UN-AMERICAN

un-American

adj Amerikanın əleyhinə; ~ activity Amerikanın əleyhinə fəaliyyət; ~ Activities Committee Amerika əleyhinə olan fəaliyyəti tədqiq edən komitə

UMPTEEN
UNABASHED
OBASTAN VİKİ
UN
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Ko Un
Ko Un— (kor. 고은; 1 avqust 1933, Günsan[d], Yaponiya imperiyası) — Koreya şairi və nasiri, ictimai xadim, insan hüquqları müdafiçəsi == Həyatı == Cənubi Koreya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ko Un 1933-cü ilin avqust ayının 1-də Koreya Respublikasının Jeonlabukdo əyalətinin Gunsan şəhərində anadan olmuşdur. Koreya müharibəsində böyük çətinliklərlə üzləşmişdir. 1952-ci ildə — on səkkiz yaşında buddist rahibi olmuşdur. 1957-ci ildə başqa bir rahiblə Buddist təmayüllü qəzet qurmuş və onun baş redaktoru olmuşdur. Həmin qəzetin səhifələrində ilk şeir və esselərini dərc etmişdir. 1958-ci ildə görkəmli şair Ço Çi Xunun tövsiyəsi ilə "Müasir ədəbiyyat" ədəbi toplusunda dərc olunan həcmcə kiçik "Vərəm" adlı şeiri ilə ədəbiyyat aləminə qədəm qoymuş, ilin şairi seçilmişdir. 1962-ci ildə Ko Unun ilk şeirlər toplusu olan "Özgə dünya həssaslığı" kitabı nəşr edilir. Bu dönəmdə o, nəinki Buddist dairələrdə, həmçinin ədəbi mühitdə kifayət qədər tanınırdı. O, Çondung məbədinin baş rahibi, sonra təhsil direktoru və Haein məbədinin rəhbəri vəzifəsini icra etmiş və nəhayət Milli Rahiblər Birliyi Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
UN-SPIDER
UN-SPIDER (United Nations Platform for Space-based Information for Disaster Management and Emergency Response) (azərb. Birləşmiş Millətlər Təşkilatının Fəlakətlərin İdarə Edilməsi və Fövqəladə Müdaxilə üçün Kosmik Əsaslı Məlumat Platforması‎) ― hədəfi kosmos əsaslı məlumatlara və fəlakətlərin idarə olunması məlumatlarına universal girişi təmin etməkdir. Fəlakətləri idarəetmə mərkəzləri ilə kosmik komitələr arasında bir körpü rolunu oynayır. 14 dekabr 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə qurulan UN-SPIDER-in missiyası "bütün ölkələrə və regional və beynəlxalq təşkilatlara giriş imkanı verən və fəlakətlə əlaqəli bütün kosmik məlumat sistemlərinin tutumunu artırmaqdır". == Təşkilat və quruluşu == === Ofislər === Vyananın xaricində (UNOOSA-nın baş ofisi olduğu yer) Almaniya (Bonn) və Çində (Pekin) ofisləri mövcuddur. Vyana BonnUN-SPIDER Bonn ofisi 2007-ci ilin oktyabrında Almaniyanın Texnologiya və İqtisadiyyat Nazirliyinə (BMWi) və Almaniya Kosmik Mərkəzinə (DLR) dəstək olmaq üçün yaradılmışdır. Bonn ofisinin vəzifələri, bütün müvafiq məlumatların fəlakətlərin idarə edilməsi və fövqəladə hallar və humanitar yardım təşkilatları üçün asan və əlçatan etməsidir. PekinPekin ofisi 9 noyabr 2010 tarixində fəaliyyətə başlamışdır. == Fəaliyyətləri == SpaceAid Sosial dəstək və potensialın artırılması Horizontal təşkilat Texniki Məsləhət Dəstəyi Arxivləşdirilib 2011-05-27 at the Wayback Machine == Kosmik Texnologiyalar və Fəlakətlərin İdarəedilməsi == İqlim dəyişikliyi ilə təbii fəlakətlərə qarşı həssaslıq artır və eyni zamanda bunun dünya əhalisinin üzərinə təsir dərəcəsi də sürətlə artır. Zəlzələlər, daşqınlar, qasırğalar və digər təbii fəlakətlər cəmiyyətə böyük ziyan vurur və milli iqtisadi sistemə əlavə böyük bir yük verir.
