UP

up1

adj 1. böyük şəhərə / mərkəzə / şimala gedən (avtobus, qatar və s. haq.); an ~train etc. paytaxta gedən qatar və s.; the ~ line d.d. paytaxta gedən dəmiryol xətti; 2. böyüyən; artan; the ~ trend inkişaf / böyümə meyli

up2

v (-pp-) 1. qaldırmaq; artırmaq; to ~ a box qutunu qaldırmaq; I want him to up my fee Mən istəyirəm ki, o mənim qonorarımı artırsın; 2. yerindən atılmaq / qalxmaq; He upped and struck me O, yerindən atılıb məni vurdu;

◊ to ~ with one’s hand əlini qaldırmaq; to ~ and down qalxmaq və enmək

up3

adv 1. yuxarı; to carry the box ~ qutunu yuxarı qaldırmaq; Lift your head up Başını / Başınızı yuxarı tut / tütün; Hands up! Əllər yuxarı! 2. içərisinə; The army marched up the country Ordu ölkənin içərisinə daxil oldu / yeridi; 3. yuxarıda; What is he doing up there? O, yuxarıda nə edir?; to get ~ durmaq (yataqdan); to stand ~ qalxmaq (ayağa); 4. yaxınlaşma (bir yerə); The car drove up Maşın yaxınlaşdı

up4

prep 1. Hərəkətin aşağıdan yuxarı istiqamətini göstərir: to go ~ a ladder nərdivanla qalxmaq; to climb ~ a tree ağaca çıxmaq / dırmaşmaq; 2. Hərəkətin mərkəzə tərəf istiqamətini və ya hər hansı bir əşya boyunca getdiyini bildirir: Azərbaycan dilinə ilə, boyunca sözləri ilə tərcümə edilir: to walk ~ the street küçə ilə mərkəzə getmək, küçə boyunca getmək; to sail ~ the river Thames Temza çayı boyunca üzmək

