Ukrayna

sif. ukrainien, -ne ; d’Ukraine, de l’Ukraine ; ~ dili ukrainien m, langue f ukrainienne

Ukraina
ukraynaca
OBASTAN VİKİ
Qərbi Ukrayna
Qərbi Ukrayna (ukr. Західна Україна) — Ukrayna tarixinin müxtəlif dövrlərində etnik Ukrayna ərazilərinin müəyyən bir hissəsini təyin edən qeyri-rəsmi termin. Əsas şəhərləri Lvov, Çernovtsı, Xotın, Lutsk, İvano-Frankovsk, Rivne, Ternopol, Ujqorod şəhərləridir. İkinci Dünya müharibəsinin başlanğıcında bütün ərazilər, seçki sonrası işğal altında olan Polşadan Sovet İttifaqına keçmək üçün ictimai razılıq əldə etmək məqsədilə təyin edilmiş və seçkilərdən sonra 22 oktyabr 1939-cu ildə Ukrayna Sovet Sosialist Respublikasına daxil edilmişdir.
Ukrayna
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Ukrayna Dövləti
Ukrayna Dövləti (ukr. Українська Держава) və ya İkinci Getmanlıq (ukr. Другий Гетьманат) — 1918-ci ilin aprel–dekabr aylarında, Rusiya vətəndaş müharibəsi dövründə Almaniyanın protektoriyası altında Ukraynanın dövlət quruluşu formasının rəsmi adı. Yarı-monarxiyalı, diktatorlu getman rejimi 29 aprel 1918-ci il tarixində dövlət çevrilişi nəticəsində qurulmuşdur. Bəyan edilmiş Ukrayna Dövlətinin başçısı Pavel Skoropadski – dövlətin, ordunun və məhkəmənin ali rəhbəri idi. Skoropadski avstriyalı və alman işğalçı qüvvələr, böyük mülkədarlar, burjuaziya və getman ordusunda xidmət edən rus zabitlərə arxalanırdı. Getman Pavel Skoropadski Mərkəzi Şuranı və onun orqanlarını, respublikanı və Ukrayna Xalq Respublikası dövründə edilmiş islahatları ləğv etmişdir. Getman rejimi təsis olunandan bəri keçmiş Milli Şuranın bazasından olan partiyaların təzyiqinə məruz qalmışdı. İşğalçı qüvvələrin yerli xalqa davranışı və ərzaqları oğurlaması genişmiqyaslı kəndli üsyanlarına səbəb olurdu. Ukrayna Dövlətinin hökuməti belə idi: Akunov, V. Германский прихвостень, или Московский запроданец?
Ukrayna Kazakları
Ukrayna Kazakları (ukr. Українські Козаки) — Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. Uçuşlar üçün Aero L-39 Albatros təlim təyyarələri istifadə olunurdu. Komanda 1995-ci ildə yaradılmışdır. Komandanın ilk çıxışı 1997-ci il 24 avqustda Ukraynanın Müstəqillik Günü baş tutmalı idi. Bayrama bir aydan az vaxt qalmış, təlim uçuşu zamanı qəza baş verdi və 2 pilot həlak oldu. Baş vermiş faciəyə baxmayaraq 24 avqsutda uçuş baş tutdu. Daha sonra isə komanda ləğv olundu. Komandanın ləğvindən bir neçə il sonra isə Ukraynanın digər aerobatika komandası olan Ukrayna Şahinlərinin ləğv olunmasına səbəb olan qəza baş verdi.
Ukrayna Konstitusiyası
Ukrayna Konstitusiyası (ukr. Конституція України)- Ukrayna Respublikasının əsas qanunu. Getman İvan Mazepanın ölümündən sonra 5 aprel, 1710-cu ildə yeni getman Filip Orliklə İvan Mazepaya sadiq kazaklar arasında getmanın hüquq və vəzifələrini müəyyən edən "Hərbi hüquq və azadlıqlar haqqında müqavilə" imzalandı. Bu sənəd Polşa kralı və şlyaxtalar arasında imzalanan Konstitusiya sənədinin bənzəri idi və tarixdə "Orlik Konstitusiyası" kimi tanınır. Sənəd köhnə ukrayna və latın dillərində tərtib edilmişdir. Sənədin latınca adı: lat. «Pacta et Constitutiones legum libertatumqe Exercitus Zaporoviensis». Bağlanmış "kontrakt və müqavilələr" Ukraynanın İsveçin himayəsini saxlamaq şərti ilə Rusiya və Reç Pospolitadan asılılığını ləğv etdi. Ukraynanın ərazisi 1649-cu il Zborov müqaviləsinə əsasən müəyyənləşdirildi. "Orlik Konstitusiyası" ilə əlaqədar abidələr qurulmuşdur: 9 aprel 2010-cu il, Bender qalası və "Dnestrətrafı" ərazisində.
Ukrayna Mərkəzi
Ukrayna Qəhrəmanı
Ukrayna Qəhrəmanı (ukr. Герой України) — Ukraynanın ən yüksək dövlət mükafatı, ali fərqlənmə nişanı. Знаки отличия Президента Украины «Герой Украины» Звання «Герой України» (ukr.) Кавалеры Золотой Звезды.
Ukrayna Respublikası
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Ukrayna Reyxkomissarlığı
Reichskommissariat Ukraine və ya Ukrayna Reyxkomissarlığı — İkinci dünya müharibəsində Nasist Almaniyasının Sovet İttifaqına hücumundan sonra Alfred Rozenberqin rəhbəri olduğu Şərq Nazirliyinin (Almanca: Das Reichsministerium für die besetzten Ostgebiete: RMfdbO) tabeliyində 1941-ci ilin iyun ayında işğal edilmiş Ukrayna SSR ərazisində yaradılmış olan inzibati ərazi vahididir.
Ukrayna SSR
Ukrayna SSR (ukr. Українська Радянська Соціалістична Республіка, УРСР) — Ukrayna Sovet Sosialist Respublikası. SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. Ukrayna SSR 1917 il dekabrın 25-də təşkil edilmişdir. 1922 il dekabrın 30-dan SSRİ-nin tərkibində olub. Ukrayna SSR fəhlə, kəndli və ziyalıların sosialist dövləti, müttəfiq sovet sosialist respublikasıdır. Qüvvədə olan Konstitusiyası 1978 il aprelin 20-də qəbul edilmişdir. Ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən birpalatalı Ukrayna SSR Ali Sovetidir. Ali Sovet respublikası hökumətini Nazirlər Sovetini təşkil edir və qanunlar verir.