"Sədərək" un dəyirmanı
"Sədərək" un dəyirmanı — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yeyinti sənaye müəssisəsi. == Haqqında == 2004-cü ildə istifadəyə verilmişdir. Gündəlik istehsal gücü 15 t-dur.
Kim Un-Mi
Kim Un-Mi (d. 17 noyabr 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Un-Mi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Li San-Un
Li San-Un (d. 5 mart 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li San-Un Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Li San-Un Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Li San-Un Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Li Un-Bi
Li Un-Bi (d. 23 noyabr 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Nam Un-Yon
Nam Un-Yon (d. 20 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Nam Un-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
O San-Un
O San-Un (13 aprel 1977, Tequ) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == O San-Un Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub. Daha sonra O San-Un Cənubi Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. O San-Un Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Daha sonra O San-Un Cənubi Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub.
Yu Un-Hu
Yu Un-Hu (d. 24 fevral 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yu Un-Hu Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Yu Un-Hu Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Ça Un-vu
Lee Dong-min (kor. 이동민; 30 mart 1997), peşəkar olaraq Cha Eun-woo (kor. 차은우) kimi tanınan Cənubi Koreyalı müğənni, aktyor və "Fantagio" şirkətinin adı altında modeldir. Cənubi Koreyanın Astro oğlan qrupunun üzvüdür. == Erkən həyat == Ça Unvu 30 mart 1997-ci ildə Kyonqido vilayətinin Qunpo şəhərində anadan olub. Ça Suri Orta Məktəbində, sonra Suri Liseyində oxuyub. 2016-cı ildə Hanlim Multi İncəsənət məktəbini bitirib. O, hazırda "Sungkyunkwvn" Universitetində ifaçılıq sənəti ixtisası üzrə təhsil alır. == Karyera == === 2013–2015: Karyera başlanğıcı === Ça "My Brilliant Life" filmində kiçik rolla aktyor kimi debüt etdi. 2015-ci ilin avqustunda Ça, Astro-nun digər üzvləri ilə birlikdə "To Be Continued" veb-dramasında iştirak etdi.
Ço Un-Hi
Ço Un-Hi (d. 20 may 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Ço Un-Hi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Çun Un-Hi
Çun Un-Hi (d. 1 may 1977) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Çun Un-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
American Broadcasting Company
American Broadcasting Company (ABC) — Amerikada yaranmış və Disney–ABC Television Group-un nəznində fəaliyyət göstərən İngilis dilli kommersiya yayım kanalıdır. 2007-ci ildə ABC Radio Citadel Broadcasting şirkətinə satıldıqdan sonra kanal öz yayımını azaltdı və televiziya verlişləri və serialları kanalına keçdi. == Tarixi == ABC ilk dəfə olaraq 12 oktyabr 1943-cü ildə radio studiyası kimi açılıb və Edvard Nobl tərəfindən alınmış NBC Blue Network kompaniyası ilə əvəzləndi. Hazırda ABŞ-də ən böyük kanallardan biridir. == Şüarları == The New ABC (1963–64) Wild World of Entertainment (1964–65) Turn on the Excitement! (1965–66) Seven Nights to Remember (1966–67) A Very Special Reason (1967–68) Find Your Own Thing (1968–69) Meet Us in September (1969–70 Let’s Get Together (1970–71) This is the Place to Be (1971–74) You & Me and ABC/What You See on ABC This Fall/Hello, America (1974–75) Welcome to the Bright New World of ABC (1975–76) Let Us Be the One (1976–77) Still the One (1977–78) and (1979–80) We’re the One! (1978–79) You & Me and ABC (1980–81) Now is the Time, ABC is the Place (1981–82) Come On Along with ABC (1982–83) That Special Feeling (1983–84) We’re With You on ABC (1984–85) You’ll Love It! (1985–86) Together (1986–87) Something’s Happening (1987–90) America’s Watching ABC (1990–92) It Must Be ABC (1992–93) Watched by more people than any other network (1993–94) The American Broadcasting Company (1994–95) Get with the Program!
American General Center
American General Center — Texas ştatının Hyuston şəhərində yerləşən bir neçə ofis binasından ibarət olan kompleksdir. Binada 42 mərtəbə var, hündürlüyü 180 metrdir. Tikintisi 1983-cü ildə başa çatmışdı. Şəhərdə hündürlüyünə görə 19-cu yeri tutur.