UNZIP
UP-AND-COMING
OBASTAN VİKİ
Power-up
Power-up (ing. power – güc, up – yuxarı) — videooyunlarda oyun mexanikası olaraq oyunçu personaja müvəqqəti fayda və əlavə bacarıqlar verən əşya. Adətən oyunçunun ona toxunması ilə əldə olunan "power-up" əşyaları bəzən bir neçə əlaqədar əşyanın yığılması ilə də əldə oluna bilər. Populyar mədəniyyətdə öz yerini tapmış ən çox tanınan "power-up" əşyalarına "Pac-Man" seriyasındakı güc kürəcikləri və "Mario" seriyasındakı super göbələk aiddir."Power-up" əşyaları adətən oyun dünyasına ya əvvəlcədən yerləşdirilirlər, ya ixtiyarı şəkildə spaun olurlar, ya döyülmüş düşmənlərdən düşürlər, ya da ki konteyleri qırdıqdan sonra düşürlər. "Power-up" adətən labirint, "shoot 'em up", birinci şəxs atıcı və platforma oyunları kimi döyüşəmeyilli videooyunlarda tapılır. == Tarixi == 1980-ci ildə satışa çıxarılmış "Pac-Man" videooyunu "power-up" mexanikasından istifadə edən ilk videooyun hesab edilir. Oyundakı hər labirintdə dörd güc kürəciyi var, hansı ki, baş qəhrəmana ruhları yemək bacarığını verir. Güc kürəcikləri populyar mədəniyyətdə öz yerini tapmış və videooyunların uşaqlara təsiri ilə bağlı bir zarafata çevrilmişdir.1984-cü ildə satışa çıxarılmış "Sabre Wulf" videooyununda "power-up" əşyaları çiçəklənən zaman sürətlənmə və ölümsüzlük effektlərini verən çiçəklər kimi təqdim olunmuşdur.1985-ci ildə satışa çıxarılmış "Super Mario Bros." video yunu populyar mədəniyyətə daxil olmuş Super göbələyi (ing. Super Mushroom) təqdim etmişdir."Konami" şirkətinin 1985-ci ildə satışa çıxartdığı "Gradius" videooyununda ilk dəfə seleksiya sayğacından istifadə etmişdir. Bu sayğac vasitəsilə oyunçular istədikləri "power-up" əşyalarını aktivləşdirə bilirlər.1986-cı ildən sonra daimi "power-up" əşyaları konsepsiyası döyüş rol videooyunlarına "bacarıq" (ing.
Live It Up
Live It Up (Azərbaycan türkçəsi: Həyatını Yaşa) — 2011 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək olan "Yüksek Sadakat" qrupunun ifa edəcəyi mahnıdır.
Page Up klavişi
Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş dürlü proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla uyarlı) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının “9” klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasındaəsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 627 s.
Shake it up
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Head-up display (geyminq)
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Shake It Up Şekerim
Shake It Up Şekerim — 2007 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə müğənnisi Kənan Doğulu tərəfindən ifa edilmiş mahnı.
Up Where We Belong
Up Where We Belong – An Officer and a Gentleman filminin musiqisi. Mahnının musiqisi Jack Nitzsche və Buffy Sainte-Marie tərəfindən yazılmışdır.
Light Me Up (Gromee mahnısı)
Light Me Up (azərb. Məni aydınlat‎) — Polşanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Gromee və Lukas Meyer "Light Me Up" mahnısı ilə Polşanın Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi Gromee və Lukas Meyerə və sözləri isə Mahan Moin və Kristian Rabba aiddir.
Never Give Up on You
Never Give Up on You (azərb. Səndən əsla imtina etmərəm‎) — Böyük Britaniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Lusi Cons "Never Give Up on You" mahnısı ilə Böyük Britaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı 2013 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olan Emmili de Forest tərəfindən bəstələnmişdir.
From Up on Poppy Hill (anime)
