ULAN

is. [pol., əsli türkcədən] tar. Çar Rusiyası ordusunda və bəzi xarici ordularda yüngül süvari əsgəri, ya zabiti. Ulan polku.
– Doğrudan da, nahar yeyilən kimi uzunbığlı və mahmızlı yerölçən Şmidt və kapitanispravnikin bu yaxınlarda ulan hissəsində qulluğa girmiş on altı yaşlı oğlu gəlib çıxdı. Puşkindən.
İstiraja durur Qozluğun üstə; Ulan kazakları burda on dəstə. H.K.Sanılı.

ULAMAQ
ULARTI

Значение слова в других словарях