UNUTMAQ

f.
1. Yaddan çıxarmaq, yadından çıxmaq, xatirindən çıxmaq (çıxarmaq).
Nə oldu bülbülə kim, qıldı gülüstan tərkin? Unutdu güllərini, etdi aşiyan tərkin. X.Natəvan.

// Lazımi anda, yeri gələndə yada salmamaq, nəzərindən qaçırmaq. Yoldan keçərkən bizə baş çəkməyi unutdu.
Gedəndə qapını bağlamağı unutma! – [Süleyman:] Amma bax unutma sən, unutma sən, bizləri sən; Görəndə qaşıqara, gözüqara qızları sən! Ü.Hacıbəyov.

// Nəzərdən (nəzərindən) qaçırmaq. Unutma ki, sabah iclas günüdür. Az qala unutmuşdum.
– Ancaq unutma ki, sənin uşaqların var. M.Hüseyn.
[Muxtar Firəngizə:] Sən böyük bir rayonun rəhbəri olduğunu, təəssüf ki, unudursan. B.Bayramov.

2. Saymamaq, hesablaşmamaq, riayət etməmək. Ədəb qaydalarını unutmaq. Heysiyyətini unutmaq.
3. Təsadüfən yadından çıxararaq bir yerdə qoymaq, özü ilə götürməmək. Stolun açarını unutdum, evdə qoydum.
◊ Duz-çörək unutmaq – nankorluq etmək, nankor olmaq, edilən yaxşılığı yadından çıxarmaq.
Özünü unutmamaq – özünü yaddan çıxarmamaq, öz xeyrini əldən buraxmamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UNUTMAQ UNUTMAQ [Sona:] Çoxunu, əlbəttə, unutmuşam; fəqət bunu çox sevdiyimdən unutmamışam (N.Nərimanov); HUŞUNDAN ÇIXMAQ Birdən qabaqdan bir güllə açıldı
  • UNUTMAQ yadırğamaq

Antonimlər (əks mənalı sözlər)

  • UNUTMAQ UNUTMAQ – XATIRLAMAQ Yenə hər şeyi unutdu (Mir Cəlal); Pəri xala bir az da cəsarətləndi, müəllimlərin xahişini xatırladı (M

Etimologiya

  • UNUTMAQ Mənbələrdə unamaq feili “bilmək” mənasında açıqlanıb (indi də dialektlərdə bu mənada işlədilir); unumaq (indi müstəqil işlədilmir) feili isə “bildiyin
UNUTMA
UPUZUN

Digər lüğətlərdə

лели окрести́ться отпали́ть перетопи́ть пластови́дно полифони́ческий сдуре́ть сослужи́ть гардемари́нский компо́стер неи́стово проём ро́стра beggarhood ignominious managerial revolution Nebo outgoer record adjustment trot along набелиться обстреливать приобщить профработа щёголь