflər vardır. Hərəki lifləri biz udlaq əzələsini innervasiya edərək udlağı qaldırır. Nüvəsi nn.amiguus — X sinirlə müştərəkdir, uzunsov beynin orta hissəsində yerləşir. Periferik motoneyronların aksonları zeytun və beyinciyin aşağı ayaqcığı arasında beyin əsasına keçərək vidaci dəliyindən kəllə sümüyündən çıxır. Mərkəzi hərəki neyronlar ön mərkəzi qırışın aşağı hissəsində yerləşir, aksonlan tr.corticonuclearis tərkibində daxili kapsulanın dizindən keçərək, beyin sütunu əsasında aşağı enir və uzunsov beyində hər iki tərəfın nüvələrində qurtarır. Bu sinirin hissi liflərinin I neyronu vidaci dəliyinin ətrafında yerləşən ganglion jugularae superius və ganglion jugularae inferiusdan başlayır. Bu düyünlərdən çıxan dendritlər dilin arxa 1/3 nissəsini, yumşaq damağı, əsnəyi, udlağı, qırtlaq qapağını, qulaq keçəcəyini, təbil boşluğunu innervasiya edir. Aşağı düyündən ayrılan liflərin bir hissəsi dilin arxadan 1/3-də dadbilmə məməciklərində qurtarır. Hüceyrələrin aksonlan uzunsov beyinə daxil olaraq dadbilmə nüvəsində (nuc.solitarii) və hissi nüvədə (nuc.alae cinereae) qurtarır. Hər iki nüvənin aksonları, (II neyron) əks tərəfə keçərək daxili ilgəyə qoşulur və görmə qabarının yan nüvəsində qurtarır.

Digər lüğətlərdə