UDUM

is. Udarkən udlaq əzələlərinin birdəfəlik hərəkəti, udma hərəkəti.
Qarı əvvəlcə uşağa xeyli su içirtdi və tapşırdı ki, son udumunu udmayıb ağzında saxlasın, elə ki püflədi, o vədə udsun. Ə.Vəliyev.

□ Bir udum – bir dəfəyə udulacaq qədər, bir dəfə udmaq üçün kifayət edəcək qədər, bir qurtum.
Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə danışmağa başladı. A.Divanbəyoğlu.
Qəhrəman stol üstündə buğlanan çay stəkanını əlinə alıb bir udum içdi. Ə.Vəliyev.

◊ Bir udumda – dərhal, bir anda, o saat.
Bir udumda konyak yoxa çıxdı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UDUM qurtum — içim
UDULMAQ₂
UDUM-UDUM

Digər lüğətlərdə