American Motors Corporation
American Motors Corporation (AMC) — 1954-cü ildə Nash-Kelvinator Korporasiyası və Hudson Motor Avtomobil Şirkətinin birləşməsi ilə qurulmuş amerikan avtomobil şirkəti olmuşdur. Bu ittifaq həmin dövr üçün amerikan tarixində ən böyük korporativ birləşmə olmuşdur. AMC-nin Chrysler şirkətinə satılması ilə bağlı danışıqlara 1985-ci ildə başlanmış, 1987-ci ilin 9 mart tarixində Chrysler AMC-nin Renault aksiyalarını, həmçinin yerdə qalan bütün aksiyalarını 1.5 milyard ABŞ dolları müqabilində satın almışdır. == AMC sərnişin maşınları == Subkompakt 1955–1962: Metropolitan* 1970–1978: AMC Gremlin** 1979–1983: AMC Spirit 1981–1983: AMC Eagle (SX/4 və Kammback) 1983–1987: Renault Alliance – Renault 9 bazasında. 1984–1987: Renault Encore – Renault 11 bazasında.* – Metropolitan modeli Nash tərəfindən 1954-cü ildə təqdim olunub.** – Gremlin şirkətin ilk müasir subkompakt modelidir. Kompakt 1955–1956: Nash Rambler/Hudson Rambler 1957: Rambler Six/Rambler Rebel 1958–1969: Rambler American/AMC Rambler 1968–1970: AMC AMX 1968–1974: AMC Javelin 1970–1977: AMC Hornet 1975–1980: AMC Pacer 1978–1983: AMC ConcordKrossover 1980–1988: AMC EagleOrta ölçülü 1958–1960: Rambler Six/Rambler Rebel 1961–1966: Rambler Classic 1958–1964: Rambler Ambassador (1958–1962 həmçinin "Ambassador by Rambler" adlanır) 1965–1966: Rambler/AMC Marlin 1967–1970: Rambler/AMC Rebel 1971–1978: AMC MatadorTam ölçülü 1955–1956: Hudson Wasp 1955–1956: Nash Statesman 1955–1957: Hudson Hornet 1955–1957: Nash Ambassador 1965–1974: Rambler/AMC Ambassador 1967: AMC Marlin 1988–1992: Eagle Premier == Kolleksiya yararlılıq == AMC-nin bəzi modelləri hobbiçilər tərəfindən kolleksiya ediləbilən hesab olunur, bu siyahıya Javelin, AMX, həmçinin 1957 Rambler Rebel, 1965–67 Marlin, 1969 Hurst SC/Rambler, 1970 Rebel Machine və 1971 Hornet SC/360 aid edilir. Bu modellərin istehsalı az məşhurluq tapdığına görə məhdud sayda buraxılmışdır. === Hot Rod Magazine bərpa haqqında 1 aprel zarafatı === 2008-ci ilin aprel ayında Hot Rod Magazine jurnalı məqalə buraxaraq American Motors şirkətinin bərpa olunacağı barədə xəbər yaymışdır.
American Music Award
American Music Award (AMA) — ABŞ-də ən əsas musiqi mükafatlarından biridir. American Music Awards — 1973-cü ildə, Grammy mükafatına alternativ olaraq, Dik Klark tərəfindən təsis edilib. Mükafat internet-səsvermənin nəticələri əsasında təqdim edilir. Hesab edilir ki, bu cür seçim hər bir ifaçının məşhurluğunun real səviyyəsini ən obyektiv şəkildə əks etdirir. Namizədlər disklərinin satış göstəriciləri, videokliplərinə baxış, qastrol və konsertlərin sayına, həmçinin sosial şəbəkələrdə fəallıqlarına əsasən müəyyən edilir. American Music Awards mükafatı pop-rok, soul/R&B, kantri, rep-hip/hop və ümumilikdə, səkkizdən artıq musiqi janrı üzrə təqdim edilir.
North American Aviation
North American Aviation (NAA), mərkəzi qərargahı ABŞ-də yerləşən təyyarə istehsalı ilə məşğul olan şirkət idi. 1928-ci ildə yaradılıb, 1967-ci ildə North American Rockwell şirkətinin bir parçası olmuşdur. Hal-hazırda Boeing şirkətinin bir parçasıdır.