Ukrayna azərbaycanlıları
Ukrayna azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Ukraynada yaşayan hissəsinin adı. 2001-ci ilin siyahıya alınmasına və Ukraynadakı Azərbaycan diasporunun məlumatlarının qarşılaşdırılması hesabına siyahıya alınma zamanı bu ölkədə 203,4 min azərbaycanlının yaşadığı məlum olmuşdur.
Ukrayna bayrağı
Ukrayna bayrağı — Ukrayna Respublikasının Dövlət bayrağı. Ukraynanın mavi-sarı rəngli dövlət bayrağı 1991-ci il, yanvar ayının 28-də Yuxarı Rada tərəfindən rəsmi olaraq təsdiqini tapıb. Bayrağın eninin uzunluğuna nisbəti 2:3 nisbətindədir. Hər il iyul ayının 24-də Ukraynada Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ukrayna bayrağındakı mavi və sarı rəngin tarixi xristianlıqdan öncəki zamanlara gedib çıxır. Həmin vaxt mavi və sarı rəng od ilə suyu tərənnüm edirdi. Ukrayna bayrağındakı rənglərin indiki mənasına gəldikdə, sarı rəng buğda zəmilərini, mavi rəng isə buğda zəmiləri üzərindəki səmanı təmsil edir.
Ukrayna coğrafiyası
Ukrayna coğrafiyası — Şərqi Avropa düzənliyinin tərkibində yerləşən ölkələrin əksəriyyətinin coğrafiyasından əhəmiyyətli dərəcədə fərqlənir. Ukrayna Rusiya Federasiyasından sonra Avropada yerləşən ərazicə ikinci ən böyük ölkədir. Ukraynanın müxtəlif regionları fərqli coğrafi xüsusiyyətlərə malikdir. Azov dənizi və Qara dənizin şimal sahilləri boyu uzanan Ukrayna Şərqi Mərkəzi Avropada strateji mövqeyə malikdir. Ukrayna qərbdən Polşa, Slovakiya, Macarıstan , şimaldan Belarusiya , cənub-qərbdən Moldova və Rumıniya, şərqdən Rusiya ilə həmsərhəddir. Ərazisinin çox hissəsi Böyük Avropa düzənliyinin tərkibində yerləşir. Ümumilikdə Ukrayna Qara dəniz sahili boyu çöllüklər və materikin ortalarına doğru mülayim meşə zonası iki biom arasında bölünür. Qərbi regionlar Karpat dağlarının üstünlük təşkil etdiyi alp dağlarına bənzər ərazilərdə yerləşir. Karpat dağlarının şimal hissəsi Ukraynanın qərb hissəsini əhatə edir. Ukrayna ərazisinin çox hissəsini Qara dənizin şimal regionlarının çöllükləri tutur.
Ukrayna dili
Ukrain dili (ukr. українська мова) və ya ukraincə — Slavyan dillərinin şərqi slavyan dilləri yarımqrupuna daxil olan dil. Dünyada təxminən 45 milyon insan ukrain dilində danışır. Onların əksəriyyəti Ukraynada yaşayır. Ukraynanın rəsmi dilidir.. 13–22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili ukrain dili olan Azərbaycan vətəndaşlarının sayı 20.988 nəfərdir.
Ukrayna futbolu
Ukrayna Birlik Kubokunda
Ukrayna gerbi
Ukrayna Respublikasının Dövlət Gerbi — Ukrayna Respublikasının Dövlət gerbi Ukrayna dövlətinin müstəqilliyi rəmzidir. Mavi qalxan və 3 dişli sarı nizədən ibarətdir.
Ukrayna himni
Ukrayna marşı — Ukrayna Respublikasının rəsmi dövlət himni. Himnin sözlərini 1862-ci ildə Pavlo Çubinski yazmışdır. 1863-cü ildə Mihailo Verbitski Pavlo Çubinskinin sözlərinə himni yazmışdır. Himn Ukrayna Xalq Respublikası, Carpatho-Ukrayna və müasir Ukrayna Respublikasının himni olmuşdur.
Ukrayna iqtisadiyyatı
Ukrayna iqtisadiyyatı — Ukrayna dövlətinin iqtisadiyyatı. Ukrayna təsərrüfatı mürəkkəb sahə və ərazi quruluşuna malikdir. Bu ölkənin yanacaq-energetika kompleksi kömür, yerli neft-qaz və ən çox kənardan aldığı neft-qaz yanacağına əsaslanır. Donbas iri daş kömür rayonudur. Ölkədə çoxlu istilik elektirik stansiyaları və bir neçə atom elektrik stansiyası var. 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəza ölkə iqtisadiyyatına çox böyük zərər vurmuşdur. Ölkənin metallurgiya kompleksi yerli dəmir filizləri və kömür əsasında inkişaf edir. İri mərkəzləri Donbas kömür hasilatı, Azov sahili nəqliyyata yaxınlıq və Dnepryanı filiz mərkəzi kimi fərqləndirilir. Maşınqayırma metal tutumlu və əmək tutumlu sahələrlə təmsil olunub. Ağır maşınqayırma Donbasda, Xarkovda, dəqiq maşınqayırma Ukraynanın qərb və cənub mərkəzlərində, şəkər çuğunduru yığan maşınlar Ternopolda, traktorlar Xarkovda, avtomobillər Lvovda, Zaporojyedə, Lutskda yerləşir.
Ukrayna mətbəxi
Ukrayna mətbəxi — Ukrayna mətbəxi öz yeməkləri ilə məşhurdur. Ukrayna mətbəxi Şərqi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Ukrayna mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Borş — çuğundur, kələm, kartof, pomidor, yerkökü, soğan, sarımsaq ilə hazırlanan tərəvəz şorbasıdır. Ukrayna borşunun təxminən 30 növü var. Borşa ət və ya balıq daxil edilə bilər. Kapusniak — donuz əti və kələm ilə hazırlanmış şorba.
