ULDUZLU

sif. Ulduzlarla örtülü, ulduzlarla dolu, çoxlu ulduz olan. Ulduzlu göy.
– Sərin və ulduzlu bir gecə idi. A.Şaiq.
Ulduzlu ayaz gecə Muğanın üstünü almışdı. M.İbrahimov.

// Üstündə ulduzaoxşar şəkil, ya naxışları, bəzəkləri olan. Ulduzlu dəsmal. Ulduzlu parça.
// Üstündə ulduz nişanı olan. Ulduzlu təyyarə.
– Ulduzlu şahinlər indi məzar qoxusu gətirən kor bayquşları ovlamaq üçün bu gecə qalxmışdılar. S.Rəhimov.

ULDUZAOXŞAR
ULDUZNİŞAN

Digər lüğətlərdə