UNİVERMAQ

сущ. универмаг (универсальный магазин). Uşaq univermağı детский универмаг, univermağın şöbələri отделы универмага, univermağın satıcıları продавцы универмага
UNİTAZ
UNİVERSAL
OBASTAN VİKİ
Köhnə univermaq
Tağıyev pasajı — Bakıda XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş ticarət mərkəzi. Tağıyev pasajının binası 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə tikilmişdi. Bina arxitektor Kazimir Skureviçin proyekti əsasında klassik üslubda inşa edilmişdir. Tağıyev pasajının yerləşdiyi küçə Olqinskaya adlanırdı. Küçə Qafqaz çanişini (6.12.1862-27.07.1881) Mixail Nikolayeviç Romanovun xanımı knyaqinya Olqa Fyodorovnanın şərəfinə adlandırılmışdı. "Tağıyev pasajında (Köhnə univermaq) Dorojnov hər növ hazır paltar satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar..." Tağıyev pasajı Sovet İttifaqı zamanında “Köhnə univermaq” və ya Bakı Universal Mağazası (BUM) adlanırdı. Hal-hazırda həmin binada bir neçə brendə aid geyim dükanları yerləşir. Tağıyev pasajının yerləşdiyi Olqinskaya küçəsi Sovet İttifaqı zamanında Caparidze küçəsi adlanırdı. İndi isə həmin küçə Məmməd Əmin Rəsulzadənin adını daşıyır.
Mərkəzi univermaq (Rostov-na-Donu)
Mərkəzi univermaq - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 46/30 ünvanında yerləşən bina. Bina 1910-cü ildə inşa edilmişdir. Mərkəzi univermaq regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Hazırda Rostov mərkəzi univermağı kimi tanınan bina XX əsrin əvvəllərində Q. Q. Pustovoytovun ticarət binası olaraq tanınırdı. O, şəhərdə mesenat olaraq tanınırdı. Bina isə 1910-cu ildə inşa edilmişdir. Binanın layihə rəhbəri Е. М. Qulin olmuşdur. Bina şəhərin tarixi hissəsində yerləşir. Bina Bolşoy Sadovnaya küçəsi və Budyonnovski xiyabanının birləşdiyi hissədə yerləşir. İlk əvvəldən bu binanın icarəyə götürüləcəyi bəlli idi.

Digər lüğətlərdə