Ukrayna prezidenti
Ukrayna Prezidenti — Ukrayna dövlətinin başçısı. Ukrayna vətəndaşları tərəfindən birbaşa seçkilərdə beş il müddətinə seçilir. Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskidir. Ukrayna Konstitusiyasının 102-ci maddəsinə əsasən, Ukrayna Prezidenti dövlət başçısıdır və onun adından çıxış edir, dövlət suverenliyinin, Ukraynanın ərazi bütövlüyünün, Ukrayna Konstitusiyasına riayət olunmasının, insan və vətəndaş hüquqlarının təminatçısıdır. azadlıqlar. Ukrayna Prezidentinin başqa nümayəndəlik mandatı ola bilməz, dövlət orqanlarında və ya vətəndaşların birliklərində vəzifə tuta bilməz, digər ödənişli və ya sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz və ya müəyyən məqsədlərə nail olmaq məqsədi daşıyan müəssisənin idarəetmə orqanının və ya müşahidə şurasının üzvü ola bilməz. mənfəət. Ukrayna prezidenti öz səlahiyyətlərinin icrası zamanı toxunulmazlıq hüququndan istifadə edir. Ukrayna prezidentinin şərəf və ləyaqətinə edilən hücumlara görə günahkarlar qanun əsasında məsuliyyət daşıyırlar. Ukrayna prezidentinin titulu qanunla qorunur və ömürlük saxlanılır, əgər Ukrayna prezidenti impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılmayıb.
Ukrayna qaqauzları
Ukrayna qaqauzları — Qaqauzlar Ukraynada yaşayan çoxsaylı xalqlar arasında öz saylarına görə 18-ci yerdədirlər. Ukraynada baş tutmuş 2001-ci il siyahıyalınmasına əsasən onların bu ölkədəki sayı 31.900 nəfərdir. Əcdadları əsasən 1812–1830-cu illərdə Osmanlı İmperiyasının Bolqar torpaqlarından köçürülmüş pravoslavlardır. Odessa vilayətinin cənub-qərbində Qaqauziya Muxtar Bölgəsi ilə olan sərhəd boyunca kompakt şəkildə yaşayırlar. Bununla da Ukrayna qaqauzların kompakt şəkildə yaşadıqları iki ölkədən biridir. Bessarabiya bolqarları kimi qaqauzların da kompakt yaşadıqları ərazilər USSR və MSSR arasında bölünmüşdür. Sonradan bu sərhədlər SSRİ dağıldıqdan sonra Moldova və Ukrayna arasında olan rəsmi dövlət sərhəddinə çevrildi. Bununla yanaşı sovet dövründə ittifaq dağılandan sonra baş verənlərin əksinə olaraq Ukrayna SSR ərazisində qaqauzların sayı durmadan artırdı. Bu dövr ərzində onların ölkədəki sayı 23.500-dən 32.000 nəfərə qədər artmışdı. 1959–1989-cu illər ərzində Ukrayna SSR ərazisindən Moldova SSR ərazisinə və eləcə də RSFSR ərazisinə qaqauzların miqrasiyası xarakterik idi bu isə yetəri qədər böyük qaqauz diasporunun yaranmasına səbəb olub.
Vladimir (Ukrayna)
Volodımır (ukr. Володимир) — Ukraynanın Volın vilayətində şəhər, Volodımır vilayətinin inzibati mərkəzi. Volodımır şəhəri X əsrdən bəri mənbələrdə qeyd edilir. Ticarət yollarının kəsişməsində yerləşən əlverişli mövqeyi onu zəngin tacir və sənətkarlıq mərkəzinə çevirmişdir. Feodal parçalanma dövründə o, Volın knyazlığının, sonra isə Qaliç-Volın knyazlığının tərkibində idi. Xmelnitski üsyanından və XII əsrdə Rusiya-Polşa müharibəsindən sonra şəhər tədricən öz əhəmiyyətini itirərək kiçik əyalət qəsəbəsinə çevrilmişdir. 1795-ci ildə Polşanın parçalanması nəticəsində Rusiya imperiyasının tərkibinə daxil edilmiş və Volodımır-Volınski adlandırılmışdır. Şəhər Birinci Dünya müharibəsinin əsas döyüş yerlərindən biri olmuşdur. 1915-ci ildə Avstriya-Macarıstan qoşunları tərəfindən işğal olunmuşdur. 1921-ci il Riqa müqaviləsinə əsasən Polşaya birləşdirilmiş, Molotov-Ribbentrop paktı ilə SSRİ-yə verilmişdir.
Ukrayna (toponim)
Ukrayna — bir sıra ərazilərin tarixi adı, eləcə də müasir Ukrayna dövlətinin adı. Ukrayna sözü Kiyev Rusunun dövründən — ən azı XII əsrdən bəri mövcuddur. İlk dəfə 1187-ci ildə Pereyaslavl knyazı Vladimir Qleboviçin ölümü ilə əlaqədar XV–XVI əsrlərin siyahılarından məlum olan İpatiev Məcəlləsinin Kiyev xronikasında xatırlandı, daha sonra eyni salnamədə Ukraynanın adı çəkildi. 1189-cu ilə qədər və Qalisiya-Volın xronikasında ("и приѣхавшю же емѹ ко Ѹкраинѣ Галичькои") 1213-cü ilə qədər ("və Berestiya, Ouqrovesk, Vereşçin və Stqolp və Komov və bütün Ukraynada"). 1268-ci ilə qədər Qalisiya-Volın xronikasında da müvafiq demonim mövcuddur ("и зане вѣсть бѧхѹть подали имъ Лѧхове Ѹкраинѧнѣ"). Alimlərin əksəriyyətinin dəstəklədiyi versiyaya görə, "Ukrayna" adı sərhədyanı ərazi ilə əlaqələndirilir. Andrey Zaliznyakın yazdığı kimi, bu, qədim rusca "ukraina" sözünə gedib çıxır — sərhəd bölgəsi, knyazlığın kənarındakı torpaq. Başlanğıcda bu sözün mənası knyazlığın bütün periferiyası ətrafında, kənarları boyunca xarici ərazini ifadə edən "kənar" sözünün mənasından bir qədər fərqli idi. "Ukrayna" sözü əvvəlcə Kiyev Rusunun müxtəlif sərhədyanı ərazilərinə və ayrı-ayrı rus knyazlıqlarına şamil edilmişdir. Bu mənada Ukrayna sözünün etimologiyasını rus, eləcə də Orest Subtelnı, Pol Maqoçi, Omelyan Pritsak, Mixail Qruşevski, İvan Oqienko, Pyotr Toloçko və s.