Kokuriko-Zaka Kara (コクリコ坂から, hərfi Kokuriko yamaclarından (fr. coquelicot - lalə gülünün yabanı növü)) — Takahaşi Tedzuranın illüstrasiyaları ilə olan Tetsuro Sayamanın şöco manqası və rejissor Qoro Miyazakinin eyniadlı tammetrajlı anime-filmi. == Manqa == Manqa Kodansha nəşriyyatının "Nakayoshi" jurnalında 1980-ci ilin yanvar ayından avqusta qədər çap olunmuşdur. Nakayoşi imprinti ilə 2 cild sayında çıxmışdır. == Məzmun == Gənc yaşlı Umi beş nəfərlik ailəsinin ən böyük qızıdır. Atasının gəmisi Koreya müharibəsi zamanı minaya düşmuşdü amma Umi onun dönəcəyinə inanır və atasının dönmə ehtimalına qarşı hər gün evlərinin önündəki bayrağı qaldırır. Bu günlərdə də oxuduğu liseyə yeni əmələ gələn bir şagird hərəkatına qatılıb, bir tərəfdən gənc Şuna aşiq olur. Amma onların aralarında heç birinin təxmin edə bilmədiyi fərqli bir bağlılıq ortaya çıxacaq. == Mükafatlar == Film Yaponiyada 4,46 milliard yen (57,81 million dollar) toplamağla 2011-ci ilin ən gəlirli filmi oldu.
Page Up və Page Down klavişləri
Page Up və Page Down klavişləri (bəzən qısaca PgUp və PgDn) iki geniş yayılmış kompüter klaviaturalarıdır. Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda münasib) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının “3” klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş müxtəlif proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla münasibət) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının “9” klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasında əsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var.
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka (ダンジョンに出会いを求めるのは間違っているだろうか, azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil?‎) və ya qısaca DanMachi (ダンまち?) — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 19 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası istehsal olunmuşdur. J.C.Staff studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 4 aprel 2015-ci ildən 27 iyun 2015-ci ilə kimi yayımlanmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2018-ci ilin fevralında ikinci mövsümü və orijinal film adaptasiyası anons edilmişdir.Bundan əlavə "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" adlı spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir. "Sword Oratoria" əsasında 2017-ci ildə anime serialı adaptasiyası çəkilmişdir. == Məzmun == === Dünya === Hadisələr Orario adlı uydurma ölkədə baş verir.
Wake Up (Eliot mahnısı)
Wake Up (azərb. Oyan‎) — Belçikanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Eliot Vassamillet "Wake Up" mahnısı ilə Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikanın "City Lights" mahnısını bəstələyən Pyer Dumulinə aiddir.
David Uplisaşvili
David Uplisaşvili — Azərbaycan Dövlət Mükafatı laureatı, Gürcüstanın əməkdar artisti, Şota Rustaveli adına teatrın aktyoru. == Həyatı == David Uplisaşvili 1946-сı ildə anadan olmuşdur. 1968-ci ildən Rustaveli adına teatrın aktyorudur. 10-a yaxın filmdə çəkilmişdir. "Azərbaycanfilm"in istehsal etdiyi "Ad günü" filmində Əli obrazını yaratmışdır. Azərbaycan Dövlət Mükafatı laureatı, Gürcüstanın Əməkdar Artisti, Şota Rustaveli adına teatrın aktyorudur.
Kate Upton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Qabtali upazilası
Qabtali upazilası (benq. গাবতলী উপজেলা) — Banqladeşin Rayşahi regionunun Boqra əyalətində yerləşən upaziladır. Qabtali upazilası 1914-cü ildə təsis olunmuşdur və 1983-cü ildə upazilaya çevrilmişdir. Upazila onun inzibati mərkəzi olan Upazila şəhərinin adını daşıyır. == Coğrafiyası == Qabtali upazilasının ümumi sahəsi 239,61 kvadrat kilometrə bərabərdir. Upazila Şibqany upazilasından şimalda, Sonatala upazilasından şimalda və şərqdə, Sariakandi upazilasından şərqdə, Dunat upazilasından cənubda, Şayahanpur və Boqra Sadar upazilalalarından qərbdə yerləşmişdir. == Demoqrafiya == 2011-ci ildə Banqladeşdə əhalinin siyahıya alınmasına görə Qabtali upazilasının əhalisini 319588 nəfər təşkil edir. Əhalinin 83411 nəfəri kənd təsərrüfatı ilə məşğul olur. Urbanizasiya səviyyəsi 6.7%-ə bərabərdir. Əhalinin 9.8% -ini 5 yaşından aşağı şəxslər təşkil edir.
