umac-əriştə

umac-əriştə
umac
umacaq
OBASTAN VİKİ
Umac
Umac - Azərbaycanın milli yeməyi. Un - 50 q, Ərinmiş yağ - 20 q, Yumurta - 1 ədəd, Baş soğan - 18 q, Nanə qurusu- 1,0 q Zəfəran - 0,1 q Duz Unun üstuna duzlu su ilə çalınmış yumurta çələnir və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib, artıq undan azad edilir və qaynar bulyona tökülərək, arası kəsilmədən qarışıdırılır. Süfrəyə verildikdə umaca zəfəran şirəsi vurulur, üstünə nanə səpilir.
Əriştə
Əriştə — undan (məsələn, buğda, düyü və ya qarabaşaq unundan) hazırlanan әrzaq (xәmir mәhsulu). Əriştə hazırlamaqdan ötrü xәmiri kündәlәyir, oxlovla yuxayayanda nazik lavaş kimi yayıb, sonra üst-üstә qatlayıb zolaq (dilim) şәklindә kәsirlәr. Əriştə müxtəlif ölkələrin mətbəxlərinin (məsələn, Çin, İtaliya və s.) vacib hissəsidir. Azәrbaycanda əriştədәn müxtәlif xörәklәr: әriştәli isti duru xörәk, әriştәaşı, әriştәçilov, әriştәplov vә s. hazırlanır. Əriştәaşı bişirmәk üçün әvvәlcәdәn Əriştə kәsilib qurudulur vә sacda qovrulur, sonra qaynar suda bişirilib aşsüzәndәn keçirilir, yağ töküb dәmә qoyulur. Əriştәaşına müxtәlif xuruş da әlavә edilir. Anadoluda qışlıq yemək olaraq istehlak edilər. Şorbasından makaronuna qədər bir çox şəkildə istehlak edilər. Əriştənin yazılı mənbələrində ən erkən qeydi Şərqi Han dövrünə (b.e.