Ukrayna teatrı
Ukraynada teatr sənəti (ukr. Театральне мистецтво України), Teatralne mystetsvo Ukrayiny – tamaşaçılar qarşısında aktyorun canlı çıxışını təqdim etdiyi təsviri incəsənət və mədəni ifadə forması. Ukrayna teatrı, Ukraynanın doğma adət-ənənələri, dili və mədəniyyətini təbliğ edən mədəniyyət ocağıdır. Ukrayna ərazisində teatr tamaşaları haqqında ilk qeydlər XVII əsrin ikinci onilliyinə aiddir. Klassik Ukrayna dramaturgiyasının formalaşması İvan Kotlyarevski və Qriqori Kvitka-Osnovyanenkonun adları ilə bağlıdır. XIX əsrin II yarısında Ukraynada həvəskar teatr hərəkatı genişləndi və teatr səhnəsinə istedadlı aktyorlar dəstəsi çıxdı. Müstəqillik illərində Ukraynada çoxlu yeni teatrlar yarandı. Hazırda Ukraynada hər il bir sıra beynəlxalq teatr festivalları keçirilir. Ukrayna ərazisində teatr tamaşaları haqqında ilk qeydlər XVII əsrin ikinci onilliyinə aiddir. Onlar Qərbdən Yezuitlər tərəfindən gətirilsə də, tez bir zamanda qardaş və digər Ukrayna məktəbləri tərəfindən qəbul edilib.
Ukrayna ədəbiyyatı
Ukrayna ədəbiyyatı — ukrayn dilində yazılmış ədəbiyyat. Bəzi hallarda Ukrayna ədəbiyyatına ukraynalı müəlliflərin başqa dillərdə yazdığı əsərlər də daxildir. Ukrayna ədəbiyyatı tarixinin başlanğıcı Kiyev Rusu dövrünə təsadüf edir. Rus ədəbi ənənəsi Bizans və Bolqar ədəbi ənənələri ilə sıx bağlı idi. IX əsrdən müasir dövrün əvvəllərinə qədər vahid dil mühitində (kilsə slavyan dili, onun tərcümələri, habelə onlara yaxın milli ədəbi dillər) mövcud olan pravoslav slavyanların ədəbi icması olan Slavia Orthodoxa-nın bir hissəsi və vahid ədəbi fonda malik idi.
Ermənistan–Ukrayna münasibətləri
Ukrayna—Ermənistan münasibətləri — Ukrayna və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Bu münasibətləer 25 dekabr 1991-ci ildə qurulmuşdur. 1991-ci ilə qədər hər iki ölkə SSRİ tərkibində ittifaq respublikalarından biri idi. Bu gün Müstəqil Dövlətlər Birliyinin, Ümumdünya Ticarət Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının həqiqi üzvüdürlər. == Xüsusiyyətlərin müqayisəsi == == Tarix == 18 dekabr 1991-ci ildə Ermənistan Ukraynanın müstəqilliyini tanıyır. Ermənistanın Ukraynadakı səfirliyi 1993-cü ilin yanvarında açılır. Ermənistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Andranik Manukyandır. Ukraynanın İrəvandakı səfirliyi 1996-cı ilin sentyabrından fəaliyyətə başlayır. Ukraynanın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili İvan Zaqorodnıdır. İkitərəfli münasibətlərin əsasını qoyan sənəd Ukrayna ilə Ermənistan Respublikası arasında 14 May 1996-cı ildə imzalanan Dostluq və Əməkdaşlıq Müqaviləsidir.
Gürcüstan ukraynalıları
Gürcüstan ukraynalıları — Gürcüstan ərazisində yaşayan etnik azlıqlardan biri. 2014-cü ilin oktyabrında aparılan son siyahıyaalma məlumatlarına görə, etnik ukraynalıların sayı 6 min nəfərə çatır. Bunların yarısından çoxu (3.200 nəfər) Tiflisdə yaşayır. 1989-cu il siyahıyaalmasına görə Gürcüstanda 52.400 ukraynalı yaşayırdı. XX əsrin 90-cı illərindəki Gürcüstanın mürəkkəb ictimai-siyasi vəziyyəti ilə əlaqəli olaraq ukraynalıların ölkədən axını olur. Ukraynalı icmasının hüquqlarının qorunması və etnomədəni, dil və digər ehtiyaclarının təmin edilməsi ilə əlaqəli bütün məsələlər 1993-cü il Ukrayna və Gürcüstan arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin 9-cu maddəsi ilə tənzimlənir. == Yayılması == Əhalinin siyahıya alınmasına görə Gürcüstanda etnik ukraynalıların sayı dinamikası: Gürcüstandakı ukraynalılar, bir qayda olaraq gürcü dilində danışırlar və ölkənin ictimai həyatında fəal iştirak edirlər. Anketlərə görə Gürcüstanda ukraynalıların yarıdan çoxu (53,4 %) ukrayna dilini ana dili hesab edir. Bu göstərici Acarıstanda 55,3%, Tiflisdə 42,6%, Kutaisidə 49,3% təşkil edir. Ukrayna diasporu nümayəndələrinin böyük əksəriyyətinin kompakt yaşayış yerləri yoxdur və ölkənin hər yerində bərabər paylanmışlar.
Gürcüstan–Ukrayna münasibətləri
Gürcüstan–Ukrayna münasibətləri — Gürcüstan Respublikası və Ukrayna arasındakı mövcud ikitərəfli münasibətlər. Gürcüstan Ukraynanın müstəqilliyini 12 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 22 iyul 1992-ci ildə qurulur. 5 aprel 1994-cü ildə Tiflisdə Ukrayna səfirliyi açılır. Gürcüstanın Ukraynadakı səfirliyi 19 avqust 1994-cü ildə Kiyevdə açılmışdır. 2013-cü ilin avqust ayındək Ukrayna-Gürcüstan münasibətlərinin hüquqi bazasına bir çox sahələrdə ikitərəfli münasibətləri tənzimləyən 130 sənəd imzalanmışdır. Əsas sənədlər "Ukrayna ilə Gürcüstan Respublikası arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi", "Ukrayna ilə Gürcüstan arasında Strateji Əlaqələrin İnkişafına dair Bəyannamə"-dir. == Ticarət əlaqələri == 2008-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 800 milyon dollar olmuşdur. 2009-cu ildə bu göstərici 1,5 dollar, 2010-cu ilin əvvəlində isə 127 milyon dollar artım göstərmişdir. 2012-ci ildə Ukrayna Gürcüstanın üç əsas ticarət tərəfdaşından biri olur.