Samanta ups! (teleserial)
"Samanta Ups!" (fr. Samantha oups!) — Fransa skeç-komediya janrında teleserialı. == Məzmun == Serial iki rəfiqə qadının: sarışın Samanta Lo və onun ən yaxın rəfiqəsi qaraşın Şantal Matyö haqqında danışılır. Seriala komedik xüsusiyyət vermək üçün, baş rollarda kişilər çəkilib: David Strajmayster (və ya sadəcə "Dudi") Samantanı, Guillaume Carcaud ("Pepe")-ni oynayırlar. == Translyasiya == Serial ilk dəfə France 2 telekanalında 2004-2007-ci illərdə 2 epizod olaraq həftə içi 5 gün, saat 7:50-də efirə verilirdi. Teleserial həmçinin Belçikanın Club RTL və Kanadanın Vrak.TV telekanallarında nümayiş etdirilir. Fransa-Belçikanın RTBF telekompaniyası serialın DVD versiyasını satışa buraxmışdı. == Rollarda == David Straymayster ("Dudi"): Samanta Lo Giyom Karko ("Pepe"): Şantal Matyö === İkincidərəcəli rollarda === "Gîte" formatını verdikdən sonra qatılıb Vincent Jaspard: Bələdiyyə başçısı Julien Cafaro: Baul Marie-Laure Descoureaux: Annabelle Delarinatonière Philippe Spiteri: Simon Quewa Philippe Vieux: Gontrand Eric Bougnon: Adémar Pierre-Yves le Louarn: Daniel Solange Milhaud: Consuella Lee Delong: Aniesca === DVD === Samantha oups ! - 1-ci mövsüm (24 avqust 2005) Samantha oups ! - 2-ci mövsüm (15 fevral 2006) Samantha oups !
Samanta ups! (teleserial, 2004)
"Samanta Ups!" (fr. Samantha oups!) — Fransa skeç-komediya janrında teleserialı. == Məzmun == Serial iki rəfiqə qadının: sarışın Samanta Lo və onun ən yaxın rəfiqəsi qaraşın Şantal Matyö haqqında danışılır. Seriala komedik xüsusiyyət vermək üçün, baş rollarda kişilər çəkilib: David Strajmayster (və ya sadəcə "Dudi") Samantanı, Guillaume Carcaud ("Pepe")-ni oynayırlar. == Translyasiya == Serial ilk dəfə France 2 telekanalında 2004-2007-ci illərdə 2 epizod olaraq həftə içi 5 gün, saat 7:50-də efirə verilirdi. Teleserial həmçinin Belçikanın Club RTL və Kanadanın Vrak.TV telekanallarında nümayiş etdirilir. Fransa-Belçikanın RTBF telekompaniyası serialın DVD versiyasını satışa buraxmışdı. == Rollarda == David Straymayster ("Dudi"): Samanta Lo Giyom Karko ("Pepe"): Şantal Matyö === İkincidərəcəli rollarda === "Gîte" formatını verdikdən sonra qatılıb Vincent Jaspard: Bələdiyyə başçısı Julien Cafaro: Baul Marie-Laure Descoureaux: Annabelle Delarinatonière Philippe Spiteri: Simon Quewa Philippe Vieux: Gontrand Eric Bougnon: Adémar Pierre-Yves le Louarn: Daniel Solange Milhaud: Consuella Lee Delong: Aniesca === DVD === Samantha oups ! - 1-ci mövsüm (24 avqust 2005) Samantha oups ! - 2-ci mövsüm (15 fevral 2006) Samantha oups !
The Uplift Mofo Party Plan
The Uplift Mofo Party Plan — Red Hot Chili Peppersnın ilk studiya albomudur. 29 sentyabr 1987 tarixində yayımlanan albom, EMI/Capitol Records etiketi ilə satışa buraxılmışdır.
Upa
Upa — Xızı rayonunda bir kənd. == Tarixi == Kənd Tat kəndidir. Tarixi çox qədimdir. Burada yaşayan Tatlar tərəfindən Qurulmuşdur. == Mədəniyyəti == == Coğrafiyası ve iqlimi == == Əhalisi == Əhalisi iran dilli Tatlardan ibarətdir.
Upanari
Upanari adası (yap. ウ離島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi — 0,05 km², maksimal hündürlüyü 17 m. İriomote adasının şimal-şərqində yerləşən Nobaru burnundan bir qədər aralıda qərarlaşır.
Upanişadlar
Upanişadlar (sanskr. उपनिषद्, UpaniṣadIAST) — dini-fəlsəfi xarakterə malik qədim hind traktatları. Bunlar Vedalara bir əlavədir və Şrutinin Hinduizm müqəddəs mətnlərinə aid olan kitablara aiddir. Əsasən Tanrının fəlsəfəsini, düşüncəsini və təbiətini müzakirə edilir. Vedaların əsas mahiyyətinin Upanişadlarda olduğu güman edilir - buna görə də onlara "Vedanta" (Vedaların bitməsi) deyilir və Vedantik Hinduizmin əsasını təşkil edir. Upanişadlar əsasən simasız Brahmanı təsvir edir. == Upanişadların fəlsəfəsi == Brahmanın zamanında (eramızdan əvvəl 800-500-cü illərdə) qurban etmək dini adət-ənənəsi ifrat nöqtəsinə çatdı və onun genişlənməsilə dinin ən dərin düşüncəli və mənalı məsələləri belə unudulmağa başlanıldı. Atın və digər canlıların qurban kəsilməsi ölkənin iqtisadiyyatına böyük zərbələr vurdu və şahlıq xəzinəsi boşaldı. Elə buna görə də, Brahmanlar çıxış yolunun yalnız dində referendumun aparılmasında və yeniləşdirilməsində gördülər. Onlar meydana iki növ ideologiya çıxartdılar: Aranyakelər (Aranyakas), yəni meşə namələri.