Shelby-American Inc
Shelby America; 1962-ci ildə Carroll Shelbynin əfsanəvi 289 Cobra modelini buraxmasıyla ortaya çıxan markadır. 1964-cü ildə Carroll Shelbynin standart bir Ford Mustangı yüksək performanslı bir maşın halına gətirmək istəyi, müasir dövrün Amerikan kult “Hot Road” maşınlarından biri hesab olan Shelby Mustang GT 350-in yaradılmasına səbəb olmuşdur. GT 350, 1965, 1966 və 1967-ci illərdəki Amerika SCAA yarışlarında birinci yeri qazanmışdır. Bu gün Ford və Shelby şirkətləri müştərək işləyirlər. Ən məşhur məhsulları olan Mustang GT, Amerikanın ən populyar idman avtomobillərindən biridir. Ford və Shelby tərəfdaşlığı, Fordun əfsanəvi modeli “GT”-nin dirilməsində böyük rol oynamışdır. Shelbinin istehsal etmiş olduğu ən sonuncu avtomobil Ford Shelby Cobra olmuşdur.
Mes que un club
Mes que un club (azərb. Bir klubdan daha artıq‎) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir. == Tarixi == İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır.İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır".17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır. 1973-cü ildə şüarın tanınmasına səbəbkar Nou Kampda Avropa XI və Amerika XI komandalarının görüşü zamanı təbliğat aparan Xavier Koma olmuşdur. Onun təbliğatı bütün katalon qəzetlərində peyda olmuşdur: "Barselonanın tarixi və fəaliyyətini hər hansı bir futbol klubunun qarşılaşdıqları ilə eyniləşdirilə bilməz".Bir neçə həftə sonra "Barselona" klubunun prezidenti Aqusti Montal Kosta "Bir klubdan daha artıq" şüarı ilə klubun prezidentlik seçkilərində iştirak etməyə başlamışdır.
Vroom-un gözlənti teoriyası
Vroom- un gözlənti teoriyasına əsasən bir işçi ona verilən tapşırığı yerinə yetirdikdə, onların fikirlərinə aşağıdakılar təsir edir: Tapşırığı yerinə yetirmə ehtimalı Tapşırığı yerinə yetriməyin mümkün nəticəsi Gözlənti teoriyasına görə fərdlər özlərinə xeyir verəcək və ya zərəri azaldacaq fəaliyyətləri seçirlər. Bu teoriyaya əsasən “məqsəd” fərdlər üçün önəmli deyildir, əksinə həmin məqsədə çatanda, önəmli olan çatdıqları məqsədin onlar üzərində formalaşdırdığı təsirdir. İşçilərin fikirlərinə təsir edən faktorlar: Vroom-un gözlənti teoriyasına görə fikirlər aşağıdakı faktorlar tərəfindən təsir altına düşür: Gözlənti – Fərd özü tapşırığı yerinə yetirə biləcəyinə inanır? Dəyərlik – Tapşırığı yerinə yetirdiyi təqdirdə fərd üçün xeyir və ya zərərli olacağını anlayır? İnstrumentallıq – Tapşırığı yerinə yetirərkən fərd tərəfindən tapşırığın arzulanan nəticəyə çatmasının ehtimalı nə qədərdir? Gözlənti (Subyektiv Ehtimal) Gözlənti bir fərdin tapşırığı yerinə yetirəcəyi ilə bağlı inancıdır. Buna təsir edən bir sıra faktorlar: – Tapşırıq üçün ehtiyac olunan bacarıqlar – Həmkar və rəhbərlərin dəstəyi – Təchizat və ləvazimatlar – Uyğun informasiyaya çıxış Gözləntiyə təsir edən faktorlardan biri də əvvəlki iş təcrübəsidir. Əgər əvvəlki təcrübələrdə tapşırıq uğurla yerinə yetirilibsə, gözlənti yüksək olacaqdır, əgər əksi olmuçdursa, o zaman gözlənti aşağı olacaqdır. Dəyərlilik (Şəxsi Xeyir/Şəxsi Zərər) Dəyərlilik – bir işçinin tapşırığı yerinə yetirdikdə, onun nəticəsinin hansı səviyyədə bilməsini ölçür. Əgər tapşırığı yerinə yetirmə, fərd tərəfindən arzuladığı nəticə verirsə, o zaman dəyərlilik pozitiv olur.