Millət (qəzet, Ukrayna)
Millət qəzeti — Ukraynada nəşr olunan Krım-Azərbaycan cəmiyyətinin mətbu orqanı. 1991-ci ilin yanvar ayından dərc olunur. İlk sayını 20 Yanvar hadisələrinin ildönümünə həsr edən qəzet Ukraynada Azərbaycan dilində nəşr olunan ilk mətbu orqan kimi Azərbaycan həqiqətlərinin Ukraynada yaşayan xalqlara çatdırılmasında üzərinə düşən tarixi missiyanı çətinliklə olsa da şərəflə yerinə yetirmişdir. О dövrdə, əsasən, Dağlıq Qarabağ həqiqətləri haqqında obyektiv analitik yazılar dərc etməklə erməni xəyanətini ifşa edən "Millət" qəzeti Krımda güclü mövqeyə malik olan erməni diasporunun dəfələrlə hədə-qorxuları ilə üzləşməsinə baxmayaraq, fəaliyyətini daha da genişləndirmişdir. Belə ki, ilk saylarından etibarən Krım erməni diasporunun hədəfinə çevrilmiş "Millət" qəzetinin baş redaktoru Rəhim Hümbətov ermənilərin sifarişi ilə Krım Vilayət Kommunist Partiyasının ideoloji şöbəsinə dəvət olunmuşdur. Orada ona milli zəmində yazılarla çıxış etməyə qadağa qoyulsa da, R. Hümbətov işğalçı bir millətin öz çirkin əməllərindən əl çəkmədiyi təqdirdə fəaliyyətini daha kəskin davam etdirəcəyini bildirmişdir. Ötən illər ərzində Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, minilliklərin qan yaddaşından xəbər verən adət-ənənələrini səhifələrində işıqlandırmaqla çoxmilyonlu Ukrayna ictimaiyyəti arasında Azərbaycan haqqında informasiya bolluğu yaradan "Millət" qəzeti hər sayında Dağlıq Qarabağ hadisələri və Ermənistanın işğalçılıq siyasəti haqqında dürüst analitik yazılarla çıxış etmişdir. Qəzet həmçinin, mütəmadi olaraq Azərbaycanla Ukrayna arasında mövcud olan iqtisadi, siyasi, mədəni, elm və təhsil əlaqələrinin dinamik inkişafına geniş yer ayırmışdır. Krımın azadlığı uğrunda qəhrəmanlıq sücaəti göstərən azərbaycanlıların həyatı haqqında maraqlı yazıların dərc olunması ənənə halını almışdır. Azərbaycan diasporunun təşkilatlanmasında və inkişafında əsil ideoloji missiyanı yerinə yetirən mətbu orqan son illər tarixi vətənimiz Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, ölkəmizin dünya birliyinə inamlı inteqrasiya siyasətini yerinə yetirməyə çalışmışdır.
Millət qəzeti (Ukrayna)

Qazaxıstan-Ukrayna münasibətləri
Qazaxıstan və Ukrayna arasında diplomatik əlaqələr ilk dəfə 23 iyul 1992-ci ildə qurulmuşdur. 1991-ci ilə qədər Ukrayna-Qazaxıstan əlaqələri əsasən təsadüfü xarakter daşıyır və ya daxili əlaqələrin fonunda inkişaf etmişdir. Ancaq azad iqtisadi və siyasi münasibətlər dinamik və ardıcıl, milli maraqların təminatı müstəqillik dönəmikdən sonraya aiddir. 16 dekabr 1991-ci ildə Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri Ukrayna olmuşdur. Qazaxıstan isə Ukraynanın müstəqilliyini 23 dekabr 1991-ci ildə tanımışdır. Artıq 1992-ci iiin yanvarında Ukraynanın Xariçi İşlər Naziri Qazaxıstanın Xarici işlər Nazirinə diplomatik əlaüələrin qurulması məqsədi ilə əlaqədar nöta vermişdir. Cavab olaraq isə Qazaxıstan 23 iyulda notaya cavab vermişdir 23 iyul 1992 il notasından sonra iki ölkə aradında münasibətlər getdikcə inkişaf etmiş və geenişlənmişdir. İki ölkə bütün sferalarda güclənir. 2007-ci ildə Ukraynada Qazaxıstan ili elan edilmişdir. Növbəti anoloji tədbir isə Qazaxıstanda keçirilir.
Qazaxıstan–Ukrayna münasibətləri

Qırmızı meşə.Ukrayna.
Qırmızı meşə (ukr. Рудий ліс, Rudyi lis, hərfi tərcümədə "zəncəfil rəngli meşə") – Poleziyada yerləşən İstisna Zonası daxilində Çernobıl Atom Elektrik Stansiyasını əhatə edən on kvadrat kilometrlik (4 kv mi) ərazi. "Qırmızı meşə" adı 26 aprel 1986-cı ildə Çernobıl qəzası nəticəsində yüksək səviyyəli radiasiyanın udulmasından sonra ölən şam ağaclarının zəncəfil-qəhvəyi rəngindən yaranmışdır. Fəlakətdən sonrakı təmizləmə əməliyyatlarında Qırmızı meşə buldozerlə məhv edilmişdir və "tullantı məzarlıqlarında" dəfn edilmişdir. Qırmızı meşə sahəsi bu gün dünyanın ən çirklənmiş ərazilərindən biri olaraq qalır. Qırmızı meşə yadlaşma zonasında yerləşir; bu ərazi Çernobıl qəzasından ən yüksək radiasiya dozasını və nəticədə radioaktiv çirklənmə ilə çox çirklənmiş tüstü və toz buludlarını aldı. Ağaclar bu radiasiyadan ölüb. Çernobıl № 4 reaktorunda baş verən partlayış və yanğın nəticəsində torpağı, suyu və atmosferi Hiroşima və Naqasakiyə atılan atom bombalarının 20 qatına bərabər radioaktiv maddə ilə çirkləndirdi. Fəlakətdən sonra aparılan təmizləmə əməliyyatlarında şam ağaclarının əksəriyyəti "təmizləyicilər" tərəfindən buldozerlərlə sökülərək xəndəklərə basdırılıb. Sonra xəndəklər qalın qum xalçası ilə örtülmüş və şam fidanları əkilmişdir.