Upkankul gölü
Upkankul gölü (başq. Упҡанкүл, upkın `dibsiz` və kul `göl`), bəzən Upkannıkul — Başqırdıstanın Nuriman rayonu, Nimislyarov kəndindən iki km aralıda yerləşən göl. 1965-cı ildən təbiət abidəsi elan edilmişdir. Göldə Ural su qozu bitir ki, buna digər ərazilərdə rast gəlinmir. Bəzi yerlərdə sahilləri bataqlıqlaşmışdır. Ətrafı meşə ilə örtülüdür. Göl uzunsov formaya malik olub 2,5 km uzunluğa, ~ 100 m enə malikdir.
Uplissixe
Uplissixe (gürc. უფლისციხე; tərc. "hökmdarın qalası") - Gürcüstanın şərqində, Şida Kartli inzibati vahdinin mərkəzi Qori şəhərindən təqribən 10 kilometr şərqdə yerləşən, qayaların yonulmasıyla salınmış qədim şəhərdir. Mtkvari çayının yüksək qayalı sol sahilində inşa edilən şəhər erkən dəmir dövründən son orta əsrlərə qədər mövcud olan müxtəlif quruluşlardan ibarətdir. Bölgə Anadolu və İrandan gələn müxtəlif növ qaya işləmə mədəniyyətlərinin bənzərsiz birləşməsi , həm də paqan və xristian memarlığının birgə mövcudluğu kimi məşhurluq qazanmışdır. == Tarixi == Uplissixe arxeoloqlar tərəfindən Gürcüstanın ən qədim şəhər yaşayış məntəqələrindən biri olaraq qəbul edilir. Şəhər stratejik olaraq qədim Kartli Krallığının mərkəzində, ölkənin əsas siyasi və dini mərkəzi kimi ortaya çıxmışdı. Məntəqənin yaşı və əhəmiyyəti o qədər böyük idi ki, orta əsr gürcü yazılı ənənəsində buranın əsasını sanki Mtsxetosun oğlu və Kartlosun nəvəsi Uplos qoymuş kimi təsəvvürlər yaranmağa başlamışdı.4-cü əsrin əvvəllərində Kartlinin xristianlaşması ilə Uplissixenin əhəmiyyəti azalmış və şəhər yeni xristian mədəniyyət mərkəzlərinə - Mtsxetaya və daha sonra Tiflisə öz mövqeyini təslim etmişdi. Lakin Uplissixe 8-9-cu əsrlərdə Tiflisin müsəlman fəthi zamanı əsas gürcü qalası olaraq qəbul edilirdi. 14-cü əsrdə monqol basqınları zaman şəhər son çöküşünü yaşadı; ərazi tamamilə tərk edildi və yalnız xarici müdaxilələr zamanı müvəqqəti sığınacaq kimi istifadə olunmağa başlandı.
Upload
Upload və ya faylın yüklənməsi (ing. Download) — faylın şəbəkə vasitəsi ilə digər kompüterdən və ya informasiya daşıyıcısından kompüterə yüklənməsi. Upload Azərbaycan dilinə tərcümədə “Yüklə” deməkdir.
Uppsala
Uppsala şəhəri — Uppsala vilayətinin paytaxtı və Stokholm, Göteborq və Malmödən sonra İsveç Krallığının dördüncü böyük şəhəridir. 2010-cu ilin məlumatına əsasən 140,454 nəfər əhalisi var idi. == Tarixi == Qədim tarixə malik şəhər inkişafı boyu genişlənib, dəyişib və hazırda sakit idilliyalı orta əsrlər şəhərindən səsli-küylü müasir şəhərə çevrilib. == Coğrafiyası == Uppsala şəhəri Stokholm şəhərindən 70 km şimalda Uppsala bələdiyyə ərazisində yerləşir. == Əhalisi == 200 minə qədər əhalisi var. == Təhsil == Bu şəhər Skandinaviyanın ən qədim ali təhsil mərkəzlərindən biridir. 1477-ci ildə əsası qoyulmuş Uppsala Universiteti Skandinaviyada ən qədim ali təhsil ocağıdır. == Din == 1164-cü ildən İsveçin dini mərkəzi sayılır. == Nəqliyyat == Şəhər çox da böyük olmayan əraziyə malikdir və burada ən geniş istifadə olunan nəqliyyat növü velosipeddir. == Abidələri == Şəhərdə çoxlu sayda tarixi binalar, abidələr var.
неблаговре́менный никуды́шник отмая́чить полуоборо́т ворси́стость затова́рить ма́слить отпры́гнуть поговори́ть почётность разведённый распланировать соплеме́нница абрикос выбленка дать дуля полонез loud-spoken malignancy tenebrous unstatesmanlike брыкаться выстукивать нрав