Zeb-un Nisə Bəyim
Zeb-un Nisə Bəyim (d. 15 fevral 1658 - 26 may 1702) — ana tərəfindən Səfəvi sülaləsinə mənsub olan moğol şahzadəsi. O, Böyük Moğol imperiyasının imperatoru I Övrəngzibin əsas arvadı və imperatriçası Dilras Banu Bəyim Səfəvinin evliliyindən dünyaya gəlmişdir. O, həmçinin şair olmuş və Məxfi təxəllüsü altında şerlər yazmışdır.Ömrünün son 20 ilini atasının əmri ilə həbs edildiyi Səlimgarh qalasında keçirmişdir. Yazdığı şerlər ölümündən sonra toplanaraq Məxfi divanı adı altında yayımlanmışdır. == Həyatının erkən dövrü == === Dünyaya gəlməsi === Onun adınnı mənası "Qadının Gözəlliyi" anlamına gəlir. O, o zaman şahzadə olan Mudi-un-din (sonralar I ÖVrəngzib) ilə Dilras Banu Bəyimin ailəsində 15 fevral 1638-ci il tarixində Dəkkənin Dövlətabad şəhərində dünyaya gəlmişdir. Onun anası Dilras Banu Bəyim Övrəngzibin ilk və əsas arvadı idi və görkəmli Səfəvi sülaləsinə mənsub idi. Dilras Banu Bəyimin atası olan Bədiüzzaman Mirzə Səfəvinin ulu babası I İsmayıl idi. Zeb-un Nisə atasının sevimli qızı idi və buna görə də, tez-tez atasından fərqli insanları bağışlamasını istəyirdi.
Zinət-un Nisə Bəyim
Zinət-un Nisə Bəyim (5 oktyabr 1643, Övrəngabad – 7 may 1721, Dehli) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan birinci və əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gələn ikinci qız şahzadə. O, atası tərəfindən fəxri titul olan Padşah Bəyim titulu ilə təltif edilmişdir. == Həyatı == Zinət-un Nisə Bəyimimn adının mənası "Qadınlar arasındakı zinət" deməkdir. O, 5 oktyabr 1643-cü ildə Övrəngabad şəhərində dünyaya gəlmişdir. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi. Zinət-un Nisə dünyaya gəldiyi zaman moğol imperatoru onun babası və V moğol hökmdarı olan Sultan Şahcahan idi.
Zubdat-un Nisə Bəyim
Zubdat-un Nisə Bəyim (2 sentyabr 1651, Multan, Britaniya Hindistanı – 17 fevral 1707, Dehli) — Böyük Moğol imperatoru I Övrəngzibin üçüncü qızı və moğol şahzadəsi. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub olmuş və I İsmayılın soyundan gəlmişdir. == Həyatı == Zubdat-un Nisə Bəyim 2 sentyabr 1651-ci ildə Multanda dünyaya gəlmişdir. Bu zaman onun atası Övrəngzib hələ şahzadə idi. Ana Dilras Banu Bəyim olmuşdur. Yaxşı təhsil almış olan Zubdat İslam dininin təməl doktrinası üzərinə mükəmməl təhsil almışdı.Zubdat özünün əmisinin oğlu Şahzadə Sipihr Şükuhla 30 yanvar 1673-cü ildə evlənmişdir. Şahzadə Sipihr Şükuh Zubdatın böyük əmisi vəliəhd şahzadə Dara Şükuh və Nadirə Banu Bəyimin üçüncü oğlu idi. Evlilik qarşılığında ona 400 min rupu pul verilmişdi. Onların toy mərasimi Həmid Banu Bəyim tərəfindən təşkil edilmişdi. 1676-cı ildə Zubdat ilk oğlunu dünyaya gətirdi və oğlana Şahzadə Əli Təbər adı verildi.
American Life (Madonna albom)
American Life Madonnanın doqquzuncu studiya albomu. 22 aprel 2003 ildə Maverick Records tərəfindən nəşr olundu və Warner Bros Records tərəfindən dağıdıldı.
баскетболи́стка бодхиса́тва вгусту́ю возобнови́ться заве́рка клубни́стый Со́лнечный газо́новый климато́лог оголода́вший отда́ча приползти́ ре́йнджер кокаин локомотив averment get through modernist saccade sleigh-dog umber археология вольноотпущенница официальный подделывать