Rusiya-Ukrayna böhranı (2021-2022)
2021-2022-ci illər Rusiya-Ukrayna böhranı — bir tərəfdən Rusiya Federasiyası, digər tərəfdən Ukrayna və bir sıra Qərb ölkələri (əsasən NATO blokunun üzvləri) arasında münasibətlərin Rusiyanın Ukraynanı istila etməsinin başlamasından əvvəl baş vermiş kəskinləşməsi. 2021-ci ilin yazında Rusiya-Ukrayna sərhədində gərginliyin artması, xüsusən də Rusiya qoşunlarının sərhəd yaxınlığında genişmiqyaslı (təxminən 100.000 hərbçi) yığılması ilə müşayiət olunan şərqi Ukraynada münaqişə kəskinləşdi. Aprelin sonunda vəziyyət normallaşdı. Payızda isə rus qoşunlarının sərhədə yığılması təkrarlandı. Qərb mediasının kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən verdiyi məlumata görə, 2021-ci ilin noyabrında Rusiya yenidən Ukrayna sərhədləri yaxınlığında təxminən 100.000 əsgər qrupu yaratmışdır və bu, Ukraynaya hücuma hazırlıq kimi qiymətləndirilib. O vaxtdan bəri Qərb mediası mütəmadi olaraq Rusiyanın Ukraynaya mümkün müdaxiləsindən yazır. Bu tezis Ukrayna və Qərb siyasətçiləri tərəfindən irəli sürülüb. Hücumun vaxtı da dəfələrlə qeyd edilib: məsələn, 2021-ci ilin dekabrında “Washington Post” qəzeti yazıb ki, amerikalı kəşfiyyat analitiklərinin fikrincə, Rusiya 2022-ci ilin əvvəlində Ukraynanı işğal etməyi planlaşdırır. 2022-ci il fevralın əvvəlində Financial Times xəbər verdi ki, ABŞ hərbi rəhbərliyinin hesablamalarına görə, “Rusiyanın işğalı üçün optimal vaxt” fevralın ortalarından martın sonuna qədərdir. Rusiya özü isə, dəfələrlə müxtəlif səviyyələrdə Ukraynanın işğalına hazırlaşmaq ittihamlarını rədd edib.
Rusiya-Ukrayna müharibəsi
Bu məqalə 2014-cü ildən davam edən müharibədən bəhs edir. 2022-ci ilin fevralından bu yana davam edən müharibə üçün Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda) məqaləsi ilə tanış olun. Rusiya–Ukrayna müharibəsi — 2014-cü ilin fevral ayından Rusiya (Ukraynadakı rus separatçıları ilə birlikdə) və Ukrayna arasında davam edən müharibə. Ukraynanın Ləyaqət İnqilabından sonra Rusiya Krımı Ukraynadan ilhaq etdi və Donbasda Ukrayna hökumət qüvvələrinə qarşı müharibədə rusiyayönlü separatçıları dəstəklədi. Münaqişənin ilk səkkiz ilində gedən döyüşlərə dəniz insidentləri, Rusiya-Ukrayna kibermüharibəsi və artan siyasi gərginlik də daxildir. 2014-cü ilin əvvəlində rusiyayönlü Ukrayna prezidenti Viktor Yanukoviç Avropayönlü Avromeydan və Ləyaqət İnqilabı nəticəsində vəzifəsindən uzaqlaşdırıldı. Yanukoviçin devrilməsindən və Rusiyaya sürgün edilməsindən qısa müddət sonra Ukraynanın şərq və cənub vilayətlərində rusiyapərəst iğtişaşlar başladı. Eyni zamanda, adı açıqlanmayan rus qoşunları Krıma daxil olub və strateji mövqelərə və infrastruktura, o cümlədən hökumət binalarına nəzarəti ələ keçirib. Rusiya Krımın statusu ilə bağlı referendum'dan sonra Krımı ilhaq etdi. 2014-cü ilin aprelində Ukraynanın şərqindəki Donbas bölgəsindəki rusiyapərəst separatçılar Rusiyanın əhəmiyyətli və gizli dəstəyi ilə Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının yaradıldığını elan etdilər.
Rusiya-Ukrayna müharibəsi (2022)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarının ilhaqı referendumu
2022-ci il sentyabrın sonlarında Ukraynaya Rusiya tərəfindən göndərilmiş məmurlar Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən ilhaqı ilə bağlı referendumlar keçirmişdirlər. Keçirilmiş bu referendumlar şərhçilər tərəfindən saxta referendumlar kimi təsvir edilmiş və dünyanın müxtəlif ölkələri tərəfindən pislənmişdir. Hazırda referendumların nəticələrinin etibarlılığını Şimali Koreyadan başqa dünyanın heç bir suveren dövləti qəbul etməmişdir. Səsvermə Ukraynanın dörd regionunda - Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətlərində təşkil edilmiş, Rusiyanın marionet dövlətləri olan Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ərazilərində, həmçinin müharibənin ilk həftəsində Rusiya tərəfindən ələ keçirilmiş və Rusiya tərəfindən təyin edilmiş hərbi administrasiyaları olan Xerson vilayəti və Zaporojye vilayətində baş tutmuşdur. Rusiya Federasiyasının Silahlı Qüvvələri hərbi əməliyyatların davam etdiyi dörd regiondan heç birinə tam nəzarəti həyata keçirmir və eyni zamanda da, əhalinin böyük hissəsi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan sonra regionları tərk etmişdirlər. Referendumlar beynəlxalq hüquqa görə qeyri-qanuni olmuşdur və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması halı kimi qətiyyətlə pislənilmişdir. 2022-ci il sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin hər iki palatasına müraciətində Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan etmişdir. Birləşmiş Millətlər Təşkilatı, Ukrayna və bir çox başqa ölkələr ilhaqı pisləmişdirlər.
Rusiyanın Cənubi və Şərqi Ukraynanı özünə birləşdirməsi
30 sentyabr 2022-ci ildə Rusiya Federasiyası Ukrayna ərazisinin təxminən 15%-ni təşkil edən qismən işğal edilmiş Ukraynanın Luqansk (Luqansk Xalq Respublikası), Donetsk (Donetsk Xalq Respublikası), Zaporojya və Xerson vilayətlərinin ilhaqı üçün razılıq müqaviləsi imzalanmışdır. Rusiya münaqişənin hökm sürdüyü dörd regiondan heç birinə nəzarəti tam formada ələ keçirməyi bacarmamışdır və 2022-ci il Rusiya-Ukrayna müharibəsi başlayandan bəri regiondakı əhalinin əksəriyyəti regionu tərk etmişdir . İlhaq Moskvada dörd regionun rəhbərləri (Leonid Pasechnik, Denis Pushilin, Yevgeni Balitsky və Vladimir Saldo) və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən mərasimdə rəsmiləşdirilmişdir. Ukrayna, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilhaq mərasiminin heç bir hüquqi dəyəri olmadığını bildirmişdir. İlhaq dörd regionda Rusiyanın dəstəklədiyi separatçıların hakimiyyət orqanlarının keçirdiyi referendumlardan sonra baş vermişdir. İlhaq ümumiyyətlə pislənmiş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmamışdır.
Rusiyanın Ukraynanı istila etməsi (2022)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
Rusiyanın Ukraynanı işğal etməsi (2022)

Rusiyanın Ukraynanı işğalı (2022)

Rusiya–Ukrayna müharibəsi (2022)

Rusiya–Ukrayna müharibəsi 2022

Serb Respublikasında ukraynalılar
Serb Respublikasında Ukraynalılar (serb. Украјинци у Републици Српској, ukr. Українці в Республіці Сербській) — Serb Respublikasında yaşayan və işləyən ukrayna əsilli əhali. Ukraynalılar Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. Serb Respublikasında 2197 ukraynalı yaşayır. Onlardan 350 nəfəri Trnopole şəhərində yaşayır. Ukraynalılar Serb Respublikası milli azlıqlar arasında seçilirlər: onlar Banya-Luka, Pryavor, Kozaras, Trnapole, Derventa, Laktaşi, Qradişka, və Srbas. Onlar Serb Respublikası indiki ərazisində XIX əsrin sonları XX əsrin əvvəlləri məskən salmışlar. Bosniya və Herseqovina SR ərazisində 12 min ukraynalı yaşayırdı. 1991-ci ildə onların sayı 7,5 minə qədər azalmışdır.
Ali Rada (Ukrayna)
== Mənbə == Ukrayna Ali Radasının rəsmi saytı V çağırış Ukrayna Ali Radası, xəbərlər V çağırış Ukrayna Ali Radasında və yerli şuralarda yaranan koalisiyalar А. Михайлик.
Ukrayna Milli Elmlər Akademiyası
Ukrayna Milli Elmlər Akademiyası (ukr. Національна академія наук України, qısa UMEA) — Ukrayna Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Təşkilat təbiət, texniki, humanitar, sosial elmlər və incəsənətin müxtəlif sahələrində fundamental və tətbiqi elmi tədqiqatları və inkişafları təşkil edən, aparan və əlaqələndirən ali dövlət elmi qurumudur Akademiyanın 5 aprel 2002-ci il tarixli Ümumi Yığıncağında təsdiq edilmiş Nizamnamə və Ukrayna qanunvericiliyi (Nizamnamənin 1-ci bəndi) əsasında fəaliyyət göstərir. Ukrayna Milli Elmlər Akademiyası Ukraynada özünüidarə edən dövlət tərəfindən maliyyələşdirilən təşkilatdır və ölkədə elmi-tədqiqat institutları sistemini əlaqələndirməklə elm və texnologiyanın əsas inkişafı mərkəzidir. 27 noyabr 1918-ci ildə Getman Pavel Skoropadski hökuməti tərəfindən təsis edilib. Vladimir Vernadski Ukrayna Elmlər Akademiyasının qurucu üzvü olub və ilk prezidenti vəzifəsini icra edib. 1962-2020-ci illərdə Akademiyanın prezidenti iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Ukrayna Qəhrəmanı, Lenin mükafatı laureatı, akademik Boris Paton olub. 2020-ci ildən Akademiyanın prezidenti akademik Anatoli Zaqorodnıdır. Akademiya hər il Ukrayna Nazirlər Kabinetinə hesabat verir. Akademiyanın rəyasət heyəti 1917-18-ci illərdə müstəqillik dövründə Mərkəzi Şuranın yerləşdiyi Pedaqoji Muzeyin binası ilə üzbəüz, Volodymyrska, 57 ünvanında yerləşir.
Ukrayna Sosialist-Federalistlər Partiyası
Ukrayna Sosialist-Federalistlər Partiyası (USFP, populyar adlandırma – eseflər, ukr. Українська партія соціалістів-федералістів) — Ukraynada liberal-demokratik siyasi partiya. Ukrayna Sosialist-Federalistlər Partiyası 1917-ci ilin iyununda Ukrayna Demokratik-Radikal Partiyasının (UDRP) və 1917-ci il martın sonunda Ukrayna Muxtar-Federalistlər İttifaqını, daha sonra isə USFP-ni təsis edən Ukrayna Tərəqqiçiləri Assosiasiyasının keçmiş üzvlərindən yaradılmışdır. Partiya UDRP proqramını bərpa etmiş və heyəti əsasən o dövrün bütün Ukrayna partiyalarının ən yaxşı peşəkar kadrlarına malik olan, milli-mədəni işlərlə məşğul olan ziyalılardan ibarət idi. Partiyanın adı daha çox dövrün ruhuna hörmətlə yanaşırdı, əslində mühafizəkarlıq mövqelərində dayanmış, federalizmi dövlətlərarası münasibətlərin və mərkəzləşdirilməmiş inzibati quruluşların qlobal forması kimi başa düşmüşdür. Sergey Yefremov USFP-nin sədri seçilmişdir. Partiyanın rəhbərləri bunlar idi: A. Nikovski, Mərkəzi Komitənin üzvləri A. Şulgin, P. Stebnitski, V. Prokopoviç, Kiyev və Baş Komitələrin üzvü A. Vyazlov, partiya katibi O. Andreyevskaya, və İ. Şraq , A. Lototski, İ. Mirnı, V. Bidnov, F. Matuşevski, M. Kuşnir, V. Şeluxin və başqaları. USFP-nin çap orqanı gündəlik "Novaya Rada" qəzeti olmuşdur. Qəzetin redaktorları A. Nikovski və S. Yefremov idi. V. Vinniçenkonun dövründə Ukrayna Mərkəzi Radası dövründə onun hökumətinə S. Yefremov, A. Şulqin, A. Lototski, P. Stebnitski, İ. Mirnı, sonralar V. Qoluboviç hökumətinə – S. Şeluxin, V. Prokopoviç, A. Lototski, İ. Feşçenko-Çopovski olmuşdur.
Ukraynada LGBT hüquqları
Ukraynada lezbiyan, gey, biseksual və transgender (LGBT) insanlar qeyri-LGBT vətəndaşların qarşılaşmadığı hüquqi problemlərlə üzləşə bilirlər. Konsensual yetkinlik yaşına çatmış şəxslər arasında qeyri-kommersiya xarakterli cinsi fəaliyyət Ukraynada qanunidir, lakin üstünlük təşkil edən sosial münasibətlər çox vaxt LGBT insanlara qarşı dözümsüzlük göstərir və eyni cinsli cütlüklər heteroseksual cütlüklərdə olan mövcud hüquqi vasitələrin heç birinə sahib deyillər. 2010-cu ildə Avropada aparılan araşdırmada, sorğuda iştirak edən ukraynalıların 28%-i LGBT insanların azad və istədikləri kimi yaşamalı olduğu fikrində idilər . 2017-ci il sorğusu göstərdi ki, ukraynalıların 56%-i geylərin və biseksualların bərabər hüquqlardan istifadə etməli olduğuna inanır ki, bu da ictimai rəydə əhəmiyyətli dəyişiklik olduğunu göstərdi . 2015-ci ildə Ukrayna parlamenti cinsi oriyentasiya və gender kimliyi ilə bağlı ayrı-seçkilik ilə mübarizə haqqında qanunu təsdiqlədi və 2016-cı ildə Ukrayna hakimiyyəti transgenderlər üçün transgender keçid prosesini yüngülləşdirdi və gey, biseksual kişilərə qan verməyə icazə verməyə başladı. 2019-cu ilin may ayında Beynəlxalq Lesbiyanlar və Geylər Assosiasiyasının (ILGA-Avropa) Avropa bölməsi özünün "Göy qurşağı Avropası" reytinqində Ukraynanı 49 Avropa ölkəsi arasında 34–35-ci yerə uyğun bilmişdir . Ukrayna Ailə Məcəlləsinin 21-ci maddəsi yalnız kişi və qadın arasında nikahı təmin edir, eyni zamanda, nikahın qeydə alına bilməyəcəyi 26-cı maddədə sadalanan səbəblər siyahısında ər-arvadın eyni cinsi göstərilmir. Ukrayna Konstitusiyasının 51-ci maddəsində deyilir ki, nikah kişi və qadının könüllü razılığı əsasında bağlanır . 13 iyul 2022-ci ildə BBC yayımladığı xəbərdə qeyd edilirdi ki, eynicinsli nikahların hüquqiləşdirilməsini tələb edən petisiya prezidentin təklifi nəzərdən keçirməsi üçün kifayət qədər imza toplayıb. Eynicinsli nikahların tanınmamasının əsgərliyə gedən LGBT insanlar üçün problemlər yaratdığı bildirilir.
Ukraynanın Azadlığı Uğrunda İttifaq işi
"Ukraynanın Azadlığı Uğrunda İttifaq" işi (ukr. Процес «Спілки визволення України») — 1920-ci illərin axırlarındaUkrayna SSR Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən SSRİ-nin mərkəzləşdirilmiş repressiv siyasəti çərçivəsində Ukrayna elmi ziyalılarını nüfuzdan salmaq məqsədilə başladılmış uydurulmuş antisovet təşkilatı haqqında məhkəmə işi.. İş üzrə təqsirləndirilən şəxslərin Birinci Dünya müharibəsi illərində həqiqətən də mövcud olmuş Ukraynanın Azadlığı Uğrunda İttifaq (UAUİ) ilə heç bir əlaqəsi yox idi. 1930-cu ildə keçirilən məhkəmə işi zamanı UAUİ "üzvləri"nə görə 474 nəfər repressiyaya məruz qalmışdır. 15 nəfər ölüm cəzasına məhkum olunmuş, 192 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, 87 nəfər Ukrayna hüdudlarından kənara deportasiya olunmuş, 3 nəfər şərti cəzaya məhkum edilmiş, 124 nəfər cəzadan azad olunmuşdur. akademik Sergey Yefremov (Ümumukrayna Elmlər Akademiyasının vitse-prezidenti), hüquqşünas Zinoviy Morqulis (Ümumukrayna Elmlər Akademiyasının elmi işçisi), ilahiyyatçı Vladimir Çexovski (Ukrayna Sosial Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Ukrayna Xalq Respublikasının Baş naziri, ilahiyyatçı və Ukrayna Avtokefal Pravoslav Kilsəsi Kanonikin lideri), pedaqoq Vladimir Durdukovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), tarixçi İosif Germayze (Kiyev Xalq Təhsili İnstitutunun professoru, UKSFP-nin keçmiş üzvü), ədəbiyyatşünas və yazıçı Andrey Nikovski (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü və UXR-nin Xarici İşlər naziri), yazıçı Lyudmila Staritskaya-Çernyaxovskaya (Ukrayna Sosialist-Federalistlər Partiyasının keçmiş üzvü), yazıçı Mariya Proxorova (teatr xadimi, Kiyev gimnaziyalarında xarici dillər müəllimi), Professor Aleksandr Çernyaxovski (alim histoloq, Kiyev Tibb İnstitutunun professoru), Akademik Mixail Slabçenko (tarixçi, Odessa Xalq Təhsili İnstitutunun professoru, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), professor Vasili Doqa (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının üzvü, Ümumukrayna Elmlər Akademiyasının professoru), müəllim Aleksandr Qrebenetski (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vsevolod Qantsov (Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü), dilçi Qriqori Qoloskeviç (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi Vadim Şarko (Kiyev Kooperativ İnstitutunun professoru, Ümumukrayna Elmlər Akademiyasının Ukrayna Elmi Dili İnstitutunun redaktoru), həkim Mykola Kudritsky (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı, Ukrayna Sosial Demokrat Fəhlə Partiyasının keçmiş üzvü, Kiyev Tibb İnstitutunun professoru), mama-ginekoloq Aleksandr Krupski (Ümumukrayna Elmlər Akademiyasının tibb bölməsinin üzvü, tibb elmləri doktoru, professor, dünyada ilk dəfə ukrayn dilində tibbi əsərlərin müəllifi), dilçi Qriqori Xolodnı (Ümumukrayna Elmlər Akademiyasının tədqiqatçısı), dilçi-leksikoqraf Mixail Krivinyuk (USDP üzvü), Nikolay Pavluşkov (Kiyev Xalq Təhsili İnstitutunun tələbəsi, sovet hakimiyyəti onu Ukrayna Gəncləri İttifaqının qurucusu hesab edirdi), Vasili Matuşevski (Kiyev İncəsənət İnstitutunun tələbəsi), Boris Matuşevski (Kiyev Xalq Təhsili İnstitutunun məzunu).

Digər lüğətlərdə